Möhtəşəmliyin çöküşü - ESSE

Tarix:29-07-2019, 09:57 Baxış Sayı:116

Möhtəşəmliyin çöküşü - ESSE
Bütün insanlar bir öncəki həyatlarında tanrı idilər.

Sonra bir olan Yaradan onların arasında nifaq salaraq qalib gəldi. Qansız savaşdan uduzaraq çıxmış insanların yaşamaları üçün yeganə çıxış yolu qalmışdı. Yenildiklərinə görə ona tapınmağa başladılar. Beləliklə, tanrıların insan erası başladı. Bu möhtəşəmliyin çöküşü idi.

İnsanın gözə görünməyən birinə köləliyi Alpla - Adəmlə başladı. Bu, həm də insanın başqaları önündə saxladığı əyilməzlik ritualının, toteminin yeganə çıxış yolu idi. Yəni, bir olan Yaradana inanmaqla insan başqalarının- gözə görünən digər varlıqların qarşısında qul olmaq təhlükəsindən qurtuldu. Bu mistik mənada Yaradanın insana lütfü, yuxu kontekstində isə tanrının (insanın) yarımmüstəqilliyini qoruyub saxlaması anlamına gəlir.

Bu o deməkdir ki, insan gözəgörünən bir çox cansızları yaratmaq gücünü özündə saxlayırdı. Sonrakı yüzilliklərdə Yaradan-tanrı müharibələri səngiyəcək, barışın (sülhün) gətirdiyi imkanlardan yararlanmağa çalışan insan canlı orqanizmləri də yaratmağa cəhd göstərəcəkdi.
Artıq biz axırıncı cümlədə bəhs olunan çağa varıb çatmışıq.

Heç şübhəsiz ki, bu vaxta qədər doğulmuş və doğulacaq adamlar insanoğlunun Alpdan (Adəmdən) bu yanakı uğurların hər birində birbəbir iştirakçıdır. Söhbət ruhların külliyatından (iştirakından) gedir. Bunun isbatı çox sadədir; əgər ruhlar insanın keçdiyi sivilizasiya dolaylarında birbaşa iştirakçı olmasaydılar, fiziki olaraq xələflər (yeni nəsillər) sələflərin (əskilərin) yarım saxladıqları işləri davam etdirə bilməzdilər...

Bütün bunlar möhtəmliyin çöküşünün hələ uzun müddət davam edəcəyinə işarədir. Yəni, tanrılar sonsuza qədər insana tabe olmaq istəməyəcəklər...

Mütləq tabeçilik ancaq bir halda mümkündür; Yaradan öz metafizik pərdəsindən çıxsın və tanrılar - insanlar üzərində öz mütləqiyyətliyini elan etsin. Daxili müstəqilliklərini də əlindən alsın. Bu isə ali şüur, hətta adi refleks yaddaşının da silinməsi, çöküşü deməkdir. Möhtəşəmliyin çöküşü də məhz insan yaddaşının məchul silinişi ilə başa çatacaqdır.

Tural TURAN
27 bürkü (iyul) 2019-cu il,
Bakı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ