... Bir otaq, bir qonaq və bir tənha - YENİ İMZA

Tarix:21-07-2019, 16:56 Baxış Sayı:119

... Bir otaq, bir qonaq və bir tənha - YENİ İMZA
Manera.az Xalq yazıçısı Elçinin təqdimatında Əlibala Əhmədovun "Bu gecə" şeirini təqdim edir:

Bu gecə yenə
zənbillər içində bacadan tənhalıq
atıldı evimə.
Gecənin içində səmanın solğun
rəngi -
ruhumun məyusluğu,
çöldə qurumuş tut ağacının
gövdəsinə yaxılan
kədərli küləklə birlikdə.
Yalqız bir hənirti var otaqda -
gözlərimdən soyuq və əllərimdən
ümidsizlik yığır.

... Bir otaq, bir qonaq və bir tənha
var bu gecə.
Və xatirələr öz şirəsini bu otağın
düz ortasına süzür
bu gecə.
Necə bir dadsızlıq...

Və beləcə, otaqdakı o tənha səhv salır
bir vaxtlar ağılsızca sevdiyi
qadının səsiylə
çöldəki küləyin pıçıltısını.
İndi dağlar, təpələr sonrasında
o qadın,
uzaqlıqda, ayrılıqda dayanıb.
Bu gecə
bir sönmüşlük,
bir yuxu ölümü kimi
gerçəklik var havada.

... Tənhalıq -
pəncərəmə toxunan
kiçik yarpaqlartək...
Ancaq
ümidim vardı
bu gecə bəlkə
əvvəlkilərtək olmayacaq.../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ