manera.az
manera.az

Əyyub Məmmədov: Düşmən torpağımda badə qaldırır... -ŞEİR

1-07-2019, 15:18

Əyyub Məmmədov: Düşmən torpağımda badə qaldırır... -ŞEİR
Manera.az gənc şair Əyyub Məmmədovun yeni şeirini təqdim edir:


Yaşım çatmadı, görəm mən sizi

Gəzdim ölkəmi mən qarış-qarış
Görmədim Zəngilan, Laçın, Şuşanı
Bir də Cəbrayılı, o Qubadlını
Hələ Kəlbəcərtək gözəl məkanı

Yaşım çatmadı görəm mən sizi
Bir gəzib dolanam hər tərəfinizi
Necə qurban getdiz yağı düşmənə?
Heç kimsə bilmədi aqibətinizi

Yurddan ayrı düşdüz tarimar olduz
Gözlərdə durub, bədgüman olduz
Günah kimdədir, necə oldu ki,
Qoruya bilmədik tamam yox olduz

Gərək deyil şuşalı, laçınlı olam
Təəssüb çəkən vətən oğluyam
Keçdikcə illər hey aram-aram
Qorxuram sizə heç qovuşmaram

Düşmən torpağımda gəzib əylənir
Badələr qaldırıb, yallı da gedir
De necə dözüm mən bu halətə?
Göz dağı verir mənə heyvərə

Düyünlər açılsın, simlər qırılsın
Sülh sazişləri bir yana qalsın
Hər gün sinəmə od qoyan düşmən
Silahın gücündən yanıb dağılsın!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30