manera.az
manera.az

“Boşluqdan qaçış” romanının təqdimatı keçirildi - Fotolar

1-07-2019, 12:01

“Boşluqdan qaçış” romanının təqdimatı keçirildi - Fotolar
Nicat Həşimzadənin yeni kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, gənc yazar Nicat Həşimzadənin sayca üçüncü kitabı olan “Boşluqdan qaçış” romanında gənc nəslin yaşadığı mənəvi boşluğun səbəbləri axtarılır. Romanda həmçinin maddi çətinliyin sevgi münasibətlərinə necə əngəl olduğu mövzusuna da toxunulub.
“Boşluqdan qaçış” romanının təqdimatı keçirildi - Fotolar
Kitabın təqdimat mərasimi Kitabevim.az-da keçirilib.

Müəllif kitabda əsasən yaradıcı adamların yaşadığı dərin boşluğun mahiyyətini və sənətə təsirini izah etməyə çalışıb. Həmçinin ölkəmizdə yaradıcı zəkaya sahib olan gənclərin problemləri də əsas qəhrəmanın dili ilə oxuculara çatdırılıb. Boşluq daim bizi təqib edir, bütün həyatımız boyu boşluqdan qaçırıq. Romanda toxunulan əsas mövzulardan biri də ailə təzyiqlərinə görə gənc nəslin azadlığının məhv edilməsidir. Romanın qəhrəmanı cəmiyyətdəki bozluqdan və daxilindəki boşluqdan qaçır.
“Boşluqdan qaçış” romanının təqdimatı keçirildi - Fotolar
Onu da qeyd edək ki, “Boşluqdan qaçış” müəllifin ilk romanıdır. Bundan əvvəl çap olunmuş “Qogenin ikinci qadını” və “İndulgensiya” kitablarında Nicat Həşimzadənin qısa hekayələri və publisist yazıları çap olunmuşdur./kulis.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30