manera.az
manera.az

Fatma xanım təndirdə…

28-06-2019, 19:14

Fatma xanım təndirdə…

Felyeton

Fərhadın yaşadığı bölgənin iqlimi illər öncə sakini olduğu əyalətin iqlimindən fərqlidir. Dəniz səviyyəsindən iki min metr yüksəklikdən enib dəniz səviyyəsindən on dörd metr aşağı bir ovalıqda yaşamağın özünəməxsus çətinlikləri var. Burada yaşayan insanlar dövlət tərəfindən qayğı ilə əhatə olunublar.

Məhz bu qayğıdır uca zirvələrə qayıtmaq ümidini ruhlarda ölməyə qoymayan.

Bu insanlar dövlətçiliyə sadiqdirlər. Mərkəzdə yazılan qanunların “mürəkkəbi qurumamış” onu burada icra edirlər. Tolerant düşüncəli ziyalılarla zəngin bir bölgədə elmə, təhsilə, hərbi xidmətə yüksək maraq mövcuddur. Son iki-üç ildə hərbi vətənpərvərliyə maraq əvvəlki illərə nisbətən aşağı səviyyədədir. Bunun da subyektiv səbəbləri var. Hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında orta məktəb məzunları yüksək nəticə göstərən beş bölgədən biridir bu bölgə. Sosial şəbəkədə elan olunan bir yarışmada respublika üzrə birinci yerə məhz bu bölgənin müəlliməsi layiq görülmüşdür.

Savadlı və zəhmətsevər insanların paytaxt sakinlərinin nəzərində narahat insanlar kimi tanınması Fərhadı çox narahat edirdi.

Nədəndi biz olduğumuz kimi qəbul olunmuruq? Kimlərdir bizləri olduğumuz kimi tanınmaqdan sapındıran?

Labirintlər içində dolaşmışdı Fərhad, qaranlıqdan aydınlığa yürümək istəsə də ayaqları sözünə baxmaq fikrində deyildi.

Hər addımbaşı həkimi, müəllimi ümumən, düşünən beyinləri naşılar tərəfindən erroziyaya uğradanlar bir məkanda necə hüzur tapar insan?! Bazarında şoru yağından baha, məclisində kiçiklər danışar, böyüklər susar...

15 il öncə Fərhadın və əksər çoxluğun narazı qaldığı durumdan da ağırdır hazırkı durum. O zamanlar düşünən beyinlərin qənimi işindən azad edildi. Əvəzinə işgüzar və bölgə sakinlərini sevən bir məmur təyin olundu. Mərkəzin bu bölgəyə göstərdiyi qayğı olduğu kimi ünvanlara yetişdi. Bu tendensiya o biri məmurlar tərəfindən də davam etdirildi. 11 ildə mərkəzin qayğısı ilə inkişaf etmiş bölgəyə çevrildi Fərhadgilin kəndləri, qəsəbələri. Elmə, təhsilə, hərbi vətənpərvərliyə maraq yüksəldi. Hər kəsin üzü güldü, göndərilən ianələr ünvanına yetişdi. Bu xoşbəxtlik bəzi ianə alveri ilə məşğul olanlara heç də xoş görsənmədi. Ədalətli rəhbərlərdən “donoslar” yazdırmaqla onları mərkəzdə gözdən salmağa çalışdılar. Kələk, fırıldaq ədalətə meydan oxumağa başladı.

Müəllimləri, həkimləri, məmurları elə dolaşığa saldılar ki, onlar halalca məvaciblərinin qanuni olmasından belə şübhəyə düşdülər. Mərkəz də bezmişdi vətəndaşların qanuni haqlarının qanunsuz kimi təqdim olunması cəhindən.

İnsafən mərkəzin son qərarları vətəndaşların xeyrinə olurdu. Bu kimi cəhdlərlə suyu bulandırıb balıq ovuna çıxdı Fərhadın “dostları”.

İndi vəziyyət 15 il öncəkindən daha qorxuludur. Həqiqətləri mərkəzə çatdırmağa kimsədə nə həvəs, nə də cəsarət qalıb. Təhdidlər, təzyiqlər mərkəzdə xırda məmurları ələalmalar, daha nələr...

Bütün olanları düşünərkən Fərhadın yadına bir nağıl düşdü:

Fatma adlı yetim bir qızın meşədə başmağı itir. Onu tapan xanın oğlu başmağın sahibi ilə ailə quracağını bəyan edir. Bunu eşidən Fatmanın ögey anası Fatmanın əl-ayağını bağlayıb təndirə salır. Öz doğma qızının kobud və iri ayaqlarını başmağa dürtməyə çalışır. Bunları görən xoruz banlayaraq deyir: “Quqqulu quu! Fatma xanım təndirdə, əl-ayağı kəndirdə!”

Fərhada bir anlıq elə gəldi ki, möhkəmdən bir dəfə qışqırsa, təndirlərə yığılmış əl-ayağı bağlılar xilas olarlar. Sonda fikrindən daşındı. Anladı ki, onun özü də təndirdə əl-ayağı bağlıdır. Bunu bayırdakılardan biri etməlidir. Mərkəzin qayğısına kölgə salmaq istəyənlər anlamalıdırlar ki, bu başmaq onların ayaqlarının ölçüsündə deyil. Başmağın əsl sahibi “təndirdədir, əl-ayağı da kəndirdədir”.

Balay Əyyub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30