Məxfi tapşırıq - HEKAYƏ

Tarix:13-05-2019, 12:00 Baxış Sayı:321

Məxfi tapşırıq - HEKAYƏ
Fərid MURADZADƏ

Dan yeri yenicə ağarmağa başlamışdı. Səhərə yaxın yağan yaz yağışından sonra torpaqdan ətrafa xoş bir ətir yayılırdı. Gənc baş leytenant bu yaz səhərində hər kəsdən erkən oynamışdı. Əslində o, gecəni demək olar ki heç yatmamışdı. Beynində dolaşan qarışıq suallar ona rahatlıq vermirdi.

Dərin düşüncələr içində elə hey vurnuxurdu. O niyə bu qədər narahat idi? Bunu heç özü də bilmirdi. İndi zabitlər otağından kənarda dayanıb qaranlıq gecənin öz növbəsini nurlu sabaha təhvil verməsinə tamaşa edə-edə başında dolaşan bu qarmaqarışıq, narahat suallardan və nigarançılıqdan qurtulmaq istəyirdi.

Gecə bölük növbətçisi olan çavuşun əsgərlər üçün ,,Qalx" komandasını eşidən baş leytenant özünü toparladı. O istəmirdi ki şəxsi heyyət onu dalğın, fikirli, qayğılı görsün. Çünki o hər zaman ən çətin anlarda belə hər bir əsgərə ruh yüksəkliyi aşılayan, gözündə qorxu olmayan cəsur bir komandir,hər kəsin dərdinə həmdəm, hər kəsə dost bir insan idi.

-Sabahınız xeyir, cənab baş leytenant!
-Sabahın xeyir, Mərdanov! Gecə növbəsi necə keçdi?
-Hər şey öz qaydasındadır, cənab baş leytenant.
-Səni kim əvəzləyəcək, Mərdanov?
-Çavuş Sultanzadə.
Aydındır ,səhər yeməyindən sonra get dincəl! Hər kəsə də ayıq olmağı tapşır!
Oldu!

Baş leytenant Cahid Nemətzadə ,,N" saylı hərbi hissənin ən peşəkar zabitlərindən idi. O, ucaboy, enlikürək qayış kimi əzələlərə malik, qartal burun, kəskin baxışları ,həlim qəlbi olan bir insan idi. İdmanın iki növü üzrə Avropa çempionu idi. O həm kikboksng ,həm də aykido ilə məşğul olurdu.İdmana olan hədsiz sevgisi onu Ali Hərbi Məktəbin kəşiyyat bölməsinə gətirib çıxarmışdı. Hərbi məktəbi bitirib ilk işinə başlayandan 1 il sonra həm rütbəsi,həm də hərbi vəzifəsi artırılmışdı. Xüsusi hazırlanmış bir əməliyyatı cəmi üç nəfərlə gerçəkləşdirib düşmənə həm canlı itki verdirmiş ,həmçinin düşmən tərəfin məxfi şöbəsinin yüksək rütbəli bir zabitini məxfi planla birlikdə əsir almışdı.

Bu əməliyyatdan sonra adı bütün hərbi hissədə əzbər olmuş, hər kəsin yanında böyük hörmət qazanmışdı. O səhər saat 10:00 -da məxfi qərargahda olmalı idi. Onu şəxsən general Cabbarlı çağırmışdı. Relyefi,ərazini qarşıya çıxacaq hər bir maneəni nəzərə alaraq 20 dəqiqə daha tez yola çıxdı. 9:35 də artıq qərargahın qarşısında idi.Burada o xidmətdə olduğu hərbi korpusun digər bölmələrindən olan müxtəlif rütbəli və vəzifəli zabitlərlə rastlaşdı. Hamını generalın dəvət etdiyi aydınlaşdı. 5 dəqiqə qalmış hər kəs generalın kabinetinin qarşısında idi. Generalın əmri ilə yavəri hamını içəri dəvət etdi.

Müşavirə 2 saatdan artıq idi ki davam edirdi. Bu məxfi müşavirənin ən əsas mövzusu Dağlıq Qarabağa gəlmiş qəddar bir erməni terrorçusu idi. Kəşfiyyat müəyyən məlumatlar əldə etmişdi. Lakin ermənilər bu teerorçunun dəqiq kimliyini ciddi-cəhdlə gizlətməyə çalışırdılar. Bu arzuolunmaz insanın nə dəqiq adı, nə şəkli bəlli idi. Ancaq bəlli olan o idi ki gələn adam Amerikanın Kaliforniya ştatından ,xüsusən ermənilərin qeyri-rəsmi mərkəzi sayılan Qlendeyl şəhərindəndir.

Bu şəxs 8 yaşından Qlendeyldəki erməni icmalarında yetişdirilən, terror təşkilatlarında xüsusi təlimlər keçən bütün türklərə, xüsusən də azərbaycanlılara qarşı sonsuz bir kinə, nifrətə malik insan idi. Xüsusi amansızlığı, qəddarlığı, işgəncə metodları ilə ermənilər tərəfindən rəğbətlə sevilən bu şəxs Şuşanın ermənilər tərəfindən ələ keçirilməsini bayram etdiklıri bir gündə həmin tədbirdə iştirak etməyə,əsir azərbaycanlıları işgəncələrə məruz qoymağa, cəbhəboyu erməni əsgərlərinə ,,ruh yüksəkliyi " bəxş etməyə, sərrast snayperçi olduğu üçün azərbaycan əsgərini cəbhənin müxtəlif rayonlarında bir-bir,, dənləməyə" dəvət olunmuşdu. Və bu iblis artıq öz işinin icrasına başlamışdı. Son 2 gün ərzində cəbhənin bu ərazisində snayperlə 2 əsgər,3 mülki vətəndaş öldürülmüş , 2 nəfər isə yaralanmışdı. Bu zombi-insanı durdurmaq-məhv etmək lazım idi. Alınan son məlumatlara görə o iki gün sonra Xankəndindəki tədbirdə ,,alovlu nitq" söyləyib, erməni xalqı qarşısında and içməlidir.

Təcili olaraq bu müəmmalı, mənfur insanın siması aydınlaşdırılmalı və məhv edilməli idi. Vaxt az, düşmən isə məkrli və hiyləgərdir . Bu qaniçən qatili yalnız o tədbirdə görüb tanımaq olacaqdı. O tədbirə isə mütləq və mütləq qatılmaq gərəkdi. Fotorobotunu hazırlamaq da mümkün olmamışdı. Çünki adamı heç kim görməmişdi. Artıq 2 saatı keçən müşavirədə fərqli fikirlər irəli sürülsə də keçmiş Sovet Ordusunun polkovnik-leytenantı ,Əfqanıstan müharibəsinin veteranı, Azərbaycan Ordusunun generalı, Qarabağ qazisi, Tofiq Cabbarlı heç nə demirdi və bu susqunluğun razılıq əlaməti olmadığını hamı bilirdi. Birdən təcrübəli general ,, Cahid Nemətzadə sənin nə təklifin var?! deyə soruşdu. Nəzərlər Cahidə yönəldi. Gənc baş leytenant təmkinini pozmadan:

-Üzr istəyirəm. Cənab general,mən məlumatları fərdi şəkildə bir daha nəzərdən keçirə bilərəmmi?
General bir-neçə saniyə onu süzərək lakonik şəkildə ,,olar!" dedi.

Cahid qovluqda yazılanları diqqətlə oxuyur, özü üçün kiçik qeydlər aparırdı. Təcrübəli general onu kənardan müşahidə edirdi. Ona baxdıqca öz gəncliyini xatırlayırdı. Cabbarlı Sovet ordusunda xüsusi təyinatlı qoşun növündə xidmət edirdi. Ucaboyu qala bürcünü xatırladırdı.Yaraşıqlı çöhrəsi, enli çiyinləri,əzələli qolları, hər kəsi özünə cəlb edirdi.Hətta indiki yaşında belə bu peşəkar hərbçi öz yaşıdlarından çoc-çox fərqlənirdi.Mütəmadi idmanla məşğul olması onu çox gümrah və çevik saxlayırdl. Ömrünün otuz beş ilini hərbiyə həsr etmiş bu insan dəfələrlə ölümlə üz-üzə qalmış,həyatın amansız sınaqlarından keçmişdi. Əfqanıstanda ömrünün ən ağır illərini keçirmişdi.

Bir dəfə xüsusi bir əməliyyatı uğurla başa çatdırıb geri dönərkən satqınlıq nəticəsində pusquya düşmüşdülər. Hamı yaraqlılar tərəfindən qətlə yetirilmişdi. Huşsuz,yaralı mayor Cabbarlının isə əsir almışdılar.O əsir düşərgəsində cəmi iki gün qalmışdı. Qollarındakı dəmir qandalı hərbi formasının yaxalığına bənd etdiyi sancaqla açmış, yaraqlaıların keşikçilərini sakitcə məhv etmiş, sonra isə onların Sovet ordusundan qənimət götürdükləri tankın içindəki Əfqan komandiri əsir alaraq təhlükəsizliyi təmin etmiş və tankla birlikdə əsir komandiri də öz qərargahlarına təslim etmişdi.

Ondan məxvi əməliyyat xəritəsini soruşduqda isə döyüş əsnasında ölmək ehtimalını nəzərə aldığından həmin xəritəni yandırdığını söyləmiş,lakin əvvəlcədən hər şeyi ölçüb biçdiyini də vurğulamışdı.

Necə ?deyə soruşulduqda isə o hərbi formasını əynindən çıxarıb ülgüclə yaxalığından boynuna qədər sökmüş, oradan əvvəlcədən xəritəni və döyüş planını köçürdüyü vərəqi çıxarmışdı.Əsir aldığı komandir vasitəsilə içəridəki satqını da aşkarlaya bildilər. Dəfələrlə göstərdiyi bu kimi fədakarlıqları SSRİ Müdafiə Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş,ordenlə təltif olunmuş və rütbəsi artırılmışdı.

İndi ahıl general gənc baş leytenanta baxdıqca öz gəncliyini bir daha xatırlatmış oldu. Ani olaraq nə isə düşünüb yavərini çağıraraq ona sakitcə nəsə dedi və o da ,,baş üstə!" deyib getdi. 3-4 dəqiqə sonra əlindəki qovluğu generalın masasının üzərinə qoydu.

General qovluqda yazılanları bir daha nəzərdən keçirib öz ürəyində ,,əhsən Nemətzadə! dedi.
Sən mənim gəncliyimsən!

Son qeydlərini aparan Cahidin baxışları ani olaraq generalla toqquşdu. Bu baxışlarda gənc baş leytenant özünə qarşı dəruni bir inam və etimad gördü.
Nə qərara gəldin?! deyə general soruşdu.

Cənab general, sizə də məlumdur ki mən erməni,ərəb və fransız dillərini mükəmməl bilirəm. Bu qovluqda mənim diqqətimi cəlb edən bir məqam oldu. Sənəddə qeyd olunur ki bu insan ovçusu ermənilərin ərəb ölkələri içərisində əsas üstünlük təşkil etdikləri ölkə olan Livanda da qonaq olubmuş və burada ermənilər tərəfindən xüsusi rəğbətlə qarşılanıbmış. Xocalı soyqırımını törədən və burada yaşayan bir qrup keçmiş erməni döyüşçüləri və eyni zamanda erməni təşkilatları ilə də məxfi görüşlər keçirib.

Bunu nə ilə əlaqələndirmək istəyirsiniz ? deyə cüssəli mayor soruşdu. Baş leytenant tələskən mayora ani nəzər salıb üzünü yenidən generala tutdu
İzninizlə cənab general!
Buyur! Davam et! Sənsə ,mayor Həsənli, tələsmə!

Cənab general ,bildiyiniz kimi ermənilər Şuşanın işğal gününü erməni ordusunun zəfər günü kimi xüsusi təmtəraqla qeyd edirlər. Adətən belə ,,tədbirlərdə" onlar öz havadralarını, erməni təşkilatlarının rəhbərlərini , satın aldıqları bir çox nüfuzlu təşkilatların söz sahiblərini, eyni zamanda müxtəlif ermənipərəst xarici media nümayəndələrini dəvət edirlər. Mənim də bu tədbirə saxta müxbir sənədi ilə daxil olmağım mümkündür. Bir zamanlar Fransız müstəmləkəsi olan Livanı ona görə vurğuladım ki mənim ərəb və Fransız dilini mükəmməl bilməyim Livan mediyası nümayəndəsi kimi rahatca tədbirə qatılmağımın təminatıdır.

Əhsən! deyə ayağa qalxan general əlini onun çiyninə qoyub əlavə etdi ,,nədən başlayırıq?!"
Təbii ki ilkin olaraq sənədlərin hazırlanmasından. Mənə təcili olaraq ,,L'Orient-le Jour" qəzetinin müxbiri vəsiqəsi lazımdır. Bizim yalnız iki günümüz var, tələsməliyik!

Doğru deyirsən! Mən indi cənab nazirə məruzə edib köməkliklərini istəyəcəyəm. Sənin şəxsi işini iki dəfə oxudum. Sənə ümidim çoxdur!
Əvvəlki tapşırıqları da layiqincə yerinə yetirmisən. Sən bu Vətənin şərəfli əsgərlərindənsən!

Cənab general, qeyd etdiyiniz kimi mən bu Vətənin əsgəriyəm. Bizlər Vətən üçün hər şeyi gözə alan, heç nədən qorxmayan, yorulmayan əsgərlərik! Mənfur düşməni yurdumuzdan dəf etmək ,işğal altındakı torpaqlarımızı azad etmək bizim müqəddəs Vətən borcumuzdur!

Biz mütləq zəfər qazanacağıq! Toplantı bitmişdir! Hər kəs öz bölüyünə qayıdıb şəxsi heyətin təhlükəsizliyi ilə məşğul olsun. Ayıq -sayıq olun, gözünüzü dörd açın! Sən isə ,Nemətzadə qərargahda ol! deyərək general telefonun dəstəyini qaldırdı.

İki saat sonra Nemətzadə yenidən generalla görüşdü. General aldığı bütün məlumatlarla baş leytenantı tanış edib bu gecə qərargahda qalmasını tapşırdı.

Sabahı ,,L'Orient-le Jour" qəzetinin,,müxbiri" vəsiqəsi baş leytenanta təqdim olundu.
Walid Tankian-special correspondent of the ,,L'Orient-le Jour 's.

Onun cəmi 10 saat vaxtı vardı. İndi o Livana uçmalı orada sabah həqiqətən də Xankəndindəki tədbirə qatılacaq livanlı jurnalisti həyatı təhlükəsi olmadan zərərsizləşdirməli və onun yerinə özü o tədbirə qatılmalı idi. Hər şey dəqiqləşdirilmişdi. Hətta iz itirmək üçün oteldə də qalmayacaqdı. Onunla birlikdə bu yolçuluğa ,,kameraman" kimi dostu mahir qrim ustası olan Kamal Verdiyev də qatılmışdı.Hər ikisi peşəkar idi. Kamal əslində MTN-nin çox bacarıqlı və peşəkar əməkdaşı idi . Hər ikisi eyni orta məktəbdə oxumuşdular. Birlikdə fransız dili kurslarını bitirmişdilər və möhkəm dost idilər. Sadəcə peşə sevdası və məsuliyyəti onlara ildə bir-iki dəfə görüşmək imkanı yaradırdı.

Təyyarə Rafic Hariri Beynəlxalq hava limanına eniş edirdi. Dostlar baxışları ilə nə edəcəklərini aydınlaşdırdılar. Az sonra ünvana yetən dostlar Walid Tankianı tapdılar. O kiçik ,amma çox səliqəli bir kafedə əyləşmişdi. İndi onunla ünsiyyətə keçmək və onu lazımi yerə çəkmək gərəkdi. Kamal özünü fransız turist kimi qələmə verib tanışlıq üçün əl uzatdı. Daha sonra o qədər şirin bir söhbət başladı ki onlar qədim tarixi abidələr və şəhərin görməli yerlərini ziyarət etmək üçün Tankiana əməlli-başlı,,minnətçi" düşdülər və nəhayət onu bu işə razı sala bildilər. Beləcə üçlükdə iki dostun Livana gəlməzdən əvvəl razılaşıb haqqını ödədikləri evin yanından keçəndə Tankianı səhhətinə zərər vermədən huşsuz hala gətirdilər. Daha sonra isə qrimçi Kamal zahirən Tankiana bənzəyən dostunu elə qrimlədi ki əsl Tankian görsə yəqin çaşardı.

Təyyarə Xankəndi hava limanına enəndə onları gül-çiçəklə qarşıladılar.Bir saat sonra tədbir başlayacaqdı. Dostlar bu bir saatdan yararlanaraq mühüm strateji obyektləri lentə köçürməyə başladılar. Hər yer erməni dilində yazılmış şüarlarla dolu idi. Bütün adlar dəyişdirilmişdir.Bir saatdan sonra qondarma qurumun sözçülərindən biri tədbiri açıq elan etdi. Azərbaycanlıların qarasına asıb-kəsdi və sonra Xocalı qətliamını ermənilərin qisas günü kimi qələmə alan, azərbaycanlılara qarşı vəhşiliklər edən, hər bir pis əməllərini həvəslə qələmə alan, ermənilərin sevimlisi olan jurnalist,,Во имя Креста" kitabının müəllifi Daud Xeyriyanı kürsüyə dəvət etdi. Xeyriyan alçaq əməllərindən danışdıqca hər iki dost gərildikcə gərilir, alınlarında damarları düyünlənirdi. Kaş ki səni indi öldürərdim, alçaq! deyə düşünürdülər.

Lakin bura başqa məqsədlə gəldiklərindən səbrlərini basırdılar. Xeyriyandan sonra bir-iki erməni də çıxış etdi. Sonra bu ,,mötəbər" tədbirə qatılacaq əsas şəxsi xüsusi hörmət-izzətlə kürsüyə dəvət etdilər. Yer-yerdən alqış və fit səsləri yüksəlməyə başladı. Uşaqlı-böyüklü hər kəs ayaq üstündə bu qaniçəni alqışlayırdı. Bu adam əsl peşəkar idi. Orta boylu, tökmə bədənli, daz başlı ,sivri burunlu, səliqəli saqqallı enlikürəkli, əzələləri paltarın altından belə açıq -aşkar seçilən, boyun-boğazı döymələrlə dolu olan(xüsusən xaç işarəli döymələr) bu insan-zombi nitqinə başladı.

,,Mən Aram Xaçaturyan əcdadlarımızın ruhu və sizlərin qarşısında and içirəm ki o azərbaycanlılara amansız divan tutacağam. Bütün türklərdən qisas alacağam. Elə bir plan hazırlamışam ki o baş tutandan sonra Xeyriyanın Xocalıda etdikləri və gördükləri sadəcə bir hekayə olacaq! Biz böyük ermənistan quracağıq!!

Mənim hazırladığım bu plana görə dostlarımızın da dəstəyi ilə ilkin həmlədə Gəncə və Yevlax da daxil olan əraziləri ələ keçirəcəyik! Sonrakı ikinci planla da Bakını tutub o mənfur türkləri-azərbaycanlıları diz çökdürəcəyik! İkinci planı gerçəkləşdirmək üçün Mingəçeviri mütləq ələ keçirməliyik. Dostlar,biz həm də xaç uğrunda döyüşürük. Bu döyüşlərdə erməni xalqı və böyük ermənistan üçün can verən erməni qardaşlarımız cənnətə daxil olacaqlar.Bizi böyük zəfər gözləyir!

Türklərə-azərbaycanlılara ölüm! Ani olaraq Cahid bu şərəfsiz erməni itini elə indi cəhənnəmə göndərmək istədi. Ancaq Kamalın sezdirmədən onun biləyindən tutması hər şeyi dəyişdi. Artıq heç nəyi dinləmirdilər. Adını öyrəndikləri bu alçaq ermənini gömməyi planlaşdırırdılar. Demək adın Aram Xaçaturyan imiş!!!! Yox səni torpağa basdırmaq düzgün deyil, səni elə xaçdan asıb diri-diri soyacağam! Öz xaçında gəbərəcəksən! O zaman cənnətə deyil ,cəhənnəmə vasil olacaqsan!!
Murad daha təmkinli idi.

Boğazdan yuxarı özlərini tərifləyib köpüncəyə qədər içib məst olan ermənilərin bu günkü tədbiri xüsusi atəşfəşanlıqla başa çatdı.
Gecəyarı idi. Dostlar səhərki tədbirdən sonra Xaçaturyanın saqqızını çətinliklə də olsa ,,oğurlaya" bilmişdilər. Aram onları da bu gecə təşkil etdiyi hücum planına daxil etmişdi. Ağdam ərazisinə keçib orada təxribat törətməli idilər. Aram isə planlaşdırdığı kimi bu qarışıqlıqdan istifadə edib ərazidəki hərbi hissədə gecələyən korpus komandirini və bir-neçə yüksək rütbəli zabiti qətl etməli idi.Onun planına görə komandirsiz qalmış azərbaycan əsgərləri bütün postları onlara,,təhvil" verib qaçacaqlardı. Sən ,Tankian, bu türklərin dovşan kimi qaçmaqlarını xüsusən çox çək! deyərək qəhqəhə çəkdi. Sonra bunları aparıb ölkəndə və həmçinin də dünyada göstərərsən. Qoy hamı erməni əsgərlərini şücaətini bir daha görsün!

Dostlarımız da bizə lazımi köməklik göstərəklər. Biz bu gecə növbəti yazacağımız zəfər salnaməsinin ilk cümlələri olacağıq. Bu gecədən sonra açılacaq hər sabah Azərbaycan ordusu üçün 92-93-cü illərdən daha ağır məğlubiyyət sabahları olacaq. Onların daha heç bir şansı olmayacaq!
Aramın bu yana keçməsi dostların işini əslində bir az da rahat etmişdi. Verdiyev xüsusi ünsiyyət qurmaq bacarığına malik idi deyə yenə Aramı aramsız sualları ilə söhbətə tutmuşdu. Cahid bunun nəyə işarət olduğunu bilirdi. Sakitcə bayıra çıxdı. Bir-iki erməni əsgəri ilə söhbət edib onları yaxşı ,,mükafat" gözlədiyini söylədi.

Qarşıdakı tək səngərdə bir zabit və iki əsgər vardı . 45-50 metr irəlidə isə Azərbaycan postu idi. Cahid sakitcə ora yaxınlaşdı. Zabitlə söhbət edə-edə onu əsgərlərdən ayırdı. Guya ,,düşmən " tərəfi tam aydın çəkmək üçün ondan məsləhət istəyirdi. Zabit onu azacıq hündür olan bir yerə gətirib kameranı burada quraşdıra biləcəyini və bir-iki saat sonra başlayacaq qəfil hücumu lentə almaq üçün buradan daha yaxşı çəkiliş apara biləcəyini söylədi. Cahid ona yardım etməsini xahiş etdi.
Çantadan kameranı mənə ver!

Erməni zabiti aşağı əyilən kimi Cahid öz işini ustalıqla səs çıxmadan tamamladı. Mükəmməl boyun qırma fəndi. O iki əsgəri də zərərsizləşdirib əsgərlərimizlə əlaqə qurdu,komandirləri ilə danışmalı olduğunu bildirdi. Komandirlər təfsialtı ilə məlumatlandırıldı. Onlar da şəxsi heyəti və texnikanı səssizcə tam döyüşə hazır vəziyyətə gətirdilər.

Səhərə yaxın hücum başladı. Amma Aramın planı kimi olmadı .Əsassız vədlərlə şirnikləndirilib hücuma göndərilən dığalar aslan kimi dayanmış Azərbaycan əsgərinin mərmilərini və süngülərini murdar bədənlərində hiss etdikcə, sağ qalmaq üçün ərəbdovşanı kimi ora bura tullandıqca aldandıqlarını dərk edir ,amma xilas ola bilmirdilər.

Sevincək silahını əlinə götürüb çıxmaq istəyən Aram hövlank içəri soxulan erməni zabiti ilə burun-buruna gəldi. Gözləri hədəqəsindən çıxan erməni zabiti tam fiaskoya uğradıqlarını kəkələyə-kəkələyə Arama izah etməyə çalışırdı.Qəzəbindən tir-tir titrəyənbu vəhşi xislətli insan geriyə dönüb Cahidə,,Sən harda idin?!" deyə sual verdi.

Mən sənin kabusunam və kabus hər yerdə sənin gözünə görünəcək!

Murad çaşqın baxışlarla onlara baxan erməni zabitini cəhənnəmlik etdi. Aram tətiyi çəkə bilmədi. Cahidin dəqiq zərbəsi silahı əlindən salmışdı. Yaralı qabana dönmüş erməni Cahidin üstünə şığıdı. Aram həqiqətən də peşəkar döyüşçü idi. Lakin cəsur Azərbaycan övladı, döyüşün sirlərinə vaqif olan Cahid təmkinlə döyüşürdü. Ard-arda böyrək ,mədə və ürək nahiyyəsinə vurulan güclü zərbələr Aramı durdurdu. O ağır nəfəs alırdı. Cahidin beton kimi ayaqları ilə Aramın hər iki bud nahiyyəsinə və sonda da fırlanaraq sifətinə vurduğu gözəl zərbə onu leş kimi yerə sərdi.Onu öldürmək istəyirdi, amma o canlı lazım idi.

Bir-neçə saat sonra əl -qolu bağlı Aram artıq generalın qarşısında diz üstə oturmuşdu.

Elə bil öz gəncliyi generalla üzbəüz durmuşdu.

General Cabbarlı fəxrlə Cahid Nemətzadəyə baxırdı....

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ