Ziya Səfərbəyovdan yeni kitab

Tarix:6-05-2019, 16:32 Baxış Sayı:182

Ziya Səfərbəyovdan yeni kitab
Yazıçı Ziya Səfərbəyov 5 illik fasilədən sonra oxucularına yeni, "47-ci xromosom" adlı kitabını təqdim edir.

Kitab Azərbaycan və rus dillərində ("47-ая хромосома") işıq üzü görüb.

Qeyd edək ki, Ziya Səfərbəyovun ilk kitabı 2012-ci ildə çap olunub. Müəllifin ilk "Мойпроклятыймир" adlı kitabı ABŞ, İtaliya, İspaniya, Fransa və Almaniyada da işıq üzü görüb.

Kitab, eyni zamanda, "Mənim lənətlənmiş dünyam" adı altında Azərbaycan dilində də oxuculara təqdim olunub.

Yazarın növbəti "Onu sevməyə məhkumam" adlı kitabı isə artıq ilk tirajından gənclərin diqqətini cəlb edib. Kitab bir neçə dəfə təkrar nəşr edilib.

2014-cü ildə yazarın "Qullar" adlı kitabı Azərbaycan və rus dillərində oxucuların ixtiyarına verilib. "Qullar" kitabı burada toxunulan fəlsəfi və psixoloji məsələlərə görə xüsusi diqqət cəlb edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ