manera.az
manera.az

“Allahı da çox bezdirmə dualarla...” - Şeirlər

19-05-2017, 11:51

“Allahı da çox bezdirmə dualarla...” - Şeirlər

ElmirƏliyevinşeirləri

Elmir Əliyevin şeirləri

Ölüm

Bəlkə də ölmüşəm xəbərim yoxdu,
qəbrimin üstündə gözlər ağlayır.
Gəlib öz dəfnimə qıraqdan baxdım,
heç vaxt görmədiyim üzlər ağlayır.

Yəni mən bu qədər dəyərsizəm ki,
dostlardan bir nəfər gələn də yoxdu.
Sən demə yadlarçün yaşamışam mən,
gəlməyin, sizinçün ölən də yoxdu.

İnsanlar ölüncə, unudulurmuş,
ölüm unutdurur, bilməmişəm mən.
Allahım, hamını tanıtdın mənə,
Yaxşı ki, doğrudan ölməmişəm mən.

Yuxular - ölümün kiçik qardaşı,
onlar həm keçmişdi, həm gələcəkdi.
Ölüm dediyimiz əbədi yuxu,
yuxu müvəqqəti ölüm deməkdi!


Unut məni

Unut məni!
Elə bu yaz unut məni!
Gündə biraz unut məni!
Qədərinə boyun əyib,
qismət deyib, unut məni!
Məktubları qarışdırma,
boğ yazdığım misraları!
Vərəqlərin arasına
qoyma girsin oksigeni.
Sora ağla!
Sükutu poz!
Səssizliyin səsin tapşır göz yaşına,
qaytar məni!
Gözlərinə de ki,
qussun baxışları versin mənə!
Ütüləyib alnımdakı qırışları versin mənə!
Unut məni!
Düşün-daşın olanları,
utanma, qoy qulağını vicdanına!
Səhvlərini desin, eşit!
Görüm elə tənha ol ki,
divardakı saatın da
əqrəbinin səsin eşit!
Ruhun tamam heydən düşsün,
bədənində güc olmasın!
Xəyalımı qurmaq üçün cəsarətin heç olmasın!
Cəmi biraz gücün qalsın intaharçün.
Baş-başa qal elədiyin xətalarla,
unut məni!
Allahı da çox bezdirmə dualarla,
unut məni!
Elə bu yaz unut məni!
Hər gün biraz unut məni!

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031