manera.az
manera.az

Ayrılıq bir dənizmiş- ESSE/ MANERA.AZ

30-03-2017, 16:53

Ayrılıq bir dənizmiş- ESSE/ MANERA.AZ


Təranə Feyzullayeva

Bu gün onun yazdığı bu misraları nə qədər dərindən hiss edirəm. Onun yoxluğunda. Bəlkə də sağlığında fərqinə varmamışdım ayrılıq deyə bir kabusun olduğunu. Artıq o başqa bir dünyanın sakinidir. Mənimsə xatirələrimin qəhrəmanı... Vaqif Səmədoğlu... Suallar yağdırırdım üstünə... Təmkinlə cavab verirdi. "Sevgi şeirləriniz necə yaranır deyirdim?"... -"Kiməsə aşiq olanda" deyirdi. "Tənhalıq nədir deyirdim?". -"Şairin ən yaxın dostu deyirdi"... "Gecələr insan ən çox kimi özləyir deyirdim?"... -"Nakam sevgisini" deyirdi.

Sonra fotoaparatlarından, onların məhşur markalarından danışırdı mənə. Anlamadığım üçün sadəcə qulaq asırdım. Sonra portfelini götürüb şəhərə çıxırdıq. Ovdan, təbiətin möcüzələrindən danışırdı mənə. Sıxıldığım zaman sevgi şerləri oxuyurdu. Hətta ilk şerlərini belə telefonda mənə söyləyərdi... Dostluğumuzla o qədər qürur duyurdum ki...

Onunla televiziya müsahibələrimdə "istədiyin sualı ver" deyirdi... Həyəcanımı görəndə isə çəkilişi dayandırıb mənə ürək dirək verirdi... Sonra da verilişə baxıb məni tərif edirdi...

İlk baxışdan çox sadə görünsə də dərin duyuma malik idi... Hər sadə bir şey onun yozumunda qeyri adi idi... Deyirdi ki, bir dəfə Qara Qarayevlə yol gedirdik. Mübahisəmiz düşdü... O dedi ki, vaxt gələcək əsl cəngavər mərd o insan sayılacaq ki, cilddən cildə düşə bilsin... maskasını tez tez dəyişsin... -bax o dövr artıq gəlib dedi...

Bir də caz musiqisindən danışardı mənə. Bu başqa bir aləmdi deyərdi. Görüş yerimiz ən çox Yazıçılar İttifaqındakı otağında olurdu. Çay dəmlədirdi mənə... İndi də bu məkana qədəm qoyanda gözüm onu axtarır. Və burda çox darıxıram. O, mənim sevdiyim şair, dostum, uğurlarıma hamıdan çox sevinən müəllimim idi...

O, bir ömür boyu öyrənəcəyim dərya idi... Elə insanlar var ki, onları heç kəs əvəz edə bilməz... Bilməyəcək də... Sadəcə yoxluğu ilə barışmaq məcburiyyətində qalırsan, vəssalam... Amma xatirən, sevgin pozulmur yaddaşından. Ayrılıq ən dərin dəniz olsa belə...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30