manera.az
manera.az

Səni sevirəm, adamım- Nübar Lətiflinin şeirləri/ MANERA.AZ

13-03-2017, 20:06

Səni sevirəm, adamım- Nübar Lətiflinin şeirləri/ MANERA.AZ


Nübar Lətifli

Yağış mənə arzuladır

Yağış mənə nələr-nələr arzuladır, bir bilsən...

Yağmasıyla yağmamasını arzuladır
Sevgisinə yox dediyimiz,
sevməməsini istədyimiz insanlar tək.
Yağış mənə gülməyi arzuladır,
Göydən yerə tökülməyi arzuladır
İçin-için axıtdığım göz yaşları arasında.

Yağış mənə getməyi azruladır,
Gəzməyi arzuladır mənə,
Ayağı təzə açılmış şikəst insanın ehmalca gəzməsi kimi.

Yağış mənə öz səsiylə körpənin mışıl-mışıl yatışını,
Ehtiraslı sevginin məhəbbət pıçıltısını arzuladır...
Unutmaram o yağmuru
Damla-damala hopub gələn ufultulu ağrıları.
Yağış mənə parıldayan gözlərində sevdası görünən aşiq qəlbi arzuladır,
Dəcəlliyi, çılğınlığı, düşünmədən yaşamağı,
Uşaq olmağı, qoçaq olmağı, qucaq açmağı - məsumluğu arzuladır.

Və mən hər yağışda səni arzulayıram,
İstəsəm-istəməsəm yağış mənə səni arzuladır...

Uşaq olmaq

Uşaq olmaq üzündəki təbəssümün ən gözəli,
Ultrasonda çəkilmiş bətnindəki körpə siması,
Kölgə gülüşlü.
Uşaq olmaq qurduğun xəyalların ən özəli -
Uça bilən, qaça bilən, üzə bilən, daşa bilən bir varlıq,
Peter Pen kimi...

Uşaq olmaq içindəki hisslərin ən güclüsü,
Təbəssümlə göz yaşı, iztirabla rahatlıq, sevinclə kədər;
Duyğular sintezi.
Uşaq olmaq sevgilərin ən ülvisi,
Göyün yerə, qadının qadına, kişinin kişiyə sevgisi,
ən çoxu qadın-kişi məhəbbəti...

Uşaq olmaq ən çevik sehrbazlar sehri;
Görünməyən tərəfi gerçək, görünən üzü yalan.
Uşaq olmaq İlahi eşq – qarşılıqsız,
Bütün vücudun, ruhun onunla bütünləşən bir eşq...

Uşaq olmaq sadə həyatdır bəlkə də,
Bizə verilən ən qiymətli həyat.
Böyümək çox çətindir əslində, çox çətin...
Əsas odu böyüyə-böyüə uşaq qala biləsən,
Böyüyə-böyüyə uşaq olasan.
Şıltaqlıqla, dəcəlliklə, çılğınlıqla dolu uşaq olasan,
Sevgiylə, gülüşlə, hıçqırıqla birgə...

Böyümədən uşaq qalmaq.
Yağış altında atlanıb düşən,
Kiçik su dəryaçasında ayağının islanacağını düşünmədən,
Addımları şappıldatmaq kimi.
Yetişmiş bədəninə güzgü qarşısında baxarkən
Məsumluğunu görə bilmək...
Hərgiz günahlar içndə çapalayan bir ruha sahibsən...
Sevgiyə həsrət qalanda belə sevə bilmək,
Böyümək istədikcə daha çox uşaq qalmaq,
Əllisində, yüzündə uşaq qalmaq.
Böyümək çox çətindir əslində,
Əsas odu – böyüyə-böyüyə uşaq olmaq.

Aşiq oldum

Gecəmi desəm, səhərmi?
Yuxusuzluqlarımın səbəbinə aşiq oldum...
Gecəni aydınladan işıqları görmək üçün,
İstər ulduzlar, istərsə hər evdə tək-tək görünən parlaqlıq...
Ulduzları dayanmadan seyr etməkçün aşiq oldum.
Gözünü qırpmadan baxa bilmək kimi,
Aradakı qaranlıqlardan əlvan şəkillər xəyal etmək kimi.
Sevmək kimi aşiq oldum, ölümünə sevmək kimi...
Hər axan ulduzda birinin öldüyünü düşünmək kimi.

Aşiq oldum, hər işığı söndürülən pəncərə arxasında
son şölənin axırını görmək kimi.
Aşiq oldum, inanmaq kimi...
Gözünlə görməyib varlığına inandığın, bütün dünyanı, eşqi,
aşiqi yaratdığına inanmaq kimi.
Bağlandım, aşiq oldum,
Əslində qoparaq...
Ağacdan budağın qopması ilə əlaqəsi olmayan,
Ayağın yerdən üzülməsi kimi.
Aşiq oldum, ölmək kimi...
Başı ipdə ayağı yerdən üzülənlər kimi,
Nəfəsi aldığı halda nəfəsi kəsilmiş kimi.

Aşiq oldum...
Ləpələrini sahilə döyəcləyən dəniz kimi,
Sahildən baxanda ucsuz-bucaqsızdı,
Amma suya baş vuranda ya gedib boğulursan iztirablarla,
Ya da su yolunu yarımçıq qoyub geri qaçmaq kimi...
Qaç, əlbət, qaça bilsən...
Aşiq oldum,
Leyli olub Məcnun kimi,
Qarşına gəlib də üz çevirmək kimi.

Aşiq oldum,
Güvənərək, inanaraq, xəyala dalaraq.
Hər şeyi onunla xəyal edib, onunla başlayıb bitdiyi kimi.
Aşiq oldum,
Kim olduğunu, nə olduğunu, necə olduğunu bilmədən,
anlamadan həyatıma girdiyi kimi...
Bir dəfə qapını vurmadı, döymədi,

Amma aşiq oldum...
Yuxularımı qaçıracaq qədər, xəyallarıma qaçacaq qədər.
İşıqları səhərəcən seyr etdirəcək qədər,
Məni həyata bağlayacaq qədər sevdim onu.
Məni məndən alacaq qədər, məni mən edəcək qədər aşiq oldum...

Səni sevirəm, adamım

Hər fürsətdə məni özümdən alan, başqa aləmə aparan,
Gözlərimin içinə baxmağını sevirəm.
İstiliyinlə donmuş barmaqlarıma dolaşa-dolaşa
Əllərimi tutmağını,
Daraqmış kimi barmaqlarına keçirib
Tellərimi oxşamanı,
Qulağımda hiss etdiyimdə üşütmə kimi məni donduran
Ehtiraslı pıçıltılarını,
Hər toxunuşda səni fərqli hiss etdirən
Ağ dərini sevirəm,
Səni sevirəm, adamım...

Məni çəpərə salırmışca qısqanmağını,
Bəzən coşaraq, bəzən sakitcə
Mənə hirslənməyini sevirəm.
Gözlərinin içindən gülümsəyərək
Təbəssümünü hiss etdirən dodaqlarını sevirəm.
Daim yanımda dayanmasını arzuladığım
Məğrur, dik vücudunu sevirəm,
Böyük əllərini sevirəm,
Tutduğunda heç vaxt yıxılmayacağımı düşünürəm.
Sən mənim həyatımsan
Həyatımı sevirəm.

Məni mən edən özümü sevirəm.
Rahatca sarıldığım boynunu sevirəm
Söykənə biləcəyimə inandığımçun səni sevirəm.
Mənə çox az halda “səni sevirəm” deməyini sevirəm.
Səhər fərqli, axşam fərqli rəng alan
Bəzən qəzəbli, çoxu vaxt sevgi dolu gözlərini sevirəm.
Mənə sarılmağını, gülü qoxlayırmışcasına içinə çəkməyini sevirəm.
Məni duyğulandıranı, şair edəni sevirəm.
Səni sevirəm, adamım, səni sevirəm!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031