manera.az
manera.az

Başlanğıc - ESSE

2-03-2017, 21:06

Başlanğıc -  ESSE


Cavid Qədir

Əllərinizi qaldırın: təslim olmaq deyil, bütün dünyanı qucaqlamaq üçün.
Əvvəl özünüzü, sonra başqalarını sevməyi öyrənin.
Gördüz alınmır, dərindən nəfəs alın, lap elə geri qayıdın, ilk addımı atdığınız yerə dönün.


Bir daha özünüzü sevin, sonra yenə başqalarını.
Sevərkən qarşılıq gözləməyin.
Etdiyiniz yaxşılıqları unudun. Əvvəl-axır sizə xatırladan tapılacaq, çünki "heç bir yaxşılıq cəzasız qalmır".

Hər cəzadan sonra yenə başlanğıca qayıdın.
Əvvəl özünüzü, sonra başqalarını sevin.
Hər günü ilk günmüş kimi yaşayın, adi gün kimi yaşasaz, həzz ala bilməzsiz, son gün kimi yaşasaz, gərginlikdən zəhərə dönər.

Əvvəl özünüzü, sonra başqalarını sevməyi öyrənin.
Bütün müqəddəs kitabları oxumusuz, ya heç adlarını da bilmirsiz, fərq etmir - insan dünyaya sevməyi öyrənmək üçün gəlib.
Yenə də ilk addım atdığınız yerə dönün.

Xilas edə biləcəyiniz qədər can, qurtara biləcəyiniz qədər ruh qazanın. Cibiniz boş olsa da ürəyiniz dolu olsun.
Getsəniz belə, bir də qayıdın. Bütün qatillər cinayət yerinə geri dönür, deyirlər. Əgər qayıdırlarsa bunu öyünməkçün deyil, peşman olduqları üçün edirlər.

Həmişə həyatı seçin, əgər seçimlər arasında yoxdusa, onda ölümü sevin - insan ən çox sevdiyini öldürmək, ən çox sevdiyinə öldürülmək istəyir.
Yenə təzədən əvvəl özünüzü, sonra başqalarını sevməyə başlayın.

Bütün yollar Romaya aparmır. İrili-xırdalı, enişli-yoxuşlu... hamısı, hamısı başlanğıca aparır - sevməyi öyrənəcəyimiz yerə - ondan sonrası həyatdı.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031