manera.az
manera.az

"Mən qaçırdım" - HEKAYƏ

28-12-2016, 17:55

"Mən qaçırdım" - HEKAYƏ
"Mən qaçırdım"
HEKAYƏ


- Gecikdin
- Vallah metrodan bura qədər qaça-qaça gəlmişəm.
Saat 21-i on beş dəqiqə keçmişdi, amma onun yalançı təngnəfəsliyi onu ələ verirdi, həm də kök insanlar bir az qaçan kimi tərləyir axı, özü də iyunun axırları ola, uzun ətəyi olan donla qaçasan və tərləməyəsən..
Mən qaçırdım. Mümkün olan hər yerdə axtardım səni. Növbəti dayanacaqda enəcəyini düşünüb mindiyin avtobusun növbəti üç dayanacağına qədər qaçdım, tək qayıtdım amma. Heç yerdə yox idin. Yolun əks istiqamətinə keçib gələn bütün avtobuslarda səni axtarırdım, qarşıma çıxan insanlardan "buralarda qırmızı şərfli qız görmədiniz" soruşmağım qalmışdı tək. Gedə biləcəyin bütün yerlərdə axtardım səni, gecə yuxusunda kabus görmüş, bağırmaq istəyibdə səsi çıxmayan yuxu sərsəmləri kimi insanlara "bağışlayın" deyə-deyə onlara toxunaraq keçirdim yanlarından. Onlarsa mənə qəzəbli baxır, bəlkə də arxamca söyürdülər, çünki heç kəs eşitmirdi onlardan istədiyim üzrləri. Mən qaçırdım. Geriyə baxdığımda isə bütün insanlardan qaçıb, qurtulmağa çalışdığımın fərqinə varmışdım. Səs-küylü qələbəliyin ortasında anladım ki, sən demə ətrafımda kimsə yoxmuş, üzərimə gələn insanlar bir anlıq gözdən itmişdilər sanki, gözlərimi bərəldib qorxaraq yan-yörəmə baxdığımda yenidən onları gördüm, üz-gözləri əcaib idi və hər biri kinayəli gülümsəyirdi bir-birilərinə, onlar insanlıqdan çıxıb məxluqa çevrilmişdilər, onları bütün çılpaqlığı ilə müşahidə edə bilirdim artıq, onların bütün hissləri gözlərim qarşısında rəqs edirdi. Mən insan olduğum üçün utanırdım. Mən qaçırdım..
Dünən gecəni də başqasının döşlərini sıxaraq keçirmişəm, içkili olanda barın üstünə çıxıb rəqs edən biri üçün döş manyakı olmaq adi bir şeydi. Dünən də başqasını qucağlayıb yatmışam, axı bu aralar kiminsə qucağlamağına çox ehtiyacım var, amma heç kim sənin kimi qucağlamağı bacarmadı, sadəcə onlarda səni tapdığım üçün marağım vardı, əslində biri-birinizə əks insanlar olmusunuz hamınız.
Birlikdə yığdığımız qozalar hələ də kitab rəfimin üzərində dayanıb, əvvəllər sən oyadardın məni, indi isə onlar günaydın deyirlər mənə. Yox mən dəli deyiləm, onlar məni çox yaxşı başa düşür deyə hər axşam onlarla danışmağım dəlilik deyil axı, bəzən içkili olanda darçınlı çaylarla da danışıram, birlikdə aldığımız bir qutu darçınlı çay hələ də masamın üzərindədi və bir tayı səndə qalan balaca zər..
Qutumda dəfn etdiyim insanların biri də artdı sən gedəndən. İnsan xatirələrə önəm verəndə yaşamağı unudur, bir az yaxınlaş mənə, son dəfə səni məzarından çıxarıb sarılmaq istəyirəm, sonar yenə gedərsən yerinə.
Bəlkə də artıq ciyərlərim tütün dumanlarından süngərə çevrilmiş, bir müddət əvvəl sönən külə bənzəyirdi. Addımlarımı zorla atırdım, sanki kimsə ayaqlarımdan tutub, onu da özümlə aparmağımı istəyir, getməyimə imkan vermirdi. Mədəm və qara ciyərimin ağrısı ilə bütün yol boyu mənə yoldaşlıq etmişdi və məni yalnız buraxmırdı. Artıq hiss edirdim virusa yoluxmuş qara ciyərimin hər dəfə qanla bərabər spirti də süzərkən yığılıb-boşalmasını. Atdığım hər addımdan sonra başımı divarlara vurmaq ya da kiminsə böyük bir bıçağı ağrı nahiyələrimə saplamasını istəyirdim. Ağzımdakı spirt dadı isə hər öskürərkdən sonra məni qusmağa vadar edir, dünyadakı bütün iyrənclikləri yadıma salırdı. Böyrəklərim belə məndən üz döndərmişdi, sidik kisəmin də spirtlə dolu olmasına şübhəm qalmamışdı. İlk dəfə idi ki, Günəşin istisi məni boğaza yığmışdı və alnımdan yuvarlanıb düşən hər tər damcısından sonra ona söyüşlər yağdırır, başımın üstündən rədd olub getməsini istəyirdim. Mən hara getdiyini bilməyən, insanların ikrah hissi ilə baxdığı bir sərxoş idim. Hər dəfə yıxıldıqda isə insanlar daha da məndən uzaqlaşır, mənə baxaraq əlindəkiləri mənə atmaq istəyirdilər. Bir şeyi anlaya bilmirdim. Mən idim sərxoş, ya siz?!
Səni hər gecə mənə gətirən vodkadı, marixuananın təsirində olduğumda isə yatdığım bütün qadınların sən olduğunu görürəm, hamısının bədəni eynilə sənin bədənin kimidi, hamı sənin kimi öpüşür, sənin kimi sevişir mənimlə. Səhər oyananda isə kimsə acı həqiqəti beynimdəki neyronlara soxuşdurur, rədd olun, mən sizinlə yatmamışam! Mənim yatdığım qadın siz deyilsiniz, mən sizi tanımıram, əclaf insanlar! Cəhənnəm olun həyatımdan!
Addımlarımı azaldıb yan-yörəmə baxırdım, yaxınlıqdakı skamyaların birində əyləşib tək bacardığım şeyi – müşahidə etməyə başladım. Ayrılandan sonra daha çox müşahidə etməyə başlamışam insanları, hamısında səni görürəm, hamısında iyrənc bir təbəssüm var, hamısı vaxtından tez böyümüş insanlardı. Eynilə sənin kimi..
İnsanlara olan nifrətim o həddə çatıb ki, onların gözlərinin içinə baxmaq istəyirəm. Gözlərimi qırpmadan bəbəklərinə doğru baxaraq bağırmaq istəyirəm! Sizlərdən necə iyrəndiyimi, sizə qarşı ikrah doğuran hisslərimi qusmaq istəyirəm baxışlarınıza. Kim olduğunuzu bir-bir üzünüzə demək, hətta sizi belə özünüzdən iyrəndirmək istəyirəm! Fahişə gülüşünə bənzəyən baxışlarınızı bir-bir soxmaq istəyirəm gözlərinizə! Necə iyrənc məxluq olduğunuzu, çirkabın içində çapaladığınızı pıçıldamaq istəyirəm qulaqlarınıza. Sizin vaxtından tez böyüdüyünüzü demək istəyirəm sizlərə..
Skamyadan qalxıb çəmənliyinn kənarı ilə addımlamağa başladım, yerdəki şam qozalarının arxasından gülümsəyərək baxırdın mənə və əlimdəki kibrit qutusunun içindən.
- Bəs söz vermişdin ki, heç vaxt məni yazmayacaqsan?
- Səndən yaxşı heç nə yaza bilməyəcəyimi anladığım üçün yazdım səni, bağışla.
Və gün gəldi köhnə sevgilisinin əlcəyini atdığı pəncərədən bizim kibritdən hazırlayıb başa vura bilmədiyimiz evin qalıqlarını və onunla birlikdə yığdığımız şam qozalarını atdı..


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30