manera.az
manera.az

Vur də, komandir, vur! - Faiq Balabəylinin şeirləri

2-12-2016, 11:47

 Vur də, komandir, vur! - Faiq Balabəylinin şeirləri


Manera.az Faiq Balabəylinin şeirlərini təqdim edir...
***

Vur də, komandir, vur

Axı gəlir, nişana al,
dayanma vur də komandir, vur!
O uçağı daşa basım buradan.
gör necə də bizim göydə o uçur?
Vur də komandir, vur!

O səmada qanad açan quş bizim
torpaq bizim, bulud bizim, daş bizim
Nə vaxta tək səbrim üstə daş düzüm
Vur də, komandir, vur!
Bu sazağın üz qarsıyır “istisi”
somsoyuqdur Kəlbəcərdə İsti su.
Bulud olur yanan qəlbin tüstüsü
Vur də, komandir, vur!
Nə müddətdir sapsarıdır yaşılım
tez əmr ver, düşmənimlə savaşım.
Qoy vurulum, torpağıma qarışım
Vur də, komandir, vur!

Tətik çəkən barmağını öpüm gəl
tuti bilim, gözlərimə təpim gəl
ocağım ol, səcdəgahım, pirim, gəl
vur də, komandir, vur
***

Sənin olmadığın bir məkanda
sənsizlik səssizlik kimidir,
həm də
yaşamaq çox çətindir...

Yadına düşürmü
gözündən düşənlər?
Əlindən düşənlər
gözündən düşənlərdən
daha qiymətliydi o zaman -
əyilib qaldırardın...

Elə pis olmuşam ki..
Küçələrin boy verən
işıq dirəklərinin
altındakı zülmət kimidir
ürəyimin döyüntüsündən
bəbəyimin közərən işartısı..

Yuxusuzluq yoxsulluq kimi
əlini üstümüzdən çəkmədi heç...
mən hələ də səni xatırlayıram
özüm yadıma düşmürəm heç...
***

Sənə bir söz deyim;
bir az da gözlə
amma bu sözümü qərib eləmə
Xəlvəti baxışla üz ürəyimi
amma ki, gül bilib dərib, eləmə.

Şəklini paylaşma, şəklimə baxma
üzünü gözünü gizləmə məndən..
Mən sənə qəlbimi aça bilərəm
amma sevgi-filan gözləmə məndən.

Nə desən, dərd edib çəkərəm elə
amma şirin-şirin nağıl danışma.
Həkimlər söyləyib, şəkərəm elə
dilinin altında noğul danışma...

Yaxşı, otur burda,
burda otur ki
səni görər olsam düz çıxım gedim,
O qədər tabladım, tab gətirmədim
indi də sən mənə döz, çıxım gedim...

Ağlına nə gəldi, ağrındın belə
dodağın bir belə büzülməzdi heç?
Deyəsən saçından asılıb qalıb
ürəyim, bir belə üzülməzdi heç...

Yaxşı, yaxın otur, üşütmə məni
görmürsən üst başı yalın gəlmişəm?
Dərdi yorğan kimi çəkib üstümə
ağrıdan üst başı qalın gəmişəm.

Sən nə istəyirsən, deyirsən ki sən
hələ də uşaqsan, ağıllanarsan?
bədbəxtin balası, bilirsənmi heç
Sən mənim dilimdə nağıllanırsan?!
***

Ayaqlarım
ürəyimin ağrısını hiss etmədi
daşıdı bütün ağrıları özüm qarışıq...
hara aparırdı bizi...

Bir ovuc su kimi çiləndim
çiliklənmiş taleyimin alın yazısına
silmək çətin olacaq -
göz yaşları yanaq boyu süzülür
nə edər alının qalın yazısına?

Əlini göy üzünə tutub
ruzi diləməyin əbəs olduğunu görən çocuq,
nə qaçırsan harınlaşmış adamın üstünə?
Göydən sənə ruzi göndərməyən kişi
yağış, qar tökər üstünə.
Bu adam isə
tüpürcəyinə torpağı yaraşdırmır,
sifət gəzir tüpürsün,
geri çəkil.
Geri çəkil ki, sənin də
ağrılarını ürəyimə yükləyə bilim
hələ dizlərimdə hey var,
gəzdirəcək özüm qarışıq bu ağrıları...
***

Ömrün payız fəsli çapır atını
Qışa tələsirəm
Yaz istəsəm də....
Mənə qayğı ilə durub çay süzür
Bu xanım, mən ondan naz istəsəm də

Sənə yorğan olub GÖY, çək ömrünə
Yaşıla bürünüb, göy çək ömrünə...
Bu ömür qurbandır göyçək ömrünə
Hər kəsi özümdən az istəsəm də...

Yaman yorulmuşam bu zaman bu an
Durub yeriyirəm elə yalandan
Adıma çalınır zurna balaban
Dostum Zəlimxandan saz istəsəm
***

Gecədən çox keçmiş çalınan zəngdən
Gələn xəbər kimi
yağdı bu yağış.
İslandı içimin hirsi, hikkəsi -
İndi ha çabala, indi ha boğuş...

Yarımçıq açılan tumurcuq kimi
Büzüşdüm, bir qəfil səsə büründüm.
Nə sevinə bildim,
nə göz yaşımı
Bu qəfil yağışdan
gizləyə bildim...

Yuyundum, qorxum yox gələn zökəmdən
Bu yağış aydınlıq gətirir yəqin.

MANERA.AZ






***
Yaxşı, daha yubanma,
Gözləyirəm, qayıt, gəl..
Gözlərim yol çəkməyir
yuxuludur, oyat gəl..
əlini çək sinənənə-
ürəyin yerindəmi?
üşüyürsən, bilirəm
mərəzin dərindəmi?
Gəl dayanaq üz-üzə
Boylanaq boy vermədən
Mən sənə doğru gəlimБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30