manera.az
manera.az

Yandır bu şəhərin küçələrini- Şeirlər/ MANERA.AZ

30-11-2016, 10:48

Yandır bu şəhərin küçələrini- Şeirlər/ MANERA.AZ

Şade Nağızadə
**

Andır bu şəhərin küçələrini
Yandır, içimdəki səni də yandır.
Sərhədi olmayan bir ölkə kimi
Zamanı dayandır, anı dayandır.

Yandır bu şəhərin küçələrini
Bəlkə küllərində bir mən taparsan
Hissini itirmiş sevən taparsan
Şəklimi oxşayıb öpən taparsan.

Yandır bu şəhərin küçələrini
Gəzdiyim yollarda ayaq izlərin
Arxamca baxmasın yaşlı gözlərin
Hanı axı ölməz qürurun sənin?!

Yandır bu şəhərin küçələrini
Məni artıq yad bil, itirilmiş bil
Hər sevən aşiq ki, Culyetta deyil.
Məni tamam unut
Yenə sev, sevil.

Yandır bu şəhərin küçələrini
Qarış içimdəki ümmana, çənə
Darıxma aşiqin tapılar yenə
Əzizim, xoşbəxtlik yaraşır sənə.

Yandır bu şəhərin küçələrini
Qorxuram yolları sənə dar gələr
Qorxuarm fikkrinə o çağlar gələr
Gəldiyim yollarla başqa yar gələr.

Yandır bu şəhərin küçələrini
Səninçün sərhədiz yollar, ölkələr.
İçində çiçəklər açır hər səhər
Nəyinə gərəkdir sevdiyim şəhər?!
Yandır bu şəhərin küçələrini...
**

Yenə olmalıdır 1 dəqiqə

Qadın qorxulardan geyindi köynək
Gözləri maviydi, saçı rəngbərəng
Üzündə dünənin həzin rüzgarı
Ruhundan keçirdi dəmir yolları.

Ax bu dayanacaq, dayanmayacaq
Kim bilir bu yollar aparır hara
Kövrək qəlbi daha daşlaşmış onun
Qəlbini doğrayıb tökmüş yollara.

O daha ağlamır, o daha gülmür
Gözləyir, gözləyir, heç kimsə gəlmir.
Ruhundan sökülür bir neçə damla
O ithaf olunur, qəlbsiz adama.

Özünə yad olmaq, necə də çətin
İçir badəsindən acı nifrətin
Yağışı hiss etmir əlləri daha
Adam kasıb deyil, vicdan çox baha.

Fikrində donmuş bir saat əqrəbi
Ömür ötüb getdi, adam gəlmədi
O daha danışmır, danışır qatar.
Nəhayət harasa aparır yollar.

O bilmir məhv olmuş arzular bu gün
Gələn bu qatarla qayıdacaqdır
Sakitcə intihar edən bir qadın
Adamı əbədi unudacaqdır.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30