manera.az
manera.az

Bağışla- Ulucay Akifin şeirləri |MANERA.AZ

29-11-2016, 11:54

Bağışla- Ulucay Akifin şeirləri  |MANERA.AZ
Manera.az Ulucay Akifin şeirlərini təqdim edir...


Gedənlərə

Var içində yoxluq
kimiydi ömrüm...
Yoxluq içində varlıq
kimiydi ruhum...
İnsanlar...
Getmək üçün gələn insanlar
keçirdi həyatımdan...
Ki, bütün gələnlərə də
dayanacaq kimiydi ruhum...
Əllərim...
Əlləriminsə gücü havada
sallanmağa çatırdı sadəcə...
Bütün məyusluğumun
təcəssümü idi barmaqlarım...
Ayaqlarım...
Ayaqlarım ki, getməyi yox,
Gəlməyi öyrətdiyim ayaqlarım...
Hər addımda torpaqdan
qoparılan köklü ağac kimiydi ayaqlarım...
Var içində yoxluq
kimiydi ömrüm...
Yoxluq içində varlıq
kimiydi ruhum...

***

Sözlər var
Çiyinlərə ağır gələn...
Gözlər var
Bacarır danışmağı...
Arzular var
Bacarır uçmağı...
Mənsə, təzəcə öyrənirdim
Ayaqlarımı ardımca daşımağı...


***

Elə də olur, belə də

Dərd eləmə,
elə də olur, belə də...
İmzaladığımız sənəd yox,
Nə də sövdələşdiyimiz bir kəs.
elə də olur, belə də...
"Getmərəm" deyənlərdən ayrılığı,
"Gələrəm" deyənlərdən gözləməyi
öyrənirsən vaxt keçdikcə...
Həyatdı da, fikir vermə...
Elə də olur, belə də
bunlara da öyrəşirsən...
Amma bir ümid olur həmişə,
bir ümid sabaha, bir ümid günəşə.
Çox ümid bağlama ümidə də,
çünki...elə də olur, belə də...

***

Qızcığaz,
mənim təbəssümüm
sənin göz yaşlarından daha ağrılıdır.
Sus...
İndi, nə sən məni
unudacaq qədər böyük,
nə də mən səni
unudacaq qədər kiçiyəm.
Bağışla... Bağışla
Ki, zaman sakit axarla gedərkən, çılğın,
coşarkənsə sakit idim.
Bağışla...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30