manera.az
manera.az

Od axşamı notları...- Müsabiqədə II yer tutan şeir

Od axşamı notları...- Müsabiqədə II yer tutan şeir

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq II yerin qalibi elan edilən Tural Turanın şeirini təqdim edirik:

Od axşamı notları...

Günlərdən od axşamı, ikindi sonrası...
Qurşaqdan aşağı cins
Sağ əlimdə“Sarıkız”.
Əynimdə bir Sədərək koftası: -
“I date only blondes”.
Sol əlimdə qatıqqara bir kitab.
Yeriyərək varaqlamaq
Səhifənin ən maraqlı yerinin altun oranına basmaq
Binədövrün alın yazısı məndə…
Əsəbləşmək üçün oxuyuram;
Və dişimin dibi bir söyüş süzgəci kimi süzür.
(Sizlərdən üzr!)…
Qaranı gözdən qoymamaq,
Qaranın kölgəsi də deyil…
Bir məşğuliyyət boş zamanlarda
Oxumaq, oxumaq…
Düz axşam soyuğuna kimi,
Üşüyərək oxumaq –
İlik oyuğuna kimi.

Açıq havada öləziyir göz:
Şər qarışır sətirlə göz arası.
Bu soyuq işıqların çevrəsində bir az döz.
(Bir haşiyə: həm də mətləb…
Fikirlər qarışanda lap çaşdırır təb:
Gur işığa baxdıqca öləziyir işıqlar,
3D – yə bürünür sayrışan sarmaşıqlar).
Öldüyü bir saat qərinəsi qədər oldu
günün ikinci yarısı.
Günlərdən od axşamı,
Odsuz bir axşam.
Bir maçlıq zamana bitər bu gün,
Sadəcə bitməz, ilim ayağı itər.
Ta başdan... elə huşdan da.
Zatən xatırlamaq üçün yazdım bunları,
Adına gün dediyim qurumuş odunları.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930