manera.az
manera.az

Kor məhəbbət - Fəridin yeni HEKAYƏSİ _MANERA

Kor məhəbbət - Fəridin yeni HEKAYƏSİ _MANERA
MANERA.AZ Fərid Ağalarovun hekayəsini təqdim edir:


Bəlkə də bu birinci evlilik ildönümləri deyildi, amma ilk günkü qədər həyəcanlı idi Dəniz. Murad isə gözlənilənin əksinə gecikirdi. Doğrudu, son vaxtlar adət halını almışdı bu gecikmələr, amma beş ildə bir dəfə də olsun ildönümlərini ötürməmişdi.

Masanın üstünü bəzəyirdi sevgi. Çünki onunla yoğruldu süfrə. Amma daha qıcqırmağa üz tutmuş "xəmir", çünki Dənizin gözləri hələ də Muradı gəzir.

Nəhayət qapı zəngi çalmış, ilin ən yaxşı həyat yoldaşı namizədi təşrif buyurmuşdu. Bəli, bu bütün şöhrəti ilə Murad idi. Buram-buram içki və bir az da vecsizlik qoxurdu sanki. Amma Dənizin ona birinci ildönümləri üçün hədiyyə etdiyi köynəyi geyinirdi. Bax bunu görmək o qədər gözəl idi ki, hər şeyi unutmağa hazır idi Dəniz. Amma o köynəyin üstündə başqa bir qadına aid dodaq boyasının izlərini görmək? Bax, bunu həzm etmək bir az zaman ala bilərdi. Amma Dəniz bunu həzm etməkdə elə də istəkli görünmürdü.

Murad isə bir daha Dənizin gözlərinə baxa bilməyəcəyini, onu incitməyə haqqı olmadığını bilirdi. Buna görə də səhər əşyalarını toplamış, evi tərk etmişdi.
Artıq bir il ötürdü. Dənizin isə sahib olduğu sadəcə oğlu Əli idi. Beşinci yaş gününü qeyd etmək üçün bir gözəl tort da hazırlamışdı. Amma :
Dörd divar olmuşdu xəyanət. - Onu bir küncünə qısa bilmək üçün.

Əlindən alınmış məhəbbət, bəlkə də yol ala bilmək üçün.

Bəli, Dəniz dəli olmağın eşiyinə gəlmişdi artıq. Çünki evin dörd bir yanıda onlu xatirələri var idi və hər şey ona Muradı xatırladırdı. Dəniz Əlinin əlindən tutduğu kimi küçəyə qaçdı. Deyəsən çox böyük, qorxunc bir şeylər planlayırdı. O qədər böyük idi ki bu, hətta beş yaşına təzə girmiş Əli də onu anasının gözlərindən oxumaqda çətinlik çəkməmişdi. Dəniz onca xatirəni bir kibrit çöpü ilə yandırıb yox edə biləcəyinə inanırdı. Etdi də.

O gün buludlar onlar üçün ağlamışdı. Bilmirəm, bəlkə də bu Tanrının göz yaşları idi. Yağış deyə yağmışdılar ilk o gün. Evin yüksələn alovlarını da söndürməyə bəs etmişdilər, amma ya Dənizin içindəki yanğın? Doğrudu, göz yaşları sel olmuş içinə axırdı, amma bu kifayət edəcəkdimi?

Bütün bunlar beş yaşında bir uşağı qorxutmaya bilməzdi. Əli yanan evin alovlarından anasına sığındı. Təsadüfən anasının sol əl barmağındakı tək daş zümrüddən alovların əksini də izləmək fürsəti əldə etmişdi.

Xəyanət bu qədər ovsunlayıcı ola bilərdimi?

Bu üzük Muradın Dənizə son hədiyyəsi idi. Evi tərk etmədən əvvəl masanın üstündə qoymuşdu. Dəniz üzüyü aldığı kimi alovların arasına atdı. Amma sonradan Əli geri qayıtmış, o üzüyü qalıntılar arasından çıxarmışdı. Bunu niyə etdiyini bəlkə ağlı kəsmirdi, amma doğru bir şey etdiyini içdən-içə hiss edə bilirdi. Çünki bu üzük sonralar ona anasını xatırladan tək şey qalacaq və bu kabus heç vaxt onun yuxularından əksik olmayacaqdı.

Qəfl gələn zənglə gözlərimi açdım. Sürücünün a'ni əyləcə basması da bir gözəl silkələmiş, oyatmışdı məni, amma çox keçmədi bu qorxu öz yerini xoş təbəssümə verdi. Bəli, zümrüd yaşılı gözləri ilə tam qarşımda əyləşirdi o an. Hekayənin O'nun olduğu hissəsi də maraqlıdır, amma gözləri bir başqa sehrinə almışdı məni. Orda yaşılın olduğu çox insan var, hətta onlardan bir çox ilə qarşılaşdığıma da əminəm, amma o? Bilmirəm, bəlkə də yox. Ola bilsin ki gözləri mənə o gecəni xatırladırdı. İlk o gün zümrüddən alovlar içindəki xəyanətin əksini izləmişdim. İndi də onun gözlərində bunun eynisini görürdüm. Bir şeylər etməli idim. Çünki bu, yəni xəyanət son dərəcə həssas olduğum mövzu idi. Amma mən nəsə deməyə fürsət etmədən bir anda ətraf qaranlığa qərq oldu. İşıqların geri gəlməsi də çox çəkmədi. Nələr baş verdiyini başa düşməyə çalışırdım ki, telefonuma gələn zəng olduğunu gördüm. Sürücünün ani əyləcə basması da məni bir az silkələdi. Qorxmuşdum. Çünki bir yuxudan oyandığımı düşünərkən ikinci yuxunu görmüşdüm artıq. Amma gələn zəng, sürücünün ani əyləcə basması. Hardasa hər şeyin təkrarlandığına əmin idim. Heç vaxt itirmədən başımı qaldırdım. Amma gördüklərim məni məyus etdi. Çünki görməyi ümid etdiyim zümrüd yaşılı gözləri keç, heç gənc qız da deyildi qarşımda əyləşən. Üzündəki bütün qırışları ilə birçəkləri ağ nənə sadəcə. Amma elə gözəl gülümsəyirdi ki, qeyri-iradi mən də təbəssüm etmişdim. Birdən mənə gələn zəng olduğunu xatırladım. Hələ də cavab verməmişdim. Tez yes düyməsini basıb zəngi götürdüm.

– Alo, Bəli Səbinə xanım?

– Təsadüfən tək daş üzük unutmamısan ki?

– Üzük? - tez əlimi cibimə atıb yoxladım. Deyəsən həqiqətən üzüyü ofisdə unutmuşdum.

– Bəli, mənim üzük olmalıdı. Sabah saat doqquz kimi ofisə yaxınlaşıb baxaram.

Anamın vəfatından sonra ondan mənə xatirə qalan tək şey o üzük idi. Tək daş zümrüd. Ona görə də tələsməyə bilməzdim. Səhər günəş ilk şüalarını saçdığında daha yolu yarılamışdım. Bir neçə saat sonra isə artıq universitetdə idim. Qapını açıb içəri girdim.

– Sabahınız xeyir Səbinə xanım! Bağışlayın, sizə də narahatlıq verdim. Üzüyü götürə bilərəm?

–Salam Əli.

Səbinə xanım digər otağa doğru səsləndi. – Aytən, qızım gələ bilərsən !

Artıq bir neçə ay idi orda işləyirdim, amma Aytən deyə birini tanımırdım. Yəqin ki yeni işçilərdən biri idi. Əslində bu elə də bir şey ifadə etmirdi mənim üçün. Əsas üzüyü götürmək üçün səbirsizlənirdim.

Lakin Aytəni gördüyüm an təəccübümü gizlədə bilmədim. Çünki bu elə onun özü idi.

Bir cüt itkin Zümrüd göz.

MANERA,AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930