manera.az
manera.az

"Bir ovuc xatirəyəm" kitabı təqdim olunub

11-10-2019, 09:38

"Bir ovuc xatirəyəm" kitabı təqdim olunub
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin təşkilatçılığı, Xasay Cahangirov adına ədəbi məclisin dəstəyi ilə gənc, istedadlı şairə Şəhla Vahidin "Bir ovuc xatirəyəm" adlı kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, təqdimatda ustad şair Əşrəf Veysəlli, əməkdar mühəndis Təbrik Quliyev, şair Dayandur Sevgin, Zəngilan şöbəsinin katibi Mahir Cavadlı, Aybəniz Əliyar, Kəlbəcər rayonundan olan qələm əhli - Yusif Hüseyn, Milli Daşqın, Aşıq Şəhriyar Kəlbcərli və başqaları, İlhamə Nasir, gənc yazarlar, şairlər, yazıçılar, jurnalistlər, səbəbkarın doğmaları, tələbələr və başqaları iştirak edirdi.
"Bir ovuc xatirəyəm" kitabı təqdim olunub
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və torpaqlarımızın bütövlüyü uğrunda canından qurban keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Namiq Məna qonaqları salamlayaraq, qısa zamanda AYB Qubadlı Regional Bölməsinin uğurlu fəaliyyətindən danışdı.
"Bir ovuc xatirəyəm" kitabı təqdim olunub
Bədihəçi şair qeyd etdi ki, AYB QRB hər zaman gənc istedadlara dəstək olur: "Bu gün də gənc şairə Şəhla Vahidin özünəməxsus dəst-xətti olan, həm vətənpərvər mövzuda yazdığı, həm də lirik, həsrət dolu sevgi şeirlərindən ibarət kitabının təqdimatına yığışmışıq”. Namiq Məna Şəhla Vahidin həyat və yaradıcılığı haqqında məlumat verdi və poeziyaya göstərdiyi diqqət və qayğıya görə ona plaket təqdim etdi.

Daha sonra tədbiri aparmaq üçün söz AYB QRB-nin nəzdində yaranmış Xasay Cahangirov adına ədəbi məclisin rəhbəri Solmaz Cahangirovaya verildi. S.Cahangirova Şəhla Vahidin yaradıcılığından geniş söz açdı. Digər çıxış edənlər də şairənin şeirlərini səsləndirdilər və müxtəlif kompozisiya nümayiş etdirdilər.
"Bir ovuc xatirəyəm" kitabı təqdim olunub
Sonda söz səbəbkara verildi. Şəhla Vahid əvvəlcə AYB QRB-nin sədri Namiq Mənaya bu tədbirin təşkilinə və atası, mərhum şair Vahid Əlif oğlunun xatirəsinə göstərilən diqqətə görə təşəkkür etdi. Şairə öz poeziyasından müxtəlif mövzularda şeirlər səsləndirdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi./artkaspi.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031