manera.az
manera.az

Gəmilərin "azdığı" limanlar haqda hekayət

8-10-2019, 15:06

Gəmilərin "azdığı" limanlar haqda hekayət
Nəcəf ƏSGƏRZADƏ yazır...

Bir neçə gün əvvəl. Nədənsə narahat olmağa başladım. Darıxdım səbəbsiz yerə.

Və...

Düşündüm. Dedim öz-özümə. Yeni yazı yazım. Axırıncı yazdığım yazının üstündən deyəsən 5-6 gün keçib, bəlkə də daha çox.

Bəs nədən yazmalı?

Bilirəm, düşünürsünüz ki, bunun probleminə var. Mövzudan çox mövzu var. Birini seçib yaza bilmirsən.

İnanmayacaqsınız, amma problem də elə burdadır. Ətrafımda mövzuların çox olmasına rəğmən, mən özümə, ürəyimə sinən mövzular haqqında yazmağa vərdiş etmişəm.

Biraz da düşüncələrə dalıram. Öz-özümlə haqq-hesab çürüdürəm. Oturduğum yerdən ayağa qalxıb kitab rəfimin qarşısına gəlirəm. Aha, gözümə bir kitab sataşır. Götürüb vərəqləyirəm.

Azan gəmilər limanı (Müəllif Yaşar Bünyad)
Gəmilərin "azdığı" limanlar haqda hekayət
Bu kitabı hardasa mən 2 ay bundan əvvəl oxumuşam. Özü də təyyarədə. İstanbula səfər edərkən.

Fəqət kitabı bitirəndən sonra həmişəki adətimə uyğun olaraq kitab haqqında fikirlərimi yazmadım. Daha doğrusu yaza bilmədim. Eləcə kitabı oxuyub kənara qoydum.

Ayağa qalxıb kitabı təzədən götürdüyüm yerə qoymaq istədiyim vaxt birdən telefonuma mesaj gəldi. İlk öncə baxmaq istəmədim. Telefonun ekranı ard-arda yanıb söndü. Səbrimi basdıra bilməyib telefonu sol əlimlə( kitab sağ əlimdə idi) götürəsi oldum. Telefonu kiliddən çıxarıb, gələn mesaja baxdım.

Mesajı dostum N yazmışdı. Adətə uyğun olaraq ilk öncə mənimlə salamlaşmış, daha sonra hal-əhvalımı soruşmuş, sonra isə əsl mətləbə keçmişdi.

"Sən söz vermişdim. Kitab verəcəkdin mənə oxumağa. Nəsə səsin-sorağın çıxmır"( sonda gülüş smayliki atıb)

Sizə bir sirr açım, amma nəbadə bir nəfərə deyəsiniz. Yoxsa birdə sizinlə danışmaram. Bir yolluq çıxıb gedərəm.

Danışdıq?! Söz verirsiniz heç kimə deməyəcəksiniz.

Öz kitablarımı heç kimə verməyi xoşlamıram. Bir neçə adam məndən xahiş etsə də, yox deyə bilmədiyim üçün bu vaxtacan bir təhər vəziyyətdən çıxıb onlara kitab verməməyə çalışmışam. Verdiyim kitabların mənə qaytarılmaması, yada kitabı verdiyim vəziyyətdə almamağım məni bu yola əl atmağa məcbur edir.

Hal-hazırda ən yaxın dostlarımdan savayı heç kimə kitab vermirəm. Elə mənə mesaj yazan adam da yaxın insanlardan biridir. Ona görə mənə gələn mesaja yox cavabı yazmadım. Hansı kitabı istəyirsə gətirə biləcəyimi söylədim.

Dostum isə məndən sizcə hansı kitabı istədi?

Cinayət və Cəza yox. Düz tapmadınız. Biraz da düşünün. Deyəsən bir nəfər cavabı bilir. Düz deyirsən utanma. Aha. Azan gəmilər limanı romanını. Halaldı sənə.

Bu kitabın şəklini bir neçə kərə facebook hesabımda paylaşmağım çoxunda romana maraq yaradıb deyəsən. Bu isə məni çox sevindirir.

Nəysə. Dostum N ilə danışdım. Kitabı sabah mütləq çatdıracağımı dedim. Və təbii ki, həmin axşam artıq fikrim yayındığı üçün yazı yazmağı növbəti günə saxlamalı oldum.

Sabah saat ikidə Yaşar Bünyadın Azan gəmilər romanını qoltuğuma vurub evdən çıxdım. Göydən daş yağmırdı. Hava biraz çiskinli idi.

Kitabı dostuma çatdıranda çox sevindi. Bunu oxuyandan sonra istəsən yazıçının digər kitabını (kitabın adı Miqrant gedir. O bu kitabdan fərqli olaraq hekayələrdən ibarətdir) sənə verərəm oxuyarsan.
Gəmilərin "azdığı" limanlar haqda hekayət
O dedi:

- İstəyirəm bu kitabı oxuyandan sonra bir yazı yazım. Sənə göndərəm fikrini deyəsən.

Mən isə əlavə etdim ki, həmin yazını müəllifin özünə göndərərik. Bəyənsə ədəbiyyat.az saytında verərik.

- Sevindi. Amma üzü bir anda dəyişdi. Sən bu roman haqqında nəsə yazmısan?- deyə soruşdu.

- Yazmaq istəyirdim. Amma nəsə yaza bilmədim. Fikirlərim dolaşıqdır. Roman gözəl idi. Cümlələr yerli-yerində. Təsvirlər əla. Amma nəsə çatmır elə bil romanda. Yada mənə elə gəlir. Sən mənim dediklərimə fikir vermə, özün oxu, özün qərar ver. Yazını yaz mütləq.

Dostumla görüşdən bir neçə gün sonra yenidən telefonun ekranı yanıb-söndü. Təzəlikcə oturub yazı yazmaq istədiyim vədədə bu gələn mesajla bir yerə cəmlədiyim fikirlərimin axını pozuldu. Hirsli vəziyyətdə ayağa qalxdım. Telefonu götürüb söndürəcəkdim ki, bundan sonra heç kəs yazı prosesimə mane olmasın. Bu fikrim baş tutmadı. Mesaj yazan N idi. Bir neçə gün əvvəl verdiyim kitabı bitirdiyini deyirdi. Həm də yazı yazdığını qeyd edirdi. Boşamsa, roman haqda yazdığı məqaləsini göndərməyə görə icazə istəyirdi.

Əlbəttə bundan sonra "yox"və ya "başqa vaxt göndərərsən" cavablarını yaza bilməzdim.

Boşam. Göndərə bilərsən deyə cavab yazdım. Biraz keçdi artıq yazı mesaj qutumda oxunma növbəsini gözləyirdi.

Məqalənin adı yox idi. Və yazı belə başlayırdı.

Bu kitabı oxuduğum zaman atam yadıma düşdü. O həmişə deyərdi: "Yaxşı ki, siz o vaxtları görmədiniz".

Bu sözlər beyninə əbədi həkk olunsa da bu vaxtacan atamın dediyi sözlərin mahiyyətini dərk etmədiyimi indi anladım və bu günki vəziyyətimə şükür etdim. Həmin dönəmdə yaşasa idim başıma hansı işlər gələrdi deyə fikirləşəndə tüklərim biz-biz durur.

Hər şey qədər, qismətin əlindədir. Bəs qədərdən, taledən qaçmaq olarmı?

Əsərin baş obrazı Qismət adında şəxsdir. Azərbaycanda ara qarışan, hərc-mərclik vaxtı ölkəni tərk edərək Rusiyaya gedir. Əslində gedir demək düzgün deyil. Ona görə ki, Qismət öz qismətiylə Rusiya yolunu tutmur. Onu bu yola itələyən, məcbur edən atası olur.

Atasının "Qisməti" Rusiyanın soyuq çöllərində əcəllə əlbəyaxa döyüşə girib, qurda, quşa yem olmaq üzərəykən keçmişini, uşaqlıq çağlarını, yeniyetməlik dövrlərini xatırlayır. Özünün zəif olduğunu, atasına qarşı müqavimət göstərə bilmədiyini özü-özünə təlqin edərək onu məhv etmək istəyən acı qismətinin əlinə rəvac verir.

Bizim əsər boyu gözümüzün qarşısında sadəcə Qismət obrazı durur. Oxucu onun beyninə girərək baş vermiş hadisələr axınını kadr-kadr seyr etməyə başlayır. Bəzən lenti durdurub geriyə fırladır, səbrini basdıra bilməyib bəzən hadisələri ötürərək bundan sonra nələrin baş verəcəyi ilə maraqlanır, bəzən isə sadəcə özünü hadisələrin axınına buraxır oxucu.

Mən özümü birinci qrupa aid edirəm. Bəs sən necə əziz dost?

Burda yazını dayandırıb. Özüm üçün çay süzürəm. Və verilən sualı sakitcə düşünərək özümü ikinci qrupa salıram.

Qismətin tale çarxı tərsinə fırlanmaq da davam edir. Onu qatarda soyayaq çölə tullayıblar. Az qala Qismət ölümün soyuq nəfəsini dadacaqdı. Belədə ki, o, qalın qar örtüyü ilə əhatə olunmuş meşədə ölümün əlindən hara qaça bilər?

Sanki ölüm Qismətin qismətinə yazılıb. Ondan heç cürə əl çəkə bilmir.

Keçmiş keçmişdə qalıb, gələcək isə...

Qismət və atası. Əsas fokuslanacağımız nöqtə budur. Qismət uşaq çağı etdiyi oğurluğa görə ilk öncə oğurluq etdiyi qonşunun qabağında atasının onu müdafiə etməsiylə qürrələnsə də, evə gəlincə atasından yediyi şillə-təpik onun sağlam bir fərd kimi yetişməsinə mane olur.

Bu döyülməkdən sonra uzun müddət müalicə alan Qismətlə atası arasına qara pərdə çəkilir. Onlar bir-birindən qopur. Bu hadisədən çox keçsə də Qismət o vaxtkı döyülməsinə görə atasından həmişə qorxur. Onun qərarları qarşısında səsini çıxara bilmir.

Bu sənə kimisə xatırlatmır? Hə əziz dostum?

Mən çayımı içə-içə deyirəm. Frans Kafka. Əla müqayisə idi. Halaldı sənə N.

Deyəsən tapdın. Kafka ilə Qismətin taleyi oxşardır sanki.

Bu uşaqlıq vaxtından qalan fobiya ucbatından Qismət özünü sonda Rusiyada tapır. İlk vaxtlar yaranan çətinliklərin üstəsindən gələn Qismət anasının ona atasından gizli verdiyi pulları bazarda rastlaşdığı adama qapdırandan sonra sonra qorxuya düşür.

Hə onu da əlavə edək: "Qismət sadəlövh insandır. Onun kimi adamları Rusiya bazarı həzm etmədən udur. Geriyə heç sümükləri də qalmır".

Fəqət Qismətin ölümü bir qədər təxirə düşür. O, əvvəl pis insana rast gəlir sonra isə yaxşı insana. Tarazlıq yenidən bərpa olur.

Asta-asta Qismət özünü toxtada bilir. Pul qazanmağa başlayır. Amma yenə də özünü rahat hiss etmir. Rusiya mühitinə uyğunlaşa bilmir. Ocaq onu geriyə səsləyir. Vətən Qisməti geri istəyir.

Bəs Vətənin qismətinə nə düşür?

Müharibə. Qanlı savaş. Minlərlə şəhidlər. Gözü yaşlı valideynlər. Satqınçılıq. Xəyanət. Rəzalət. Alçaldılma. Rüsvay olma.

Vətən deşilir. Torpağı zəbt edilir.

Qismət Rusiyada pul arxasında qaçır.

Xıdır kişiylə Qismətin söhbəti oğlanın buraya gəlməklə səhv etdiyi sillə kimi üzünə çırpır. Pul qazanıb Rusiyada yaşamaqdansa, vətəndə qalıb düşməklə vuruşaraq ölməyi üstün tutur Qismət.

Gecdi artıq Qismət. Sən artıq qərarını vermisən. Cürətin çatmayıb atana qarşı müqavimət göstərməyə. Sən ölməyi deyil, yaşamağı seçmisən. İndi qar altında qalan ayaqların donur yavaş-yavaş, lakin sən ölmək istəmirsən, yaşamaq istəyirsən Biraz cəsarətli ola bilsən, yaşamağı deyil ölməyi seçərsən.

Eşidirsən məni Qismət? Hə? Səsimə hay ver.

"Çox sərt sözlərdir. Kim ölmək istəyər ki, həyat əziyyətli, ağrılı-acılı olsa da, yaşamağı ölümdən üstün tuturuq. Gəl Qisməti qınama". Bu sözləri N.-ə yazdım. Özü də qəbul etdi. Biraz sərt yazmasına baxmayaraq, amma yazdığı fikirlərdən dönmədi heç cürə.

Keçmişə gedək. Qismətlə Saranın münasibətinə nəzər salaq.

Sara Qismətin qismətinə yazılmış qız deyildi. Qismət onu görəndən ağlı başından çıxsa da, heç cürə ona sahib ola bilmirdi. Sadəcə kiçik öpüşmələrlə öz ehtirasını söndürməyə çalışan Qisməti yarı yolda Sara tərk edir. Əslində Saranın fikri başqa idi. O, Qismətə bir kişi kimi deyil, uşaq kimi yanaşırdı. Onların münasibətləri alınar iş deyildi. Bunu Qismət gec olsa qəbul etdi.

İndi meşədə, ölüm ayağında olarkən bu şirin xatirələr gəlib gözünün qarşısında durduqca Qismətin içindəki həyat tumurcuğu yavaş-yavaş çiçəklənməyə başlayır. O, mübarizəyə qalxır.

Özü-özüylə. Tale ilə. Düşmənləriylə. Təbiətlə. Amma buna nə vaxta qədər tab gətirə bilər bilinmir.

Əsərdə ana xətlər bunlardan ibarətdir. Sözümü çox da uzanmaq istəmirəm. Oxuyub, qısaca əsərin mənə hansı hissləri yaşatdığını yazmaq istədim. Bilmirəm bunu nə dərəcədə bacardım, yoxsa yox. Bu artıq sizin ixtiyarınızdadır.

"N. yazını oxudum. Maraqlı yazmısan. Hadisələri çox açmamısan. Amma biraz uzun edə bilərdin yazını. Eyib etməz. Belə də yaxşıdır. Əsas yazı da hiss var. Mənim düşündüklərimin qeyd etmisən hamısını demək olar. Elə bil bu yazını sən deyil də, mən özüm yazmışam. Biraz təəccübləndim düzü. Halaldı sənə. Məni artıq keçmək üzrəsən".

"Bu yazını müəllifin özünə də göndərəcəm. Bəyənəcəyinə inanıram. Redaktə edib ədəbiyyat.az saytına qoyarıq. Ən xoş arzularla. N.Ə"

Mesajı göndərirəm. Biraz keçir. Mesaj gəlir.

"Çox sağ ol. Təşəkkürlər xoş sözlərə görə. Sənin fikirlərini yazmaq məsələsinə qalanda isə. Bir dəqiqə. Dayan. Gəl bu məsələni başqa vaxt danışaq. Boş olanda. Sənə bir sirr açacam bu barədə. İndi isə yorğunam biraz. Yatacam".

O nə sirrdir elə?

Güzgü.. Güzgü barədə.

Güzgü? Nə güzgü?

Cavab gəlmədi...

Gəmilərin "azdığı" limanlar haqda hekayətБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031