manera.az
manera.az

Şəhriyar del Geranidən sonuncu şeir kitabı - Foto

26-09-2019, 10:32

Şəhriyar del Geranidən sonuncu şeir kitabı - Foto
Son illərin ən parlaq imzalarından olan şair Şəhriyar Del Geraninin "Gecəniz şeirə" şeirlər kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, kitabda 33 yeni şeir toplanıb. Müəllifin ilk şeirlər kitabı olan "Darıxmağın adı"ndan isə oxucuların ən çox sevdiyi, məşhur 12 şeir seçilib. Kitabda ümumilikdə 45 şeir yer alıb. Bu vaxtacan heç yerdə çap olunmamış şeirlər də var.

Kitab mağazalarda satışda olmayacaq, yalnız imza və təqdimat günləri satışa çıxarılacaq. Kitabın satış qiyməti şəhərlərdə 5 manat, rayon və kəndlərdə 3 manat nəzərdə tutulub.

Qeyd edək ki, ilk tirajı Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində nəşr edib.

Müəllifin bildirdiyinə görə, kitab uğurlu qarşılanarsa, növbəti tiraj öz hesabına 10 min nüsxə çıxacaq. Kitabdakı yeni 33 şeirin hamısı bir qadına yazılıb.
Şəhriyar del Geranidən sonuncu şeir kitabı - Foto
“Gecəniz şeirə” müəllifin sonuncu şeirlər kitabıdır. Bundan sonra o, şeirlər kitabı çap etdirməyəcək.

Həmçinin, "Gecəniz şeirə" kitabı "Kitab otağı" layihəsi çərçivəsində yayımlanacaq ilk kitabdır. "Kitab otağı" layihəsi bütün ölkəni əhatə edəcək müəllif marafonudur. Bu layihədən çap olunacaq müəlliflər öz kitablarıyla Azərbaycanın ən ucqar kəndlərinə, rayonlarına səyahət edib oxucuların qarşısına çıxacaqlar./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031