manera.az
manera.az

Güllələr hədəfə dəydiyi üçün, ağladı - YENİ İMZA

24-09-2019, 11:04

Güllələr hədəfə dəydiyi üçün, ağladı - YENİ İMZA
Manera.az "Yeni İmza" layihəsində Rauf Qədimin şeirlərini təqdim edir:

* * *
Bir gün tanrı götürüb yer kürəsini
oynamıram deyib, gedəcək evinə,
və sənin duaların heç kimə çatmayacaq


* * *
Tarix əşyalara da öyrətdi acı çəkməyi.
Şəkillər acı verdiklərinə görə utandılar,
gizləndilər daima tozlu rəflərdə.
Ölüm hökmü yazılmış kağızlar
yandıra bilmədilər özlərini.
Gizlənməyə bir yer tapmadılar, adamlardan.

Ağladı hər gün,
cəlladın baltası aşağı endiyi üçün,
güllələr hədəfə dəydiyi üçün, ağladı.
Amma hiss etmədi kimsə bu ağrıları.

Bir gün,
dar ağacındakı ip də
asdı özünü dar ağacından,
Amma bacara bilmədi çəkməyə,
ayağının altından insanları.


* * *
Qırmızı rəng
gilyotindən düşən bədənsiz baş kimi
düşər fırçadan.
Da Vinçi yaşam, fırça ölüm istəyir,
sonuncu şam yeməyinə.
Paris yaşamdan ötəri matəm saxlayır bu gecə.
Tənhalıq yenə yığışır gecənin ətəyinə.

Tənhalığın gecənin ətəyinə gizləndiyi gecədə,
Van Qoq pıçıldayır, Bethovenin kar qulağına
səssizliyin musiqisini.

Sokrat susur, danışmır artıq kimsəylə,
təbiət pozur öz ahəngini.
Bəlkə də, Platon ideyalar aləmində,
gizlədir öz müəllimini, qorxur adamlardan.

Və gün gəlir,
İsanı çarmıxa,
tanrı da təkliyə çəkir, insan.
Gecə göstərir tanrıya tənhalığın yerini.

NÜSEYNƏ ETÜDLƏR

Gün gəlir xatirələr də, ögey bilir səni, dostum,
hər şey doğmalıqdan çıxır kənara.
Amma sən, yenə də qucaqlayırsan bütün xatirələri,
əzizcəsinə,
ana balasını qucaqladığı kimi.

Bax,
Uşaqlıq göyərçinlərimiz də,
Öldülər bütün müharibələrdə,
Elektrik tellərinə ilişib qalan,
Çərpələnglər kimi.
Göyərçinlər kimi çərpələngləri də,
Tuta bilmədik ovcumuzda.
Əllərimiz müharibələri
Çərpələnglər göyləri sevdi.
Yağışla oynayan küləklər kimi.

Kim deyir ki azlıq, tabedir çoxluğa?
Hərkəsin sevdiyi yağışlar belə
Bir anda günah yığınına çevrilə bilər
Bir damlasında bir qarışqanı boğduğu üçün.
Bax budur həyatın məqzi, dostum.
Bütün qarışqaların yuxusudur - səadət.

Nə edəsən?,
Axı getməyə də, yerin olmur
Küçəsi olmayan, ucsuz uzaqlara
yuxularla ovunmaqdan ötəri.

Doğma bilib qucaqladığın xatirələr də,
bir gün özünə yumruq vurarcasına,
hədəfləyir səni.
Körpənin ana bətnini ayaqladığı kimi.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031