manera.az
manera.az

Könlüm sənsiz qalmaz olsun - YENİ İMZA

4-09-2019, 12:02

Könlüm sənsiz qalmaz olsun - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində 10-cu sinif şagirdi Mətin Qarayevin şeirlərini təqdim edir:


ƏTİRLİ SÖZLƏR

Kainat içində bilinməzlərə
Şairin sorduğu sualdır şeir,
Tanrıya yollanan minlərcə şükür
Tanrının özü boyda sualdır şeir.

Sözlər dünyasında ən adi sözü
Şairin qələmi dərinləşdirər.
Ürəyə toxunan acı sözləri
Şair barmaqları şirinləşdirər.

Yaxşı söz, gözəl söz, məntiqli fikir,
Başdan ayağa şeirvaridir,
Sözlər dəyərini qızılla ölçməz,
Sözlərin hərəsi bir mivaridir.

Sözdən söz çıxarmaq, sözü bənzətmək
Sözlər nərdivanında bir pillə eylər,
Sözləri törətmək, sözləri bölmək
Sözü insan kimi hamilə eylər.

Hamilə anadan şirin balalar
Hamilə sözlərdən şirin söz çıxar,
Diri şeirlərdən ölü sözlər
Ölü şeirlərdən diri söz çıxar.

Şair olunmur şair yaranır,
Şair də məcburi şeir yazarmış,
Şairin yazdığı ürəksiz sözü
Şairin qələmi özü pozarmış.

Addım atıram şeir mülkünə,
Şair doğulmuşam, sözdür ön sözüm,
Şeirlə başlasın əvvəlim, ilkim
Şeirlə qurtarsın mənim son sözüm.

GÖZƏLİM

Gözəlim, nə gecəm var, nə gündüzüm,
Gecəm yoxsa səhəri neynim?!
Sevgimizdə qəm-qüssə var,
Sevinc yoxsa qəhəri neynim?!

İsti yoxsa sazaq gəlsin,
Səndən hər gün soraq gəlsin,
Sözün səndən qabaq gəlsin,
Səndən gəlməz xəbəri neynim?!

Sənsiz günüm olmaz olsun,
Gülüm, gülün solmaz olsun,
Könlüm sənsiz qalmaz olsun,
Ayrılmışıq?! zəhəri neynim?!

Sənsiz Bakı gözəl deyil,
Gözəldirsə, özəl deyil,
Qəlbim burda dözən deyil,
Sən yoxsansa şəhəri neynim?!

ÖLÜ SEVGİ

Hansı ağırdı görən
İlk ayrılıq, son görüş.
Qəlblərdə sevgi, nifrət
Son acı söz, ilk öpüş.

Ayrılıqla tanışlıq
Hərəsi bir şəhərdir.
Uzun gecə ayrılıq,
Tanışlıq bir səhərdir.

Uzun gecədən sonra
səhərləri sevmirəm.
Uzun şeirin sonunda
Nöqtələri sevmirəm.

Sevgi ürəkdən gələr
Sonra bir qəlbə girər
Ya o qəlbdə yaşayar
Ya da o sevgi ölər.

Ölü sevgilərin sayı çoxdur
Diri sevgilərin ömrü az.
İndiki sevgilər ölü sevgidi
Ölülük dərindi, dirilik dayaz.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30