manera.az
manera.az

Sevgi namazını qılaram səndə - Yeni Şeirlər

28-08-2019, 15:39

Sevgi namazını qılaram səndə - Yeni Şeirlər
Manera.az Emin Pirinin yeni şeirlərini təqdim edir:

Namaz

Aramızdakı uzaqlıq
dönər Berlin divarına.
mənim ürək ağrılarım
külüngdü sənin əlində.

Yolun çox uzaq bura
eybi yox,
xəritədə
barmaqların sığallasın Sumqayıtı.

...Buranın dənizi bənzəməz
sizin çaylara.
Xəzərin qısqanc suları hicaba bürüyər
sinəndəki dik minarələri.

dodaqlarını görəndən
unutdum vegeterian əhdini.

Əllərim kəlbətin olar sənə
sayar
saydıqca dedirdər
dodağından süzülən
sevgi notlarını.

dalğalar gitaram olar.
mənsə Lorkadan,
ya da bizim Emin Piridən
şeir deyərəm sənə.

Sevgi namazını qılaram səndə
canamazım olar sinən
göbəyin mən möminin möhürü
səcdə edərəm,
3 deyil, 333 kərə
öpdüm,
öpdüm...
sənin eşqindən doğan
zəm-zəm suyunda
aldım dəstəmazı...
ilahi, amin!

sevincinin yaşı 27
kədərinin ömrü min il.
inan mənə,
təklər elə təkdi
tək+tək=di yenə tək.

Necə edim,
necə qovuşum sənə?
onsuz da bütün dualarım
auta düşür
Roberto Bacconun final "11" i kimi.

Tanrının dizləri

Boyum çatmır boyuna,
sənə deyim qəlbimi.
Öpsəm çiyinlərindən,
ürəyimi açsam,
qulağına dediyimi
desəm boynuna, çiyninə..

Mən hər gecə təkliyin başını
qoydum Tanrının dizinə.

Ayağının altına bax, dəcəl qız,
əzərsən “çəkmə”nlə Maltanı.

Məndən yan keçən baxışların
demokl qılıncına çevrilir
xirtdəyimdə.
Boğuluram...

Mən qafqazlı Spartak
azadlığa deyil,
geriyə-
Romaya qaçıram
əsirin olmağa...

Sənin azadlığa açılmış qolların
İsanın gərilmiş çarmıxı.
Qeybə çəkilmək-yox olmaq istəyim var
qollarından-eşqin çarmıxından...

Şəklinə baxdıqca
qapım üstdə yuva quran
balasına yem aparan qaranquş
dənləyir ürəyimi.
Cikkildəyir:
“Niyə bitmir bu ürək,
elə bil sinə üstdə ürək deyil
taxıl zəmisi gəzdirir, zalım balası.”

Çiyinlərim qabar olub
Allahın tabutunu daşıyıram.
Şəhər-şəhər gəzdirirəm
kimsə yox tabut altına girməyə
şeytan ayağını yumaqda hamı.
Başım dizsiz qalıb
Tanrının dizləri çürüyür çiyinlərimdə.

Salavat çevirirəm təsbehimdə
Tanrının 99 adını pıçıldayıram:
Sən.
Sən..
Sən...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031