manera.az
manera.az

Mütaliənin cəmiyyətdə rolu...

14-08-2019, 09:48

Mütaliənin cəmiyyətdə rolu...
Su gələr axar gedər,
Hər yanı yıxar gedər,
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.


Bu el bayatısının üçüncü, dördüncü misralarında dünyanın bir pəncərəyə bənzədilməsi obrazlı məzmun kəsb edir.

Dünya pəncərəsindən dünyaya, həyata baxış fərqlidir. Ancaq ümumi olan budur ki, kaş ki, dünyaya baxışın hər biri insanlığa xidmət, yaxşı, xeyirxah əməllərə çağırış ruhlu ola idi.

“Pəncərə” verilişi inanıram ki, bu məqsəd, bu məramla efirə ayaq açıb. Qədəmləri mübarək və uğurlu olan bu verilişi alqışlayır və ona uzun ömürlülük arzulayırıq. “Pəncərə” xeyli vaxtdır həyata fərqli gözlə baxır, cəmiyyət üçün xüsusi aktuallıq kəsb edən mövzuları gündəmə gətirir. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru, AMEA – nın Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi Kamil Adişirinovla “Pəncərə” verilişinin kordinatoru Elxan Soltanovun “Mütaliənin cəmiyyətdə rolu, yaxud şagird mütaliəsinin əsasları” mövzusunda apardığı müsahibə də cəmiyyətin formalaşmasında mütaliənin roluna həsr edilmişdi. Ədəbiyyatşünas alimə görə, mütaliənin faydalı və effektli olması ona metodik rəhbərlikdən çox asılıdır.

K.Adişirinov müsahibəsində qeyd etdi ki, hər bir insanın, xüsusilə şagirdlərin mütaliəsi planlı və ardıcıl olmalıdır. O, oxuduğu kitabdan mənəvi qida almalıdır. Oxuda məqsəd aydınlığı, şüurluluq başlıca şərtdir. Fikrini görkəmli rus pedaqoqu K.D.Uşinskinin fikirləri ilə təsdiq edən alim qeyd etdi ki, oxumaq hələ işin hamısı demək deyildir, əsas məqsəd nəyi oxumaq və oxunulanı necə başa düşməkdən ibarətdir. Şagirdlərə məhz nəyi oxumağı və oxunulanı necə başa düşməyi öyrətmək, bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması sahəsində evdə valideynlərin, məktəbdə müəllimlərin və məktəb kitabxanaçılarının qarşısında qaçılmaz vəzifələr durur.

Mütaliənin cəmiyyətdə rolunu geniş şəkildə səciyyələndirən alim klassik ədəbiyyatın şedevrləri olmuş, Xətib Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin həyatında mütaliənin rolu haqqında gətirdiyi çoxsaylı nümunələr müsahibəyə xüsusi dolğunluq və obrazlılıq gətirdi.

Mütaliənin elmi-metodik tələblərini vurğulayan Kamil Adişirinov qeyd etdi ki, mütaliəyə düzgün rəhbərlik etmək üçün müəllim şagirdlərin aşağı siniflərdə oxuduqları əsərləri dəqiq bilməli, mütaliə prosesində şagirdlərin səliqəli olmalarına xüsusi diqqət yetirməlidir. Şagirdlər bilməlidirlər ki, istər şəxsi kitabı olsun, istərsə də kitabxananın və ya yoldaşının, fərqi yoxdur, onu qaralamaq, ləkələmək və cırmaq olmaz.

Yaxşı olar ki, bu fikri şagirdlərin şüurunda möhkəmləndirmək üçün “Kitabı qoruyun”, “Kitab bilik mənbəyidir” və s. mövzularda müsahibə və söhbətlər keçirilsin; məktəbin və kitabxananın divarlarından görkəmli şəxsiyyətlərin, pedaqoqların kitab haqqındakı fikirləri plakat və şüarlar şəklində yazılıb asılsın. Məllimlər şagirdlərə kitabı saxlamağın qaydalarını başa salsınlar.

Müəllim xalqımızın mədəni və ictimai həyatında kitabın rolu, ona çəkilən zəhmət, sərf olunan vəsait, görkəmli adamların kitabdan istifadə üsulları və s. haqqında şagirdlərə yeri gəldikcə müvafiq məlumat verməlidir.

Mütaliə mütaliəçidən ciddi, tənqidi və düşüncəli münasibət tələb edir. Təbiidir ki, oxu, kitabın məzmunca çətin və asanlığına görə müxtəlif olur. Odur ki, sinifdənxaric oxu üçün kitab seçərkən şagirdlərin yaş və bilik səviyyələri, onların həvəs və maraqları nəzərdə tutulmalıdır.
Mütaliəni ardıcıl, şüurlu və planlı şəkildə aparmaq lazımdır. Oxunan əsərlərin təlim-tərbiyəvi təsiri yalnız bu zaman özünü yaxşı göstərir.

Oxu, şərti olaraq “məcburi” və “könüllü” adı ilə iki növə ayrılır.

“Məcburi” oxu altında məktəbdə ayrıca öyrədilməsi planlaşdırılan, lakin sinifdə bütövlükdə oxunması mümkün olmayan əsərlərin oxusu nəzərdə tutulur. Təlim prosesində şagirdlərin mütaliəsi o zaman səmərəli olar ki, müəllim və ya kitabxanaçı ona rəhbərlik zamanı nəticələrini vaxtaşırı yoxlasın və hesaba alsın. Bunun üçün müxtəlif üsullardan- ən sadəsi və faydalısı ayrı-ayrı şagirdlərlə fərdi müsahibə aparmaqdır. Fərdi müsahibə şagirdlərdə məsuliyyət hissi, doğruçuluq və s. tərbiyə etmək, onlarda mütaliəyə həvəs oyatmaq üçün geniş imkan yaradır.

“Könüllü oxu” zamanı şagird öz zövqünə, eləcə də tələbinə uyğun kitab seçir və oxuyur. Ona görə də bu oxuya rəhbərlik nisbətən çətinlik törədir. Lakin bəzi müəllimlərin etdiyi kimi, könüllü oxunu özbaşına buraxmaq olmaz. Dil və ədəbiyyat müəllimləri şagirdlərin hansı bədii əsərlərlə maraqlandıqlarını bilməli, onların mütaliəsini müəyyən məqsədə yönəltməlidir.

Şagirdlərin könüllü oxusu müəllim tərəfindən müsahibə və ev tapşırıqları yolu ilə müntəzəm olaraq yoxlanmalıdır. Bundan məqsəd şagirdlərin mütaliəsində müəyyən sistem yaratmaq və onların işini asanlaşdırmaqdır. Odur ki, şagirdlərdə mükəmməl mütaliə mədəniyyəti aşılamaq lazımdır. Bu mədəniyyətə yiyələnməyən şagird müstəqil düşünə bilmir, təlim onun üçün əzablı-əziyyətli görünür. Bədii zövq yalnız mütaliə yolu ilə formalaşıb inkişaf edib formalaşır.

Cəmiyyətin formalaşmasında Mütaliənin rolu - VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031