Tək adamlıq palata - Gənc yazardan ilk hekayə

Tarix:12-08-2019, 16:45 Baxış Sayı:247

Tək adamlıq palata - Gənc yazardan ilk hekayə
Manera.az Murad Muradovun "Tək adamlıq palata" hekayəsini təqdim edir:

Pəncərədən görünən Ay bu gecə daha parlaq və böyük idi.Ayın işıqı müalicə aldıqı palatanı nura boyamışdı..Ara sıra yan otaqlardan xəstələrin ağrıdan çıxardığı iniltiləri, növbətci tibb bacısının eşitdiyi səslərə verdiyi reaksiyanı nəzərə almasaq,klinikada, hər geçə qəribə səssizlik hökm sürürdü.

Onun yuxusu ərşə çəkilmisdi.Ayın bu gecəki gözəlliyindən yorğun gözlərini heçcürə çəkə bilmirdi. Sanki ovsunlanmışdı. Elə bu zaman gözundən düşən bir damcı yaş yanağına süzüldü.Ağlamağ istədi , amma onu da bacarmadı.Göz yaşlarını dərindən ah çəkməylə durdururdu. Gecələr uyumayan insanın gündüzə sığmayan acıları olurmuş...

Nə qədər gözəl deyilib !

Doğurdan da belə idi.

Bu günə olan sonuncu sistemin bitməyinə hələ bir qədər vaxt qalırdı. Ara sıra , istəməsə də , gözünü aydan çəkib başının üstündəki ştativdə duran sistemə sarı boylanırdı. Bir yandan yuxusuzluq, bir yandan da lənətə gəlmiş damcıların ürək çəkən ləngliyi əsəblərini pozmuş, damarına sancılmış iynə də ,nədənsə, ağrı verməyə başlamışdı.Ehmalca keyləşmiş qolunu rahatlatmaq üçün hərəkət etdirirdi.

Birdən gözü ay işıqında qəribə, qeyri-adi görünən,xəstələr üçün nəzərdə tutulmuş xüsusi geyiminə sataşdı. Paltar ona kəfəni xatırlatdı. Özü güclə eşidəcək səslə “Bismillah!” dedi. Ani olaraq üşəndi. Amma kəfən üçün tez idi axı? Hələ çox tez idi. Xəstəliyə ağır keçən əməliyyatla qalib gəlmişdi , demək olar ki, yenidən doğulmuşdu-bunu istəməsə də...

İndi onu öldürən, ona əzab verən tənhalığı, təkliyi idi.İlk günlər palatanın giriş qapısına tərəf daha çox boylanardı.Amma indi çalışırdı onu görməsin, sanki giriş qapısından küsmüşdü.Olanlara görə sanki qapı təqsirkar idi.

Bu qədər tənhalaşacağı, kimsəsizləşəcəyi necə ola bilərdi axı?.Yəni doğurdanmı onu heç kim xatırlamır? Belə tez unudulmaq ölümdən də betər idi. Birdən ölmüş olsaydı, onda necə?..

Xətrini istədiyi, gəlişini gözlədiyi insanları bir- bir xəyalında canlandırdı, nədən gəlmədiklərini özünə sual etdi. Halsız olduğundan beynindəki fikirlər də pərən-pərən olmuşdu. ”O qədər bəhanələr var ki?! Hərənin öz bəhanəsi...”-deyə , pışıldadı. Xatırlayacağı insanlar çox, cavab isə yox idi.

Diqqətini bir nöqtədə cəmləyib düşündü:

“Tabeliyimdə olan işçilərim mənə “sən əvəzedilməzsən, yaxşı insansan,biz sizi çox istəyirik” deyərdilər.Dostlar, tanışlar məclislərdə birinci badəni mənim şərəfimə qaldırar , can sağlığı arzulayardılar.Sən bizim qardaşımızsan-deyər, tərifləyərdilər...Əlbəttə, xoş sözlərdən məst olub hesabı da mən ödəyərdim...Axmağammış..Qohumlarım hər müşkül işdən ötəri dərhal yanıma qaçardılar. Bəs onlara nə oldu?Onlardamı mənə xəyanət etdilər?

Bəlkə ölümümlə sevindirəcəkdim onları?.. Nədən? Mən onsuz da özümü tanıyandan həmişə tək olmuşam , bu həyata öyrəncəliyəm , dözərəm.Ölməsəm, dözərəm... Bəs onlar mənim üzümə necə baxacaqlar?..Baxa biləcəklərmi?..”

İnsanlar hər şeyi ancaq öz mənafeyləri naminə edərlər. İstədiklərinə nail olana qədər səni ovuclarında belə gəzdirməyə hazırdılar.Deməli istədikləri olmadıqda ən əzizlərini belə itirməkdən çəkinməzlər?! Həytın qanunları sərt və amansızmış !Bu həyatda gərək hər kəsə laiq olduqu dəyəri verəsən .O isə çoxuna laiq olduğundan artığını vermişdi.Anladı ki, onu daha çox üzən, olmazın əzab verən bu gün çarpayısının yuxarı tərəfində oturub saçını oxşayan, əlini sıxan bir insanın olmamasıdır. Doğma birisinə ehtiyacı olduğunu hiss etdi.

Xəstəyə ən yaxşı yeməkləri, meyvələri, şirniyyatları ziyarətə gələnlər gətirər.O da evdə bişən sulu yeməyin dadına baxmaq istəyirdi. Əslində , yemək dadmaq yox, təmas, isti bir nəfəs, doğma sığal arzulayırdı...

Birdən qəribə bir istək ürəyindən keçdi; Gecənin bu saatında, radio proqramların birinə zəng etsin, saxta ad seçərək yalnızlığından danışsın, dərdini bölüşsün. Bəlkə səsindən tanıdılar, xatırladılar bəlkə...

Desin ki, anlayıram , sonu yoxdu yalnızlığın, sayənizdə üzüntülərim hər gün çoxalacaq.Mən də alışacam zamanla .Alışmaq insan xislətidi...

Desin ki, mən axı yıxılıb yenidən ayağa qalxmağa öyrəncəliyəm və təklik, tənhalıq nə qədər üstümə gəlsə də, qorxmayacam. İnsanlar, siz bilirsiz mənə nələri öyrətdiniz?Kənarda laqeyid qalmağı, sevgisizliyi ,qəlb qırmağı,düşünməməyi...Özünüz kimi olmağı öyrətdiniz. Bax , buna görə sizi alqışlamaqa dəyər. Axı sizlərdən biri olmaq mənə də sərfəlidir...Bu gecə də səssizcə,içimdə ağlayaraq boz tavanı seyr etmək qədərimdə var. Sizin üçün olmayacaq bu göz yaşlarım.Yox, Siz inciməyin, buna dəyməzsiniz.Göz yaşlarım özümə üsyanımdır ki,sizi sevmişəm, əziz bilmişəm.Əfsus... Bu gecə də təkliyin, tənhalıqın dadını içimə çəkəcəm...Bəlkə də son dəfə...Salamat qalın...

Zəng edib desinmi? Axı nə dəyişəcəkdi? Heç bir şey!..Əminliklə fikrindən, istəyindən daşındı. Gecənin bu vaxtında tanımadığı insanları uğursuz taleyi ilə baş-başa qoymaqdan vaz keçdi. “Bu, dəlilikdi.” Başını yuxarı qaldırdı. Şəffaf borudan vücuduna axıb gələn mayenin nə vaxt bitəcəyini saya-saya izləməyə başladı.

Bir...

İki...

Üç...

Damcılar səssiz-səmirsiz elə xəsisliklə düşürdü ki ! Səbrini boğub durmuşdu. Ona elə gəlirdi ki, sonuncu damcı düşən andan o, əvəzsiz bir hüzura qovuşacaq...

Qara bulud ayın qənşərinə keçəndə palatanı qatı qaranlıq bürüdü...

Tibb bacısı palataya daxil olub sükutu pozmadan sistemi onun qolundan ayırdı, işığı keçirdi, palatanın qapısın örtüb getdi...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ