“Qarabağ tarixi” adlı sənədli film çəkilib

Tarix:3-07-2019, 14:57 Baxış Sayı:65

“Qarabağ tarixi” adlı sənədli film çəkilib
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ tarixi” sənədli filmi layihəsi çərçivəsində filmin hazırlanmasını başa çatdırıb.

Manera.az xəbər verir ki, layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında ümumi məlumatları özündə əks etdirir. Film Qarabağ haqqında tarixçilərin yazdığı dəqiq məlumatlar əsasında çəkilib.

Filmin çəkilməsində məqsəd Qarabağın tarixi haqqında təkzibolunmaz dəqiq sənədlər əsasında məlumatları fakt olaraq hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Filmdə dünya tarixçilərinin araşdırmaları, ermənilərin saxta tarix yazmaları, tarixi faktları saxtalaşdırmaları barəsində ictimaiyyətə məlumat verilir.

Film sosial şəbəkələrdə yayımlanacaq. Həmçinin beynəlxalq qurumlara təqdim ediləcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ