Zəngəzur tarixinə dair yeni kitab

Tarix:14-08-2018, 13:07 Baxış Sayı:193

Zəngəzur tarixinə dair yeni kitab
"Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" kitabının təqdimatı olub


Kitab Təbliğatı Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin nəşr etdirdiyi "Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" monoqrafiyasının təqdimatı olub.

qhtxeber.az-a daxil olan məlumata görə, Birliyin sədri Hacı Nərimanoğlu Şuranın Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliği sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrdən daha birinin uğurla yerinə yetirildiyini bildirib. Layihə çərçivəsində “QHT nəşriyyatında” buraxılan kitabın Azərbaycanın əzəli tarixi torpaqları olan Zəngəzur mahalının son iki yüz illik tarixinin əks olunduğunu, müxtəlif dillərdə 300-dən çox arxiv materialı, tarixi sənədlərə istinadla tədqiqi edildiyini vurğulayıb.

Təqdimatda çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami, şair Oqtay Rza, "Azərkitab"ın direktoru Sabir Həsənov, AMEA-nın elmi işçiləri Razim Əliyev, Elcan Oruclu, Birliyin üzvləri Elbrus Quliyev, Fehruz Quliyev və başqaları görülmüş işin, yenicə işıq üzü görən kitabın məziyyətlərindən, nəşrin Zəngəzur barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasındakı əhəmiyyətindən danışıblar. Bildirilib ki, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşrdə Zəngəzur bölgəsinin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi sənədlər və detallarla araşdırılıb.

Zəngəzur tarixinə dair yeni kitab

Kitabda Zəngəzurda yerli əhalisinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi də əks olunub, böyük dövlətlərin hərbi-siyasi planlarının nəticəsi olan Ermənistan respublikası yaradılmasının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına zərbə vurduğunu, Ermənistanın regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu faktlarla göstərilib. Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitaba bu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ön sözündə qeyd edib ki, müəllifin çoxillik elmi tədqiqatlarının yekunu olan monoqrafiya xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında məqsədyönlü saxtalaşdırmalara və təhriflərə məruz qalmış Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı yazılması vəzifəsinin davamlı olaraq icrasına və dövlətimizin başçısı İlham Əliyevin bu çağırışına real cavabdır: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.

Kitabın PDF variantının və “Zəngəzur” tarixi-sənədli filminin yazıldığı 100-dək disk də tədbir iştirakçılarına paylanıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ