“Bir millət, iki dövlət” olmanın BARİZ NÜMUNƏSİ – Türklərin düşmənə qarşı savaşı…

Tarix:24-01-2018, 17:02 Baxış Sayı:231

“Bir millət, iki dövlət” olmanın BARİZ NÜMUNƏSİ – Türklərin düşmənə qarşı savaşı…

(Qafqaz Türk İslam Ordusunu sayqı və sevgiylə anırıq)

Türk milləti tarixən öz ədaləti ilə, məzlumun yanında və zalıma qarşı olması ilə yadda qalıb. Türk dünyaya nizam vermək üçün gəlmişdir və hər zaman öz soyuna sahib çıxdığı da bəllidir…

Sizlərə çəkinmədən bildirə bilərəm ki, TÜRK MİLLƏTİNƏ MƏNSUB OLDUĞUM üçün Yaradana şükürlər edirəm. Bəziləri bəlkə də bu ifadəni tam anlamaya və ya mənim ayrı-seçkilik etdiyimi düşünə bilər. Əsla belə deyil, bir Türk qızı olaraq heç bir zaman digər etnik azınlıqları ötəkiləşdirmədim.
Tarix boyu bizlər və atalarımız torpaqlarımızdakı qeyri-millətlərə qarşı xoşgörülü olmuşuq, onlarla çörəyimizi bölmüş və onlara ədalətlə hökm etmişik. Türklər heç bir zamana dövlət qurduqları yeni torpaqlarda yaşayan əski xalqlarin dilinə və dininə yasaq qoymadığı kimi, onlara təyziq də etməmişdir. Hətta o xalqların təhlükəsizliklərini qorumağı boyunlarının borcu bilmişlərdir. Çünki biz Türklərin törəsi ədalət üzərində qurulmuşdur.

Amma təəssüf ki, bizlərin ədalətli və xoşgörülü siyasətinin qarşılığı çox yaxşı nəticə vermədi. Bunun ən gözdə örnəyi erməni quldurlarıdır. Onlara torpağımızda özgürcə yaşama haqqı versək də, hər fürsətdə bizlərə qarşı xainlik etmişlərdir. Əgər işğalçı və sömürgəçi siyasətin xasını görmək istəyirsinizsə, rusların və avropalıların tarixinə diqqətlə nəzər yetirsəniz, kifayət edəcəkdir. Belə ki, ƏN YAXIN TARİXDƏ TÜRK YURDU AZƏRBAYCANI İŞĞAL EDƏN RUSLARIN İLK İŞİ BİZ TÜRKLƏRİN DİLİNİ VƏ DİNİNİ YASAQLAMAQ OLMUŞDUR.

Mən Türklüyün yaradandan əvəzsiz bir hədiyyə olduğunu qeyd etərkən də, əsla art niyyət, qərəzli bir düşüncə bəsləmirəm. Sadəcə Türklüyün nə qədər dəyərli olduğunu anlayır və bu bilinclə yaşamağımız gərəkdiyinin önəmli olduğunu bilirəm. ATALARIMIZ, DƏDƏLƏRİMİZİN ASİL QANI VƏ QƏHRƏMANLIĞI BİZ TÜRKLƏRƏ ÖRNƏKDİR. Düşmənlərimiz hər zaman bu həqiqəti bilir və bu səbəbdən bizə düşmanlıq edirlər. Bu gərçəyi Türk dünyasının önəmli düşünürlərindən və öndərlərindən, Azərbaycanın mərhum dövlət başçısı Əbulfəz Elçibəy sözləri ilə daha doğru əks etdirmişdir: "Sən Türk olduğunu untsan da düşmən əsla unutmaz". Tarixə nəzər saldığımızda bu sözlərin nə qədər həqiqət olduğunu görürük. Özəlliklə ruslar, farslar, ingilislər və ermənilər biz türklərə qarşı hər zaman nifrət bəsləmişlərdir. Torpağımızın bütünlüyünə göz dikmişlərdir. Bu gün dünya siyasətinin gərəyi olaraq bizlər farslara və ruslara qarşı "gülərüz" siyasət həyata keçirsək də, amma heç bir zaman bizə qarşı etdikləri düşmənçiliyi unutmuruq. Biz unutsaq da, tarix unutmaz. Çünki Azərbaycan Türklərinin tarixi və şəhidlərimizin qanı bu gerçəkləri daşa həkk edər kimi yazmışdır.

Tariximizin ən önəmli səhifələrindən birinə də Osmalı Türkləri ilə Azərbaycan Türklərinin ortaq qələbəsi həkk olunmuşdur.

Bu məqaləmdə tariximizin qürür mənbəyi olan Oğuz Türk yurdu Bakının fatehi Nuru paşadan və Qafqaz Türk İslam Ordusundan bəhs edəcəyəm. Bakının düşməndən azad olmasının 99-cu ildönümünü bu yaxınlarda qeyd etdik. Bu münasibətlə Nuru paşanı ve Qafqaz Türk İslam ordusunu sayqı, sevgi və minnətlə anırıq.

Bakı - küləklər şəhəri, gözəl Türk yurdudur. Tarixin bütün dönəmlərində düşmənə "yağlı tikə" kimi görünmüşdür. Təbii, bunun əsas səbəbi doğal zənginlikləri olan nefti və təbii qazıdır. Sizlərə də məlumdur ki, Azərbaycanımızın təbii sərvətləri daima rusların, farsaların və avropalıların iştahasını qabartmışdır. Bununla bərabər Bakı və bütünlükdə vətənimiz Azərbaycan hərbi-stateji və iqtisadi cəhətdən də önəm kəsb edib və bu müasir dönəmdə də eyni dərəcədə öz önəmini qoruyur. Başqa bir deyilmə desək, Azərbaycanımızın və Bakımızın təbii sərvətləri və coğrafi mövqeyindən gələn özəllikləri səbəbi ilə başı tarix boyu bəlalı olmuşdur.

XX yüzilin ilk yarısında 3 qitəyə hökm etmiş Osmanlı Türk imperatorluğu parçalanmanın eşiyində idi. I Dünya Savaşı başlamış və Osmanlı Türk dövləti 10 cəbhədə savaşırdı. Ümumilikdə dünyada vəziyyət heç də sabit deyildi. Dünyada baş verən hadisələr Qafqazalara da təsir etmişdi. 1917-ci ildə Çarlıq Rusiyası devrildi və idarə Bolşeviklərin əlinə keçdi. Boşeviklərin verdiyi vədə görə, bir çox millətlər kimi Azərbaycan Türkləri, gürcülər və hətta bir coğrafiyası olmayan ermənilərdə belə, müstəqil cumhuriyyət qurmaq və müstəqillik ab-havası yüksəlməyə başladı. Çünki Bolşeviklər hakimiyyətə gəlmədən öncə xalqların öz qədərlərinin öz əllərində olacağını vəd etmişdi. Ancaq heç də gözlənilən kimi olmadı. Bolşeviklər devrimdən sonra verdikləri sözləri unutdular və gözlənilənin əksinə, daha qəti siyasət həyata keçirildi. Anadolu Türklərinin gözəl bir deyimi var: "Gələn gedəni aratır". Bu deyim "yeni gələn əvvəlkindən də betər olar" mənasında söylənir və tam da Çarlıq Rusiyasi ilə Bolşeviklərin siyasətinin müqayisəsinə uyğun deyimdir.

Çarı devirən Bolşeviklərin əmri ilə “Qızıl Ordu” bütünlükdə Qafqazı siyasi və idari baxımdan daha ciddi bir şəkildə Moskovaya bağladı. Qafqazlarda hər keçən gün Bolşevik təziqləri daha çox hiss olunurdu. Azərbaycanda vəziyyət digər Qafqaz ölkələrinə görə fərqli idi. Səbəbi, öncədən də qeyd etdiyimiz kimi, zəngin neft və təbii qaz qaynaqlarına sahib olması idi. Ümumilikdə Qafqazla əlaqədar hər planın mərkəzində zəngin təbbi sərvətlərə malik olan Türk Yurdu Azərbaycan vardı. Bütün bu səbəblərdən qaynaqlanaraq, bölgədə tam bir qarışıqlıq hakim idi. Bir tərəfdən Bolşevik Rusiyası sömürgəçi siyasətini həyata keçirməyə, digər tərəfdən Avropa ölkləri Azərbaycan neftindən pay almağa çalışırdı.

Bütün bu xarici təsirlərə bir də daxildə olan hadisələr qarışdı və Azərbaycanı yorğun hala gətirdi. Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə bəhs etdiyimiz dönəmdə baş verən soyqırımı həkk olunuşdur.

1918-ci ilin martın ayının sonlarında rus və erməni dəstələri Bakı və ətrafında qətliamlar törətməyə başlamışdı. Vətənimiz Azərbaycan qan ağlayırdı. Bir tərəfdə ağır silahlara sahib bolşevik rus ordusu və onun dəstəklədiyi ,,böyük ermənistan,, qurmaq xəyalında olan erməni çetələri və bu işğalçılara dəstək olaraq gələn ingilis ordusu, digər tərəfdə isə savunmasız, silahsız Azərbaycan Türkləri. Moskvanın silahlandırdığı erməni quldurları daş üzərində daş qoymadı, Türk və müsəlman əhaliyə qarşı terror törətməyə başladılar. Qadın, uşaq, yaşlı ayırd etmədən on minlərlə soydaşımızı qılıncdan keçirdilər və güllələdilər.
Məqsəd çox açıq idi, bölgədən Türk-müsəlman toplumunu təmizləmək. Daha dəqiq desək, Türkü Türkün öz coğrafiyasından silmək. 28-31 mart günləri arasında təkcə Bakıda 17 min günahsız sivil qətl edilmişdi. O günləri Bakıdakı İngilis səfiri, xəfiyyəsi Mac Donel "Şəhərdə cəsədlərdən başqa demək olar ki, müsəlman qalmamışdı" sözləri ilə ifadə etmişdi. Xüsusilə qeyd etməliyik ki, qətliam sadəcə Bakıda törədilmədi. Şamaxı və Quba başda olmaq üzrə, Azərbaycanın bir çox şəhərində sivil və silahsız insanlar qətl edildi. Strateji baxımdan çox önəmli yerdə olan Şamaxı Bakıya sadəcə 110 km məsafədədir. Bu şəhərdə qətl edilənlərin sayı 8 min olaraq ifadə edilir.
“Bir millət, iki dövlət” olmanın BARİZ NÜMUNƏSİ – Türklərin düşmənə qarşı savaşı…
Sizlərə də məlum olduğu kimi, bütün dinlərdə ibədətxanalar müqəddəs olaraq hesab edilir. İnsani dəyərlərə önəm verən insanlar işğal etdikləri torpaqlarda ibadətxanalara, kitabxanalara toxunmazlar, amma insanlıqdan nəsibini almayan ermənilər və onların dəstəkləyicisi olan bolşevik rus ordusu ibadətxanaları və kitabxanaları belə yandırıb məhv etmişdir…

Haşiyə: SİZİN DİQQƏTİNİZİ TARİXDƏ TÜRKLƏR TƏRƏFİNDƏN YÖNƏTİLƏN TORPAQLARDAKI FƏRQLİ DİNLƏRİN İBADƏTXANALARINA YÖNƏLTMƏK İSTƏRDİM. Çünki Türklər əsla digər etniklərin dinlərinə, ibadətxanalarına və mədəni önəmi olan əsərlərinə qarşı hörmətsizlik etməmişlərdir. Bu gün İstanbula səfər etdiyinizdə bunu açıq-aydın görə bilərsiniz. Eynən Bakıda da kilsələrə və müsəvilərin ibadətxanalarına nəzər yetirməniz kifayət edəcəkdir. Amma bunun tam əksini bütünlükdə Avropada görə bilərsiniz. Hətta üzdən iraq qonuşalarımız ermənilərdə də bunun açıq nümunələri vardır. İşğal etdikləri Azərbaycan Türk torpağlarındakı bütün məscidləri xarabalığa çevirmiş, saygısızca yandırmışlardır.

O dönəm Şamaxıda da eynən belə etdilər. Silahsız və günahsiz Azərbaycan Türkləri Şamaxıda yerləşən məscidə ermənilərin toxunmayacağını düşünürdülər. Ancaq heç də düşünülən kimi olmadı və minlərcə TÜRK məsciddə yandırılaraq vəhşicəsinə qətl edildi. Eyni ilin iyul ayında qurulan Fövqəladə Təhqiqat Komissiyasının sənədləri də yaşanan qətliamı gözlər önünə sərmişdir. Bəhs edilən komissiyanın üzvü albay-polkovnik (rusça) Andrey Fomiç Novatskinin raporunda bele qeyd edilir: "Şamaxı qətliamına öndərlik edən quldur dəstəsinin rəisi S.Lalayevin əmri ilə ilk sırada yaşlılar, qadın və uşaqlar qətl ediləcək, küçələrdəki müsəlmanlar öldürüləcək, məscidlər yandırılacaqdır. Çox sayda uşaq və qadın məsciddə gizlənmişdi. Zənn edirdilər ki, məscidin hörmətli mollası Axund Molla Cəfərə ermənilər toxunmazlar. Ermənilər məscidə girərək Axundun gözlərini oydular, dilini, burnunu və qulaqlarını kəsdilər, sonra isə güllələdilər. Axundun evində və məsciddə gizlənmiş olan bütün qadın və körpələri qətl etdilər. Şamaxıda erməni dəstələri toplam 58 kəndi, 8 min Azərbaycan Türkünü qətl etdilər”.
“Bir millət, iki dövlət” olmanın BARİZ NÜMUNƏSİ – Türklərin düşmənə qarşı savaşı…
Qubada törədilən qətliamın da nəticələri ağır oldu. Qubada 122 kənd, 26 məscid və onlarca məktəb yerlə bir edildi. Çoxu qadın, uşaq və yaşlı olmqla, 16 min Azərbaycan Türkü qətl edildi. Bu acımasız qətliamın izlərini silmək üçün şəhid edilmiş minlərcə insanın cəsədi toplu məzarlara gömüldü.
Sonradan Qubada ermənilər tərəfindən qətl edilən insanların xatirəsinə abidə ucaldıldı. Bu abidənin divarlarında erməni vəhşiliklərini açıq-aydın göstərən təsvirlər əks edilmişdir. Həqiqətən bu təsvirlər də əks olunana mənzərələr (vəhşiliklər) insanın qanını donduruacaq dərəcədə vəhşət doludur.
Bütün bu qətllərdən və zülmdən qaynaqlanaraq Azərbaycan Türk yurdunun gücü tükənmək dərəcəsinə gəlmişdi. Amma Azərbaycan Türkləri ümidsiz deyildi. Erməni-rus quldurlarının gözü isə Türk qanına doymurdu. Türk qanına doymayan düşman Anadolu Türklərinə qarşı etdiyi vəhşiliyi eynilə Azərbaycan Türklərinə qarşıda törədirdi. Hal belə olunca Azərbaycanın öndə gələn aydınları qərar verdilər ki, qardaşdan yardım istəsinlər. Osmanlı Türk İpmeratorluğundan yardım istəmək məqsədilə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə bir heyət İstanbula səfər etdi. Ənvər paşa və Sultan Mehmet Reşat xanla görüşdülər. Ancaq vəziyyət hər zaman olduğundan daha çətin idi. Osmanlı Türk dövlətinin Qafqaza ordu göndərməsi sadəcə ruslara deyil, ermənilərə, ingilislərə qarşı da savaşması demək idi. Ayrıca I Dünya Savaşında Osmanlı dövlətinin "müttəfiqi" Almanya da Türklərin Qafqazda güclənməsini istəmirdi. Yəni Osmanlı dövləti qardaş Azərbaycan yardım etməklə dünyanın "siyasi gücləri"nin istəklərinə qarşı çıxmış olacaqdı. Osmanlı Türk dövləti bu şərtlər altında belə Azərbaycan Türkü qardaşlarına gərəkən yardımı etmək qərarına gəldi. Avropalıların və rusların deyimi ilə "xəstə adam" - Osmanlı Türk İmperatorluğu bu yardım istəyini qarşılıqsız buraxmadı.

Sizlərə bildirmək istərdim ki, rusların xüsusilə imperator I Nikolay tərəfindən ard-arda gələn savaşlar nəticəsində topraq itirən və Avropanın mali nəzarətinə keçmiş olan Osmanlı İmperatorluğuna "xəstə adam" adı verilmişdi. Nikolayın Sankt-Peterburqda 9 yanvar 1853-cü il tarixində dilə gətirdiyi deyim belə idi: "Qollarımız arasında xəstə, ağır xəstə bir adam var". Sonradan bu uydurulmuş "xəstə adam" adına 12 may, 1860-ci ildə "The New York Times " tərəfindən "avropanın" hissəsi əlavə edilərək "avropanın xəstə adamı" şəklində yayılmışdır. Maraqlısı budur ki, "xəstə adam" deyiminin sahibi, Çar I. Nikolay Kırım Savaşı sırasında öldü, yenə bu savaşda Osmanlını "xəstə adam "olaraq dəyərləndirən Rusiya Osmanlıya yenildi. Həm də öncədən qeyd etdiyimiz kimi, Çarın Rus İmparatorluğu "xəstə adam" dediyi Osmanlıdan öncə, 1917-ci ilə çökdü. I Dünya Savaşında da müttəfiqlər Osmanlını ağıllarınca kiçiltmək üçün "boğazın xəstə adamı" deməyə davam etmişlərdir.

Beləliklə Azərbaycan Türklərinin yardım istəyini tərəddüt etmədən qəbul edən Osmanlı Türk dövləti Azərbaycanımızı düşmən işğalından qurtarması üçün Qafqaz İslam Ordusunu görəvləndirdi…

(Davamı var)

Aynur TALIBLI,
Tarix və mədəniyyət araşdırmaçısı
İSTANBUL. 2018
http://muxalifet.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ