Hitlerin SSRİ-yə hücumunu ilk bildirən təşkilat: "Qızıl Orkestr" - ARAŞDIRMA

Tarix:17-04-2017, 14:50 Baxış Sayı:367

Hitlerin SSRİ-yə hücumunu ilk bildirən təşkilat: "Qızıl Orkestr" -  ARAŞDIRMA


Fərrux Həsənov yazır...

"Əgər yetərincə kəşfiyyat gücünüz varsa, kifayət qədər məlumatlısınızsa, ən güclü və ən qəddar düşməni belə məhv edə bilərsiniz"...

Müharibənin taleyini təyin edən məqamlardan biri də düşməndən daha çox kəşfiyyat məlumatına sahib olmaqdır. İkinci Dünya Müharibəsinin davam etdiyi müddətdə 1942-ci ilə qədər məhz "Qızıl Orkestr" SSRİ-ni gizli strateji, hərbi-taktiki, iqtisadi əhəmiyyətli məlumatlarla təmin etməyə nail olmuşdur.

"Qızıl Orkestr" kəşfiyyat qrupunun alman dilli mənbələrdə adı "Rote Kapelle" kimi qeyd olunur. Qrupun adı II Dünya Müharibəsi zamanı alman işğalı atındakı Avropa və İsveçrədə fəaliyyət göstərən 3 Sovet məlumat ötürmə qrupunun koordinasiyalı fəaliyyətinə verilən ümumaddır. Təşkilatın adındakı "qızıl" adının olması hər təşkilatın kommunist-sosialist baxışlı insanlardan ibarət olmasına işarədir. Həmin 3 təşkilata Trepperin Fransa və Belçikada mövcud olmuş "Trepper" qrupu, Almaniyada "Şulze-Boyzen/Harnak" (Schulze-Boysen) daxildir.

"Qızıl Orkestr" (digər adı Trepper Qrupu) adlı casus təşkilatının əsas qurucusu əslən Polşa yəhudisi Leopold Trepperdir. O, Qərbi Avropada çalışmış, geniş tərkibli casusluq təşkilatı yaratmış və ona rəhbərlik etmiş Sovet casusudur. Fransada Kommunist Partiyasına üzv olan Trepper elə bu ölkədə SSRİ üçün çalışmağa başlayır. Ancaq 1932-ci ildə deşifrə olunduqdan sonra məcburən Moskvaya gedir. SSRİ tərəfindən 1937-ci ildə təkrarən Franyasa göndərilən kəşfiyyatçı vaxt ikən onu deşifrə edən casusu ifşa edir və onun bu bacarığı Sovet mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Nəticə də o, Sovetlərin Qərbi Avropada nasist Almaniyası əleyhinə casus şəbəkəsi qurması üçün vəzifələndirilir. Onun qurduğu casusluq təşkilatı "Vermaxt"ın ən yüksək rütbəli zabitləri ilə sıx əlaqələr yaratmağı da bacarmışdır.

Məsələn, Leopold Trepperin kəşfiyyat təşkilatı haqqında belə deyilir: "Əgər 2-ci Dünya Müharibəsi ərəfəsində, Hitler SSRİ-yə hücum etməsindən öncə 'Böyük şef Leopold Trepper' və komandasının Berlin-Paris xəttindən Moskvaya göndərdiyi kəşfiyyat məlumatlarındakı "işğal" mesajı ciddiyə alınsaydı, 1941-ci ildə başladılan Barbarossa planı Sovetlər üçün daha az itki ilə nəticələnərdi"...

"Qızıl Orkestr" qrupu və ona daxil olan qrupların təməli, əsası şox maraqlıdır ki, Adolf Hitlerin hakimiyyətə gəldiyi ərəfələrdə qoyulub, yəni 1933-cü ildən sonrakı illərdə yaradılıblar. Nasist Almaniyasının işlədiyi cinayətlər, qanundan kənar işlərini ifşa etmək üçün ordu mənsubu Harro Şulze-Boyzen (Harro Schulze-Boysen) və Arvid Harnakın (Arvid Harnack) təşkilatçılığı ilə qruplar formalaşdırıldı. Məhz bu qrupların sayəsində müharibə öncəsi yüksək rütbəli hərbiçilərin gizli fəaliyyətləri, məxfi iqtisadi və hərbi bilgiləri, eləcə də işlətdikləri cinayətlər üzə çıxartdı. Bütün bu məlumatlar II DM-in əvvəlində Sovetlərə çatdırılmışdır. Müharibənin gedişatında almanları çətin duruma salan şifrəli mesajları məhz bu casus şəbəkəsi Moskvaya göndərmişdir.

1933-39-cu illər ərzində Almaniya daxilində gizli fəaliyyət göstərən həmin bu casus şəbəkəsinin üzvləri sonradan digər Avropa ğlkələrinə də səpələndi. Bunun ardından Fransa, Belçika, Hollandiya və İsveçrə kimi ölkələrdə yeni şəbəkələr quruldu. Casusluq faəliyyətlərini iki qrupa bölmək olar.

- Birincisi, 1933-1939-cu illər - II DM başlamasına qədərki dövr
- İkincisi, 1941-1943-cü illərə qədərki dövr (ən vacib tarix sayılır)

1941-dən 1943-ə qədər olan dövr ərzində onların çatdırdığı məxfi məlumatlar müharibənin taleyinə ciddi təsir göstərir. Hitlerin generallarından biri etiraf edir ki, "Qızıl Orkestr"in gördüyü işlər 200 min alman əsgərinin ölümünə səbəb olmuşdur. Bu səbəbdən də casusluq şəbəkəsinə üzv olan xeyli insan həbs olunmuş və güllələnmişdir. Bütün bunların ardından "Qızıl Orkestr"in mövcudluğu haqqında məlumat alan Adolf Hitler bərk hiddətlənərək bildirmişdir ki, "Bolşeviklər casusluqda bizdən bir addım öndədirlər". Bundan sonra "Qızıl Orkestr"a qarşı daha ciddi mübarizə əmri verən rəhbərin tapşırığı ilə 1942-ci ildə alman ordusunda mübarizə məqsədi ilə "Qızıl Orkestr Birliyi" yaradılmışdır.

Sözü gedən kəşfiyyat qrupu haqqında tədqiqatçı Gilles Perrault yazır ki, "onların gördüyü işlər sayəsində siyasi, iqtisadi və hərbi müstəvidə elə bir informasiya yox idi ki, SSRİ detallarına qədər bilməsin. Barbarossa strateji planından öncə məlumatı Moskvaya ötürən də "Qızıl Orkestr" idi. Stalinqradda baş tutacaq son qarşılaşma olan "Mavi Hərəkatı"nı da Sovetlərə bildirən məhz bu casus təşkilatı idi. SSRİ hər şeyi bilirdi. Berlin, Paris və Brüsseldən gələn bütün mesajlarda nasistlərin nə qədər aviasiyaya, nə qədər tanka sahib olduqları, döyüşlərdəki itkiləri, hətta Qafqaza hücum planına qədər hər bir şeyi onlar Sovetlərə ötürməyi bacarmışdır"...

"Qızıl Orkestr"ın həm "Vermaxt"ın, həm də "Luftvaffen"in strukturlarında bəzi casusları vardı. Məsələn, Stalinqraddakı xüsusi əməliyyatlardan birinin "Luftvaffen"ə aid məxfi sənədlərini ruslara həmin aviabirliklərin daxilindəki şəbəkənin casusları vermişdir. Bundan başqa təşkilatın Berlində casusluqlarından biri də Arvid Harnak idi və o, nasistlərin iqtisadiyyatla bağlı strateji planlaşdırma sektorunda işləyirdi. Harnak vəzifəsinin ona verdiyi imkanlardan istifadə edərək Hitler Almaniyasına məxsus SSRİ üçün çox ciddi sayılacaq iqtisadi bilgilər ötürdü.. Harnak 1936-ci ildə Almaniyanın hərbi cəbhəxanası ilə bağlı olquca məxfi dosyeləri Sovetlərə verməyi də bacarmışdır. Bununla bərabər o, Adolf Hitlerə qarşı bir sıra müxalif planlarda iştirak edirdi.

"Qızıl Orkestr"in digər məşhur simalarında biri də Anna Krauzedir. O, Almaniyanın tanınmış falçılarından biri idi və davamlı olaraq SSRİ üçün çalışmışdır. Onun bacarığı sayəsində nasizmin ən öndə gələn simalarına aid açıqlanması qadağa edilmiş strateji məlumatlar əldə olunmuşdur. Məsələn, ordu mənsubları, nasist iqtisadçıları, Reyxin nazirlik işçiləri və bqrokratları cəlb etməyi bacarmışdır. Falçılığın spesifik metodlarından istifadə edərək hərbi, həm də dövlət sirri sayılan bir çox gizli məlumatları əldə etməyin öhdəsindən gəlmişdir. .

Nəhayət, təşkilatın sistematik olaraq son fəaliyyət dövrü, arxiv materiallarında göstərildiyi kimi, 1942-ci il 16 noyabr tarixinə təsadüf edir. Həmin tarixdə Almaniyanın kəşfiyyat qrumu olan "Abver" (Abwehr) tərəfindən şəbəkə ifşa olunur və üzvlərinin xeyli hissəsi güllələnir. Qeyri-rəsmi isə bəzi mənbələrə görə, təşkilat 1943-cü ilə qədər fəaliyyətdə olmuşdur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ