Oxunub : 98 | Tarix : 17-11-2016, 12:00 | Bölmə: Yaddas

Kaliforniyada qəribə varlığın sümükləri aşkarlanıb

Kaliforniyada paleontoloqlar qrupu elmi cəhətdən izah edilməsi mümkün olmayan qəribə varlığın sümüklərini tapıblar.

Tədqiqatçılar sümüklərin qədim mamontlara aid olduğunu ehtimal etsələr də, bu cür quruluşa malik heyvanlar bu günədək elmə məlum olmayıb. Paleontoloqlar iddia edirlər ki, tapılan izlərin ən azı 10 min yaşı var. Strukturunun öyrənilməsi üçün əlverişli vəziyyətdə olan sümüklərin dəqiq yaşı ekspertiza nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, tapılan sümüklər Şimali Amerikada ən qədim relikt hesab olunur. Buna oxşar tapıntı 20 il əvvəl Normand adalarında aşkarlanıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər