Oxunub : 457 | Tarix : 18-07-2016, 09:36 | Bölmə: Yaddas

“Öz dövrünün padşahı”
Azərbaycan xalqının layiqli oğlu Zahid Məmmədovun əziz xatirəsinə həsr olunur

Şah İsmayıl Xətai - Səfəvi Dövlətinin banisi, görkəmli dövlət xadimi, istedadlı sərkərdə və şairdir. 1501-ci ildən 1722-ci ilə qədər mövcud olan imperiyanın qurucusudur. Və təsadüfi deyil ki, məhz onun hakimiyyəti illərində mədəniyyət, incəsənət, memarlıq və ictimai-siyasi həyatın digər sahələri inkişaf etmişdir.

Şah İsmayılın dövründə azərbaycan dilinin mövqeyi möhkəmlənir və o, dövlət dili səviyyəsinə qədər yüksəlir. O yüzillikdə azərbaycan dili saray, ordu, məhkəmə dili oldu. Şah İsmayıl təkcə güclü hökmdar, istedadlı sərkərdə deyil, həmçinin öz əsərlərini Xətai təxəllüsü altında yaradan şair idi. Şah İsmayıl aşıq şeri ənənələrinə müraciət edirdi və əsərlərini öz doğma dilində yazırdı. Şah İsmayıl öz əsərlərini sadə dildə, xalq poeziyası üslubunda (qoşma, gəraylı, varsağı, bayatı) yazırdı. Günümüzə qədər azərbaycan dilində “Dəhnamə”, “Nəsihətnamə” poeması, 400 qəzəl, 100 qəsidə və fars dilində yazılmış “Müqəmma” poeması gəlib çatmışdır. Xətainin yaradıcılıq mirası Pir Sultan Abdal, Qayğusuz Abdal, Gul Himmət və s. məşhur türk şairlərinə böyük təsir göstərmişdir.

Ədəbiyyata, elmə, incəsənətə himayədarlıq edən Şah İsmayıl o dövrün şair elitasını, o cümlədən Qurbani, Həbibi, Tüfeyli və digərlərini ətrafına toplamışdı.
Şah İsmayılın dövründə Təbriz qısa müddət ərzində Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və elm mərkəzinə çevrildi. Təbriz təkcə yerli deyil, həmçinin xarici ölkələrin mədəniyyət və elm nümayəndələrini özünə cəzb edirdi.

Şah İsmayıl bir çox xalq əfsanələri və dastanlarının qəhrəmanı oldu. Əbəs yerə dahi Füzuli Şah İsmayıl Xətaini “öz dövrünün padşahı” adlandırmırdı. Azərbaycanın bəstəkarı və dirijoru Müslüm Maqomayev dahi azərbaycanlıya “Şah İsmayıl” operasını həsr etmişdir.

Şah İsmayıl azərbaycan dilinin və mədəniyyətinin inkişafına qiyməti ölçülməyən töhvə vermiş, elm və mədəniyyətin bütün sahələrinin inkişafı üçün hər cür şərait yaratmışdır. Şah İsmayılın hakimiyyət illərini əsl mənada Səfəvi Dövlətinin “Qızıl dövrü” hesab etmək olar.

Tamerlan Ələkbərov

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər