manera.az
manera.az

İnsanları yalnız o öləndə itirmək olur- Günel Fərhadqızı/ MANERA.AZ

İnsanları yalnız o öləndə itirmək olur- Günel Fərhadqızı/ MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara blogger Günel Fərhadqızı cavab verir.

- Niyə varsan?

- Dünya əhalisi üzrə statistikanı artırmaq üçün. Kiminsə yerini tutmaq üçün.

- Niyə yox olacaqsan?

- Yerimi kiməsə vermək üçün. Yersiz gəlib, yerlə qaçmaq, yersiz yer tapıb, sonra yersiz qalmaq üçün.

- Niyə yazırsan?

- Bir enerji var, bir qüvvə var, o yazdırır. O enerji və qüvvəyə tabeyəm.

- Yaşamaq nədir?

- Doğulduğun andan ölənədək bütün həyatın, mübarizən

- Ölüm nədir?

- Məni başqa insanların itirməsidir. İnsanları yalnız o öləndə itirmək olur.

- Ədalət nədir?

- Doğruların və həqiqətlərin bərpa edilməsi və qorunması bərabərlikdir.

- Azadlıq nədir?

- Heç nəyə və heç kimə tabe olmamaq, özün olmaq və özünə görə yaşamaqdır.

- Yaradıcılıq nədir?

- Yaratmağı bacaran insanların məhsuludur. Ən böyük yaradıcılıq isə təbiətə məxsusdur.

- İnsan kimdir?

- Hər kəsə insan demək olmur, çünki şüur yoxdur bəzilərində.

Tural İsmyılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930