Dünyanın ən gözəl xanımları ilə...

Tarix:27-12-2018, 11:02 Baxış Sayı:372

Dünyanın ən gözəl xanımları ilə...


Dünən Bakı kitab mərkəzində görkəmli yazıçı Kamal Abdulla ilə oxucular arasında görüş keçirilirdi. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, yazıçılar, tanınmış ədəbiyyatşünaslar, ADU-nun müəllim və tələbələri, media nümayəndələri iştirak edirdi. Bir oxucu kimi mən də həmin görüşə qatılmışdım. Özümü bir anlıq “Ədəbiyyat sehri” nə düşmüş kimi hiss etdim. Əməlli başlı izdiham var idi. Sual vermək istəyənlər durna qatarı kimi düzülmüşdü. Suallar çox, cavablar da suallardan çox. Kamal müəllim hamını bir-bir dinləyir, suallarını cavablandırırdı. O sanki imtahan verirdi. Bəli, bu bir yazıçının oxucuları qarşısında imtahanı idi. İmtahan zamanı belə bir sual səsləndi: “Kamal Abdullanın yazı prosesində əhvalı necə olur, bu prosesi necə yaşayır?” Kamal müəllim: “Mən yazı prosesində dünyanın ən gözəl xanımları ilə tanış oluram, dünyanın ən gözəl nemətlərini dadıram, özümü xeyli arıqlamış hiss edirəm(gülür). Yazı prosesində özümü bir xeyli məmnun hiss edirəm. Təbii ki belə cavab hamının marağına səbəb oldu. Suallar çox, səbr və maraq ondan da çox.
Görüşdə kənardan müşahidə etdiklərimdən biri də oxucu ilə yazıçı arasındakı bağlantının səmimiyyəti, doğmalığı və təbiiliyi idi. O yazıçı xoşbəxt deyil ki, onun çoxlu oxucuları var, o yazıçı xoşbəxtdir ki, onun oxucuları ilə münasibətində bir sadəlik, doğmalıq, bir səmimiyyət var. Kamal Abdulla bu baxımdan xoşbəxt yazıçıdır. Oxucuları da həmçinin.

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ