45 il heç kimlə görüşməyən yazıçı

Tarix:27-11-2018, 21:31 Baxış Sayı:71

45 il heç kimlə görüşməyən yazıçı
Dünya səviyyəsində 120 milyondan çox satan, bir vaxtlar yasaqlanan və senzuralanan, lakin gəlmiş keçmiş ən yaxşı romanlardan biri kimi qəbul edilən "Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müəllifi Amerikalı yazıçısı Selinceri xatırlayacağıq.

Selincer normal ali təhsil ala bilməyib. 1930-cu illərdə pendir və kolbasa istehsalını öyrənmək üçün getdiyi Polşadan, Avstriyadan da əliboş qayıdıb. Atası fərasətsiz oğlunun yazmaq, böyük yazıçı olmaq arzusunu səfehlik sayırmış. O, övladının öz davamçısı olmasını istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranarmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.

Yazıçının yəhudi bir ət taciri olan atası, oğlunun peşəsini davam etdirməsini istəyir. Lakin Selincer atasının getdiyi yolu rədd edir. Təsəvvür edin ki, Selincer "Çovdarlıqda uçurumdan qoruyan” əsərini yazmasaydı, ət taciri olacaqdı.

İkinci Dünya Müharibəsinin iştirakçısı olan Selincer əsərin bir çox fəsilini cəbhədə qələmə almışdır. Kitabın ilk kopyasını "The New Yorker”-ə yollayan yazıçı, rədd edilir. Roman redaktorlar tərəfindən son dərəcə səthi və bəsit görülür.

1951-ci ildə yazdığı ”Çovdarlıqda uçurumdan qoruyan” romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub. Xüsusən o dövrün gənc oxuyucularını təsirləndirən bu roman Selincerə məşhurluq qazandırır. Dünyanın müxtəlif ölkələrində ümumilikdə 60 milyon nüsxə ilə satılmış bu roman Devidin yazdığı yeganə romandır.

1941-ci ildə 22 yaşlı Cerom füsunkar Uno O’Nilə aşiq olur. 16 yaşlı Uno Nobel mükafatı qazanan yeganə amerikalı dramaturq Yucin O’Nilin qızı idi. 17 yaşından aktrisalıq eləməyə başlayan Uno isə həmişə özündən yaşca böyük kişilərlə eşq macərası yaşayırdı, onu adətən intellektual qocalar cəlb edirdi...

1941-ci ilin sonunda Cerom cəbhəyə getmək üçün siyahıya yazılır. Tibbi komissiya onu orduya yararsız sayıb sağlamlıq kağızı verməsə də, inadkar Selincer fikrindən dönmür, 1942-ci ilin yazında nəhayət arzusuna çatıb, müharibəyə yollanır. Bundan sonra cəbhədən Unoya yazdığı məktublar onun yeganə əyləncəsinə çevrilir. Ancaq xanım O’Nil Kaliforniyaya köçəndən sonra Selincerin məktublarına cavab gəlmir.

Həmin illərdə Çarli Çaplin yeni filmi üçün aktrisa axtarışına çıxır. Ziyafətlərin birində soba qarşısında oturan Uno onun diqqətini çəkir. 1943-cü ildə Uno O’Nil özündən 36 yaş böyük Çarli Çaplinlə ailə qurur. Bu xəbər Selincerə ağır zərbə vurur. Avropanı fəth etməyə hazırlaşan gənc sevdiyi qızdan məktublarına cavab gözlədiyi bir vaxtda qəzetlərdən onun Çaplinə ərə getdiyini öyrənir. Və ömrü boyu bu nakam sevginin kabusu altında əzilir.
45 il heç kimlə görüşməyən yazıçı
Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” romanını yazdıqdan sonra onda psixoloji gərginlik yarandığı haqqında xəbərlər mövcuddur. Belə ki, onu müalicə etməyə gəlmiş həkimi Selincer romanındakı Holdin Kolflid obrazına bənzətmiş və bundan sonra qapıların bağlanmasını əmr edərək hər kəsin bayıra çıxmasını, onu həkimlə təkbətək qoymalarını istəyib. Daha sonra Selincerin əlində tüfəng otaqda təkbaşına qaldığı və heç kimi içəri buraxmadığı haqqında məlumatlar verilib.

1940-cı illərin sonunda dzen-buddizmi araşdırmağa başlamışdı. Romanı çap edilməmişdən qabaq Ceromun artıq iyirmi altı əsəri, yeddi novellası işıq üzü görmüşdü. Daha sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə ” Doqquz novella ” kitabını çıxarmışdı.

Selincer birdən-birə səssizliyə çəkildi və düz 45 il kimsəylə görünmədi. Onu görmək üçün hətta ABŞ-a gedən oxucuları yazarı görmədikdə məyus olurdular. Amma hamı ümid edirdi ki, yazar hamıdan uzaqlaşsa da, hardasa yenə də yazır.

Həyatının son illərində isə öz böyük darvazalı evində qalır və heç kimlə görüşmürdü. Müxtəlif ruhani meditasiyalar, praktikalar edirdi. Buddizm, hinduizm, yoqa, makrobiotika, dianetika ilə maraqlanırdı. Və eləcə də qeyri- ənənəvi tibblə, urinoterapiya ilə, homeopatiya ilə, müəyyən xristian elmləri ilə məşğul olurdu.

Başa düşmürəm, əgər bu sənə xoşbəxtlik gətirmirsə ağıllı olmağın və dünyanı öz zəkan ilə heyran qoymağın nə mənası var!

Məni – sona qədər oxuduqdan sonra "Kaş bu yazıçı ilə dost olardım və istədiyim vaxt telefonla danışa bilərdim” dediyim kitablar maraqlandırır.

Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz.

Nə isə yaxşı bir şey etdikdə özünə nəzarət etməsəniz bunu hər kəsə nümayiş etdirməyə başlayacaqsan. Belə olduqda isə yaxşı olmayacaq../Oğuz Ayvaz, adalet.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ