Jurnalistlərə niftər edən yazıçı

Tarix:19-10-2018, 11:52 Baxış Sayı:77

Jurnalistlərə niftər edən yazıçı
Manera.az məşhur yazıçılar haqda maraqlı əhvalatları təqdim edir.


Edqar Allan Po

Yazıçı qaranlıqdan çox qorxurdu. Ola bilsin ki, bu qorxunun səbəbi onun uşaq ikən qəbiristamlıqda təhsil almağı ilə bağlıdır. Onun oxuduğu məktəb o qədər yoxsul idi ki, şagirdlərə dərs ləvazimatı almaq mümkün deyildi. Bacarıqlı müəllimlərdən biri riyaziyyat dərslərini yaxınlıqdakı qəbiristanlıqda, qəbirlərin arasında keçirdi. Hər şagird özünə bir qəbir seçir və onun üzərindəki tarixləri hesablayırdılar. Və təəccüblü deyil ki, o böyüdükdə bütün dünya üzrə qorxu ədəbiyyatının əsasını qoymuşdur.

Allan Po işdən çıxarılanda iki il şəhər-şəhər gəzmiş, müxtəlif dərgilərdə işləmiş, konrfanslar keçirmiş, səfil və yoxsul bir həyatı davam etdirərkən də öz həqiqət bildiklərindən əl çəkməmişdir. Bu çətin həyatında qürurunu itirməyərək yazmağa davam etmişdir. O daim sanki mistik bir aləmdə yaşamışdır – bu dəlilikdirmi, yoxsa onun ruhi müvazinətini pozan ilham təlatümləridirmi, dəqiq bilinmir. Ponun yazılarını oxuyanda onun dəli olduğuna şübhə edirsən, bəlkə də o dəliliklə dahilik arasındakı o cizginin üstündə yaşamışdır. Həmin cizgidən o yana boylananda onu dəli sanmışlar, bu yana boylananda dahi. Ancaq hər iki halda da əzabı o özü çəkmişdir, bir də onun yaratdığı obrazlar.

Cəlil Məmmədquluzadə

Mirzə Cəlilin "Qurbanəli bəy” hekayəsi 1907-ci ildə kiçik kitabça halında çıxır. Bir qrup gənc ziyalı Qurbanəli bəy tipində bir bəylə zarafatlaşmaq üçün onun yanına gəlirlər. Deyirlər ki, bəy, Molla Nəsrəddin sənin barəndə hekayə yazıb, amma adını dəyişib. Hekayəni bəyə oxuyurlar. Bəy razılıq əlaməti olaraq başını yırğalayıb möhkəmcə gülür. Hekayənin axırına çatanda isə yaman dilxor olur. Deyir ki,yalandı. Mən bir qonaqlığa görə axurda gizlənənlərdən deyiləm. Ondansa arvad ləçəyi bağlamaq daha yaxşı olardı. Cavanlar zarafatın alındığını görüb bəyin üstünə gedirlər:

– Bəy, eybi yox, Tiflisə yolun düşəndə gedib cavabını verərsən.

– Ay kişilər, mən qonaqlara qonaqlıq da vermişəm, o pristav köpəyoğluna at da bağışlamışam. Amma bu gör nə yazıb?! Məni bir qonaqlığa görə axura salıb. Elə günü sabah gedib cavabını verəcəyəm.

Deyilənə görə səhəri gün həmin adam Tiflisə gedib Mirzə Cəlili tapır və əhvalatı ona nəql edir:

– Molla, vallah-billah, nəyə inanırsan inan, mən axura girməmişəm, sizə yalan deyiblər. Kişi də bir atdan ötəri axura girər?! Onda gərək biz adımızı gədə qoyardıq.

Mirzə Cəlil başa düşür ki, bəyi aldadıblar. Odur ki, deyir:

– Eybi yoxdur, bəydadaş, gələn dəfə yazanda axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?

– Yox, vallah. Bir yaxşı at da sənə bəxşeyiş edərəm, – deyə cavab verir.

Lev Tolstoy

Lev Tolstoy ömrünün ahıl çağında hər şeydən uzaqlaşaraq tərki-dünya bir həyat yaşamağa başladı. Nə yazıçı dostları, nə dövlət xadimləri , nə də oxucuları ilə görüşürdü. Jurnalistlər isə onu ən çox təngə gətirən şəxslər idi. Yazarın onlara nifrəti demək olar ki, patoloji həddə çatmışdı. Bir gün bir jurnalist çox xahiş-minnətlə müsahibəyə razılıq alır. Jurnalistin ilk sualı bu olur:

– Sizcə, dünyanın ən yazıq insanı kimdir?

Tolstoy qeyri-adi cavab verir:

– Lev Nikoloyeviç Tolstoy.

Təəccüblənən jurnalist səbəbini soruşur. Tolstoy isə cavabında:

– Çünki hazırda dünyanın ən bədbəxt, yaramaz və sırtıq insanı ilə danışıram, – deyir.

Vircinya Vulf

Vircinya Vulf, həyatı boyunca heyvanlara qarşı xüsusi bir marağı vardı. Hətta bu sevgisi elə böyük idi ki, bacısına "Delfin" adıyla səslənirdi. Bacısı da ona "Keçi" deyirdi. Yazıçı sincab, meymun və siçanla birlikdə yaşayaırdı.

Süleyman Sani Axundov

Süleyman Sani Axundov Qori müəllimlər seminariyasında oxuduğu vaxt növbətçi olur. Onu çörək almaq üçün bazara göndərirlər. Seminaristlərin bir neçəsinin Süleymanla arası olmur. Ona görə də onun barəsində növbətçi müəllimə səhv məlumat verib deyirlər ki, guya o, çörəyi və digər ərzaqları ucuz qiyməti alır pulun qalanını isə özünə saxlayır. Bu fakt seminariyada səs-küy yaradır. Sadəlövh və səmimi insan kimi tanınan Süleyman növbətçi müəllimin evinə nə qədər gedib belə olmadığını desə də xeyri olmur. Onu elə qapıdan qovurlar. Gənc seminarist axırda ona heç kimin inanmayacağını anlayıb intihar etmək qərarına gəlir. Hətta tapança ilə özünə xəsarət də yetirir. Məhz, bu hadisədən sonra məsələ aydınlaşır. Böhtançı seminaristlərdən tutmuş növbətçi müəllimə qədər hamısı ondan üzür istəyir.

Aleksandr Düma

Bir gün Aleksandr Dümanın yanına bir yazıçı gəlib deyir:

– Əgər mənə 300 frank borc verməsəniz özümü və 3 uşağımı öldürəcəyəm.

Düma isə təəssüflə bildirir ki, cəmi 200 frank verə bilər.

– Yox, mənə ancaq 300 frank lazımdır.

Düma əlacsız qalıb deyir:

– Sizə bir məsləhət verə bilərəm. Götürün bu 200 frankı. Özünüzü öldürün, amma uşaqlara toxunmayın. 200 frank onlara bəs edər.

Alman yazıçısı, məcmuə redaktoru Teodor Fontane bir gün bir şeir alır. Şeirlə bərabər göndərilən məktubda müəllif izahat verərək yazırdı:

– Mən özüm bilə-bilə vergülləri qoymamışam, onları qoymağı lazım bilmədim. Xahiş edirəm lazım bilsəniz, yeri gəldikcə vergülləri siz özünüz qoyun.

Fontane isə cavabında şeir müəllifinə belə yazmışdı:

– Sizdən rica edirəm, gələn dəfə ancaq vergülləri göndərərsiniz, şeiri isə mən özüm yazaram.

Mark Tven

Mark Tvenin bir çox ləqəbləri var idi. Bunlara misal olaraq Avara, Coş, Tomas Cefferson Snodqrass, Serjant Fatom və U. Epaminondas Adrastus Blab. Mark Tven öz dövrünün ən sirli insanı – ixtiraçı Nikol Tesla ilə dostluq edirdi. Bundan əlavə, Tven pişikləri çox sevir və uşaqlara nifrət edirdi. O çox siqaret çəkirdi və məşhur deyimin müəllifidir: "Siqaret çəkməyi tərgitməkdən asan heç nə yoxdur. Mən bunu yaxşı bilirəm, çünki artıq bunu min dəfə etmişəm”. O hələ 18 yaşında ikən siqaret çəkməyə başlamış və ömrünün sonuna qədər gündə 20-40 arası siqaret çəkirdi. Bununla yanaşı, o həmçinin ən ucuz və pis qoxulu siqretləri seçirdi.

Alber Kamü

Alber Kamü əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirdi – onun hər iki arvadı «bu dünyanın adamı» deyildilər. Kamünün özü də, yumşaq dillə desək, çox huşsuz adam olub. Bir dəfə o ikinci arvadını doğum evindən çıxararkən, yeni doğulmuş əkizləri xəstəxanada unutmuşdu../Oğuz Ayvaz, adalet.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ