Mahir Abbas: “TV-lərdə yarıtmaz fəaliyyət”

Tarix:21-08-2018, 14:26 Baxış Sayı:183

Mahir Abbas: “TV-lərdə yarıtmaz fəaliyyət”
Televizorlarınızın ekranına divar kağızı yapışdırın!

Səhərləri “paytaxt salatı necə hazırlanır?” mövzulu verlişlərlə başlayıb, gecələri “Parisdə şam yeməyi” başlıqlı hollivud filmlərilə yekunlaşdırırıq. Reklam olsun deyə məcburən əllərində kolbasa-sosiska bükümləri hərləyən, enerji içkilərini az qala boğularaq içən jurnalist-aktyor tayfasının cəmləşdiyi televiziya məkanına xoş gəlmisiniz, bir alqış gəlsin!

Mən bu məqaləni yazmağımdan bir neçə saat qabaq Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşdı, şahmatçı həmyerlimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşdü və oyun Məmmədyarovun qələbəsi ilə başa çatdı. Bu iki cümləlik, lakin mühüm xəbər bir neçə dövlət telekanalı xaricində heç bir telekanalda işıqlandırılmadı. Əvəzində isə hind filmləri, baxımsız şoular və s. Bəli, bu qədər acınacaqlı, bu qədər üzücü mənzərə qarşısınıdayıq. Bizim ölkədə efir deyərkən ağla nə gəlir? Əlbətdə ki. Beldən aşağı, mənasız və bayağı mövzuları gündəmə gətirən, incəsənətdən uzaq incəlmiş “sənət” nümunələri.

Bu gün orta statistik Azərbaycanlıya xitabən sual etsək ki, hansı verilişləri izləyirsiniz, çox güman ki, xeyr, çoxdandır televizor izləmirəm, ya da, Azərbaycan kanallarına baxmıram, ca-vabını alacağıq. Hətta müsahiblərimiz bu cavabları müəyyən əda və fəxrlə verəcəklər. İlk baxışda bu iki seçim vətəndaşlarımızın beyin yuyan teleşoulardan xilası üçün çıxış yolu kimi görünsə də, əslində qətiyyən belə deyil. Bəs məsələnin həqiqi seyri nədir? Televizor izləməyən birinin ən azı bir sosial şəbəkədə aktiv olduğunu nəzərə alsaq, orda yerləşən video platformalarda zaman-zaman “efirdə biabırçılıq”, “canlı yayımda əlbəyaxa oldular”, “aparıcı söyüş söydü” kimi uyğunsuz başlıqlı videoların hökmən onun qarşısına çıxacağın da nəzərə almalıyıq. Gəlin etiraf edək ki, elə cəmiyyətimizdə ən çox maraq görən bu tipdə səhnələrdir. İndisə ikinci seçimi sərf-nəzər edək.

Azərbaycan kanallarına baxmıram, deyərək məsələni həll etmək o qədər də asan deyil. Çünki, bizim kanalların getdiyi yolu, yaxşı deyib baxdığınız o xarici kanallar artıq qayıtmaqdadır. Sözümün canı odur ki, hər nə qədər gülməli səslənsə də, bu qaçınılmaz həqiqətdir ki, mavi ekranların lənə-tindən xilas olmaq asan olmayacaq.

Qayıdaq mövzumuzun özəyinə. Məqalənin ilk cümləsində teleefirimizin xronikasını bir cümlə ilə ifadə etmişdim. Vəziyyət bax o qədər tragikdir. Elə bir telekanal tapa bilməzsiniz ki, hansısa həkimi vur-tut beş-altısının zənginə cavab verdikləri minlərlə xəstənin ümüdləri fonunda reklam etməsinlər. Özü də bu xəstələrə verilən cavab ən yaxşı halda “klinikamıza yaxınlaşarsınız, daha dərindən müayinə edərik” tipdə olur.

Cəmiyyətin təməl sütunu olan ailə insititunu nişangaha çevirən verilişin sayı bir deyil, iki deyil. Pul mükafatı üçün ərinin üstünə çəmkirən arvad, avtomobil üçün hər cür həyasızlıq edən kişini burda görə bilərsiniz. Bütün yarışlar maddi məqsədlərə bağlanılıb, burda ailə müqəddəs birlik yox, komandadır. Hansısa dərədən tutub gətirilən gənc qadınlar öz evdarlıq məharətlərini göstərəkən az qala bir-birinin qanını sorur. Yüngül mənəviyyatlı insanlar xalqa dərs verir, öyüd-nəsihət edir, bəzən vətən sevgisindən, üç rəngli bayraqdan, bəzənsə şəhidlərin al-qanından danışır. Efirlərdə abırsızlıq etmək, artıq cəsarətli pozalar adını alıb. İnformasiya proqramları heç kimə lazım olmayan mənasız xəbərlər hazırlamaqla məşğul olur. Televiziya hər gün qulağımza qərb, Avropa, Amerika sözlərini doldurur, halbu ki, orta Asiyada dünyanın gələcəyi üçün vacib olan mühüm addımlardan xəbərsiz qalmırıq.

Axı hamımız çox yaxşı bilirik ki, bu “şeytan əməli” bir milləti ağa da edə bilər, qul da. Hər saat, hər dəqiqə cəmiyyət üçün zərrə qədər faydası olmayan təsadüfi şəxsləri ekranlarda sənətkar kimi təqdim etmək, təbliğ etmək məntiqli iş deyil, yoldaş televiziyalar. Axı beynini yuduğunuz gənclər bir həkim, bir müəllim, bir rəssam, bir heykəltəraş ola bilərdi, indiki halda isə böyük bir heçnə.

İndisə ekranlara yaxın oturun, sevimli, baxımlı, ailənizin kanalı sizləri üçün yeni bir şouya start verib. Onlarla qalın...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ