Mənim bir yazı günüm - Varis

Tarix:7-06-2018, 13:24 Baxış Sayı:225

Mənim bir yazı günüm - Varis
Adətən, mənim qrafikim əlimdə olan işlərin çəkisinə görə fərqlənir. Xüsusən, yeni roman üzərində işləyərkən qrafikim çox sıx olur, gəzintilərə, müxtəlif tədbir və görüşlərə, dostlarla ünsiyyətə, sosial mediaya yer qalmır.

Odur ki, gəlin yaradıcılıq işlərimin çoxluğu səbəbindən iş yerimdən də məzuniyyət götürüb səylə çalışdığım bu son məhsuldar dönəmin – oktyabr ayının günlərinə nəzər yetirək. Onu da qeyd edim ki, hər bir yazıçının fərqli yazı qrafiki var, bəziləri yaradıcılığı planlı şəkildə tənzimləyib, müvafiq vaxtda masa arxasında oturaraq, özlərini yazmağa məcbur edirlər, bəziləri isə əksinə, öz saatlarını yaradıcılığa qurban verib, təbi gələndə ən vacib işlərini belə atıb, yazmağa başlayırlar.

Məndə isə hər şey tam fərqlidir. Mən bir roman üzərində hardasa bir il çalışıram. İlin 8 ayını onu beynimin romançün ayrılan hücrəsində tam hazırlayıb, növbəti 3 ayda kağıza köçürürəm. Məhz həmin o redaktə ilə tamamlanan kağızaköçürmə dövrü mənim ən gərgin, özümə məhdudiyyətlər qoyduğum dövrdür. Beləliklə, səhər saat 7:00-də oyanıb yeni romanımın üzərində çalışıram.

Bu, iş prosesi haradasa saat 12:00-dək davam edir. İlk fasiləm ölkənin və dünyanın xəbər gündəmi ilə tanışlıq, yüngül gəzinti və naharla sonuclanır. Saat 14:00-dən 18:00-dək yenidən romanımın üzərində çalışıram. Növbəti fasiləmdə ya trenajor, ya futbol oyunundan ibarət bir idman saatı, şam yeməyi yer tutur. Saat 20.30-dan 22.30-dək ABŞ, Bolqarıstan və Rusiyada çıxacaq romanlarımın sətri tərcüməyə gedəcək variantı üzərində çalışıram.

Bundan sonra oğlanlarımla günü necə keçirdiklərini müzakirə edib, mütləq balaca qızıma nağıl danışıram, sonra bir az televizor izləyir, bir az mütaliə edirəm. Hazırda növbə ilə Robert Haqstryomun "Uorren Baffet. Dahi investorun adi qaydaları”, habelə Orxan Pamukun "Qara kitab” əsərlərini oxuyuram.

Saat 12:00-də isə azacıq açıq havada gəzib, ardınca mütləq yatmağa yollanıram ki, 7 saat yata bilim. Pafoslu danışığı sevmirəm ki, deyim, mən gecələr yatmayıb yazıram. Tibb təsdiqləyir ki, insan gecə yatmayanda onun səhər iş qabiliyyəti sıfıra bərabər olur.

Yeri gəlmişkən, fürsətdən istifadə edib oxucularıma bildirim ki, "Uzaqdan gələn yağış” adlı yeni, sayca 12-ci romanımı elə bu günlərdə tamamlayıb, "Teas-press” yayım evinə təhvil vermişəm. İnşallah, noyabrda oxucularımı sevindirəcəyəm. Mənimçün, gün cəmi 23 saatdan ibarətdir. Günü 25 saatdan ibarət olan insanlara isə heç vaxt həsəd aparmamışam../artkaspi.az/

VARİSБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ