Ən sevdiyim oyun da bitəcək bir azdan...

Tarix:29-05-2018, 15:21 Baxış Sayı:73

Ən sevdiyim oyun da bitəcək bir azdan...


Əlimdə soyuq çay, eyvandan həyətə baxıram,
Uşaqlar çələng hörür qurumuş ağacın budaqlarına...
Ən sevdiyim oyun da bitəcək bir azdan:
Kimdi “günah” axtaran dilənçi qocalardan...
Divara vurduğum Azərbaycan xəritəsini
Qucaqlamaq istəyirəm
Sol tərəfimdə bir boşluq var...
“Yoxdu” , “yoxdu” pıçıldayır divar,
Öldürdük! Axırıncı ümidin də canını aldıq
Ötən bazar tavanda donmuş qarğıdalı yağında...
İndi bir addımlıqda yol görünür
Tanrım, yolun adı var,
Özü var
Bircə işıq yoxdu,
Sən yoxsan...

***
Həyat,
Sən bizi günahlarla tanış edib,
Savablara ögey etdin....
Belə tanış etdin bizi,
Belə bədbəxt etdin bizi...
Güləndə dişimizin biri yox idi,
Ağlayanda bütün dişlərimiz görünmürdü...
Sevəndə gözlərimiz göydən asılı qalan yelləncək kimi,
Dayanmırdı ele hey uçurdu buludların üstündən...
Unudanda anamızın laylasını da unutduq,
Yəni ən əziz nəğmə də unudulur bir vaxt...
Heç nə əbədi qalmır,
Bu göy üzü də,
Yer üzü də,
Nə vaxtsa dəniz sahilindəki qum dənəcikləri kimi bir ovucdan töküləcək....
Onda sənə qarşı gələn bütün “yoxluqlar” var olacaq...
Məsələn: Tanrı dediyin işıq
Gözlərini qaranlığa qərq edəcək...

Tural Cəfərli
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ