manera.az
manera.az

Xatirələrin yaşadığı kimsəsiz ev...

Xatirələrin yaşadığı kimsəsiz ev...


Uçuq-sökük daşları, taxta pəncərələri milyonlardan dəyərlidir. Bu evdə 15-16 illik xatirələr yatır.
Çoxdandır getmirdim. Həyətdə xeyli dayanır, lap əvvələ qayıdıram. Məndən başqa ətrafda kimsə yoxdur.
İllər saniyələrə sığır... Ötən günlərimi görür, səsimi belə duyuram. Yayda evimizə ilanlar doluşar, yaz və payızın leysanında evi su basar, qışda da çovğun divarların arasından qarı içəri doldurardı. Qar içəri dolmasın deyə pambıqla divarların deşiyini tutar, tavandan süzən yağış sularının qarşısını almaq üçün də döşəmənin üzərinə vedrələr, vannalar düzərdik.


Sanki sağa-sola qaçan balaca Şahinin çığırtısı qəfil sükutu pozur.
Otaqlara bir-bir göz gəzdirirəm... Elə bil mənim üçün çatlamış divarlar belə darıxıb. Pəncələr az qalır boynuma sarıla, daşlar ətrafımda dövrə vura... Çürümüş taxtalar, dam ötrüyünün torpağı isə...

İçəridə 3-5 stol qalıb. Pəncərənin qarşısında bir suvenir var. Bilmirəm kim gətirmişdi, xatırlamıram. Amma 10-15 il bundan öncə hədiyyə gəldiyindən əminəm.
Bu kimsəsiz ev əslində xatirələrlə doludur. İndi evimizin tən ortasında olsam da, bu ev üçün burnumun ucu göynəyir. 20 ilə yaxın bir tarixdən söz açıram...

Eh məni bu yaşda qocaldan qəddar zaman...
Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi qurtardı, yox oldu, getdi?
Bu da bir həyatdı, oynadıq onu,
Bu da bir oyundu, yaşadıq, bitdi.

Şahin Sərdarlı
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031