UNUDULMAZ ZİYALI

Tarix:23-01-2018, 14:15 Baxış Sayı:146

UNUDULMAZ ZİYALI

İşə təzə başlamışdım. İki il aradan sonra universitetlərin birində anbardar işinə götürüldüm. Dörd il Bakı Dövlət Universitetində elmin sirlərinə yiyələn, fəlsəfə ixtisasında oxu, sonra işsizlikdən əziyyət çək, hara müraciət edirdimsə ya Oxford təhsilinin diplomunu istəyirdilər, gah magistr təhsili, gah rəngimin işə uyğunsuzluğunu bəhanə gətirirdilər. Əlqərəz, “bu işə də şükür” dedim. İşlədiyim müddətdə universitetə Dünyamin müəllim rektor əvəzi kimi rəhbərlik etdi. Gözəl insan idi. Sadə, səmimi. Heç yadımdan çıxmaz ən sadə məsələ ilə bağlı ona müraciətlər olunurdu, o da həmən reaksiya verirdi. Allah rəhmət eləsin ona. İndi belə ziyalılar çox az qalıb. Dünyamin Yunusovu bir daha tanıyaq:
Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılmışdır.
1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət etmiş və 1975-ci ilin yanvar ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini davam etdirməyə başlamışdır. 1985-ci ildə Tbilisi şəhərində “Müasir ingilis dilində “that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” adlı namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmiş və qısa müddətdə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. D.N.Yunusov 1988-ci ildə dosent vəzifəsinə seçilmişdir.
ABŞ-da, Böyük Britaniyada, Almaniyada, İtaliyada, Fransada, Belçikada, Qazaxıstanda, Ukraynada, Gürcüstanda və s. ölkələrdə sumpozium, konfrans və konqreslərdə iştirak etmiş və təcrübə mübadiləsi keçmişdir. O, on yeddi kitabın və üç yüzə yaxın elmi məqalənin müəllifidir. Kitabları eyni zamanda Türkiyə Respublikasında və İran İslam Respublikasında da nəşr olunmuş və hal-hazırda həmin ölkələrin bəzi ali məktəblərində tədris olunur. Onun məqalələri ABŞ-da, Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda, Gürcüstanda və s. ölkələrdə çapdan çıxmışdır. Dünyamin Yunusov Azərbaycan Dillər Universitetində Elmi işlər üzrə prorektor kimi məsul bir vəzifənin də öhdəsindən layiqincə gəlir. Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini və s. vəzifələrdə çalışmışdır.

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ