Qriqori Perelman - dahi riyaziyyatçı

Tarix:22-01-2018, 14:39 Baxış Sayı:531

Qriqori Perelman - dahi riyaziyyatçı


Qriqori Perelman- dahi riyaziyyatçı

Həyatı və görünüşü ilə diqqəti cəlb edən yəhudi əsilli rus riyaziyyatçı Qriqori Perelman haqqında danışmaq istəyirəm. Min ilin teoremini həll edən, dahi rayaziyyatçı Perelman dünyanın ən ağıllı adamlarından hesab olunur.

Onu küçədə görsəniz, üzünüzü turşudub: “ Nə iyrənc adamdır...” deyərsiniz. Qriqori Perelman 1966-ci ildə Leninqradda yəhudi ailəsində doğulub. O, ilk riyaziyyatçıdır ki, Puankare hipotezini isbat edib. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub. Daha sonra Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad (Sankt-Peterburq) filialında işləməklə yanaşı, həm də ABŞ-ın bir sıra universitetlərində müəllim kimi çalışıb. 2003-cü ildən isə heç bir yerdə işləmir və kənar adamlarla ünsiyyət qurmur.

1994-cü ildə ruh teoremini isbat edir. Leninqrad həndəsə məktəbinin təmsilçisi olaraq, Riççi axınlarının analizi üçün Leninqrad nəzəriyyesi olan Aleksandrov fəzasını tətbiq etmişdir. 2002-ci ildə Perelman öz məqaləsində ilk dəfə 1904-cü ildə fransız riyaziyyatçısı, fizik və filosofu Anri Puankare tərəfindən formula edilən məşhur Puankare hipotezinin xüsusi halı olan "həndəsələnən" Uilyam-Törston hipotezinin doğrulunu isbat etmişdir. Alim tərəfindən məqalədə Riççi axınlarının öyrənilməsi metodu Hamilton-Perelman teoremi adını almışdır.

1996-ci ildə Avropa Riyaziyyat Cəmiyyəti tərəfindən gənc riyaziyyatçılar üçün nəzərdə tutulumuş təqaüdə layiq görülmüş, lakin bundan imtina etmişdir.

2006-cı ildə Qriqori Perelmana Puankare hipotezini həll etdiyinə görə Filds medalı ilə təltif edimiş,lakin o bu mükafatdan da imtina etmişdir. 2006ci ildə Science jurnalı Puankare teoreminin isbatını “ilin naliyəti ” (“Breakthrough of the year”)adlandırmışdı.Bu riyaziyyat sahəsində bu ada layiq görülmüş ilk işdi.

2007-ci ildə Britaniyanın The Daily Telegraph qəzeti "Hazırda yaşayan 100 ən ağıllı insan" siyahısını dərc etmişdir. Qriqori Perelman siyahıda 9-cu yer tutur.


Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ