Yıldız Tilbe sevgisi

Tarix:19-01-2018, 18:16 Baxış Sayı:133

Yıldız Tilbe sevgisi

Onun mahnıları mənə ana laylası qədər doğmadır. Mən onun mahnılarını su kimi içirəm. Hərdən boğulub, öskürürəm. Yenə də onun mahnılarını içmək mənə xoşdu. Ətrafımda dolaşan mənfi xislətli adamlardan, taleyi üzünə gülən “danabaşlardan” uzaq oluram onun səsini eşidəndə.
Yıldız Tilbe mənim ağrılarımın kəsici dərmanı, sakitləşdirici vasitəsidir. Onun mahnıları ilə qanad açıb, göyün lap yeddinci qatına uçuram. Bu uçuşumda bütün yaramaz adamlar aşağıda qalır. Onların gücü çatmır məni özlərinə çəkməyə...
Yıldız Tilbe Allahın sancısıdır. Elə bir sancıdır ki, adam istəyir içinə dolsun bu sancı. Elə bərk ağrıtsın ki səni ağrıdan tərpənə bilməyəsən, yerindəcə ilan kimi qıvrılasan.
Onun mahnılarına qulaq asdıqca yerlə əlaqəm itir, beynimin yaddaş hissəsində olan adlar silinir, ürəyimdə dolaşan qayğılar yoxa çıxır. Mən onun mahnıları ilə xoşbəxt oluram. İlahi, Yıldız Tilbəyə görə çox sağ ol. Sənə o qədər minnətdaram ki...
Bir dəfə sevdiyim qızla ayrılanda Yıldız Tilbenin “Çabuk olalım aşkım” mahnısını dinləməyini xahiş etdim. Dedim ki, nə vaxtsa bu mahnıya qulaq asanda məni xatırlayarsan. Necə də axmaq olmuşam. Bu mahnı onun nəyinə lazım idi axı... Onsuzda qulaq asmayacaqdı, dinləsə də xatırlamayacaqdı. Bu bir növ mənim uşaq təsəllim idi...
Sonralar Yıldız Tilbenin ifa etdiyi mahnıları özüm zümzümə etməyə başladım, həyat öz axarı ilə davam edirdi. Ta ki Yıldız Tilbe mənim içimdə ölməyənədək. Onu öldürdüm. İçimdə ölən Yıldız Tilbe ilə həyatımın sevgisi öldü, marağı, dadı, duzu qaçdı...
İndi məndə bir Yıldız Tilbe var. O da mənə ölmədiyimi xatırladan Yıldız Tilbe....

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ