Əclaflar çox pis unutdular

Tarix:9-01-2018, 18:42 Baxış Sayı:89

Əclaflar çox pis unutdular


Manera az saytı Ümid Həsənovun şeirini təqdim edir.

Bizi aldatmadılar,
yalançı deyilmişlər...
Arzularımızı üzərlik kimi yandırdılar,
gözə gəlməsinlər deyə...
Əllərimizi soyuğa öyrətdik,
Yaşaya bilmədik içimizdəki adam ilə...
Vərdiş edə bilmədik unutmağı,
Amma əclaflar çox pis unutdular...
Qazancımız xatirələr oldu,
Sata bilmədik onları,
Onu da satmaq,
Onlara oxşamaq olardı...
Sevənləri zaman yıxdı,
Bir də ayağa qalxmağa
Zamanları olmadı...

MANERA AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ