“Matritsa” və “Trumanın şousu” filmlərində gizlənən gerçəklik | MANERA.AZ

Tarix:11-07-2015, 11:21 Baxış Sayı:1421

“Matritsa” və “Trumanın şousu” filmlərində gizlənən gerçəklik | MANERA.AZ
manera.azElçin Əlibəyli, sənətşünas

“Trumanın şousu” filmi ekranlara çıxan kimi tədqiqatçıların diqqətini cəlb etdi. Filmdə insan ətrafında qurulan dünya və onun bütün hərəkətlərinin proqramlaşdırılması, total nəzarətdə saxlanılması əslində uydurulmuş süjet deyil, sadə germəklikdir. Komediya kimi təqdim olunan filmdə çağdaş insanın yaşam tərzini və onun tam nəzarətdə olmasını acı gürçəklik kimi göztərir. Mədəniyyətin yaratdığı standartlarla yaşayan insan total nəzarətdədir və bu nəzarət təkcə hər yerə quraşdırılmış kameralarla bitmir. Dəb hərəkatı və ictimai rəy vasitəsilə daha da qüvvətlənir. Hansısa bir insan şəffaf sərhədli bir çərçivəni dağıdaraq fərdi yaşam tərzini qurmağa çalışdığı təqdirdə məhz ictimai rəy hərəkət keçərək onu əzməyə başlayacaq.

Televiziya və kino vasitəsilə təqdim olunan yaşam tərzi insanın gələcək taleyini də proqramlaşdırır. “Trumanın şousu” filmin qəhrəmanı Truman filmfə qayğısız, problemsiz həyat yaşayır. Onun bütün istəkləri həll edilir, fəaliyyəti proqramlaşdırılır və o bu cür yaşayır. Lakin bir gün truman azadlığa çıxmaq istədikdə bunun sadəcə mümkünsüz olduğu aydın olur. əslində Trumanın azadlığının özündə bir xof, qroxu var. Eyni zamanda totalitar cəmiyyətdən fərqli oalraq demokratik toplumlarda gerçəkdən qaçış nəticəsi olmayan mübarizədir. Bu azadlıq ünvansız, imkansız qaçışdan başqa bir şey deyil. Filmin sonunda Trumanın dənizdə üzərək sonsuzluğa gedib dekorasiyaya dirənməsi yuxarıda dediyimiz şəffaf sərhəd anlayışının obrazlı təqdimatıdır. Bir faktı da xüsusilə qeyd etmək lazımdır ki, “üç yüzlər” komitəsi mifi də sürətlə yayılmağa başladı. Dünyanı, prosesləri buna qədər idarə edənlərlə bağlı fikirlər yeni məcraya yönəldi, aktuallaşdı. Yəni əslində insanlar psevdoreal mühitdə yaşadığına əmin olmağa başladılar. Və bunun hansısa gizli qüvvə tərəfindən idarə edildiyini qəbul edirlər. Lakin çağdaş insan özü-özünü bilərək inersial olaraqdan bu qeyri-real həyat mənzərəsi yaradan informasiya axınının içərisinə atmışdır. Məhz çağdaş insanın komfermis xüsusiyyəti onun bütün imkanlarını yönəldir.

“Matritsa” insanlar arasında gerçəkliklə onların gördükləri arasında fərq olduğu fikrini yaratdı. Epistemoloqlar bu problem ətrafında uzun illər araşdırmalar aparırlar. Epistemologiyada dünya haqqında biliklərin şübhə ilə qarşılanmadı mövcuddur. Insanın daxili yaşantılarını əsas götürən bu cərəyan ətrafda olanlara şübhə ilə yanaşmağı təklif edir. Heç bir şəkildə insandan kənarda baş verənlərə səmimiyyət və gerçəkliklə yanaşmağı inkar edir. Bu mənada postmodernist cəmiyyətdə mədəniyyətin yaratdığı mifləri, şübhələri daha da dərinləşdirir.
Çağdaş teleməkanın diqtə etdiyi həyat tərzini yerli insanın dünya görüşü ilə bağlı olmadığından ona qarşı bir müqavimət yaranır. Əslində ictimai rəydə televiziyayla bağlı səslənən tənqidi fikirlər təkliflə istəyin toqquşması əsasında olur. Lakin televiziya özünün güclü təsir imkanlarıyla müəyyən bir dövrdən sonra müqaviməti zəiflədə, hətta tamamilə aradan qaldıra bilər.

Epistemologiya fəlsəfi düşüncəsinin müəllifi olan Perro və Rene Dekart bu təlimin çağdaş cəmiyyət üçün gərəksizliyini proqnoz kimi təqdim etmişlər. Çağdaş televiziya məkanının təhlili bu fəlsəfi istiqamətin təsdiqini verməyə imkan yaradır. Xüsusən də son otuz il ərzində təqdim olunan film və seriallar da epistemoloji baxışlar xüsusi yer alır.

“Matritsa” filmi süni şüurun bütün insanları məhv etməsiylə öz hakimiyyətini qurmasından bəhs edir. Günəşlə qidalanan süni şüurun enerji almasının qarşısını kəsmək üçün insanlar səmanı yandırırlar (nüvə qışı). Onda süni şüur enerjisini insanlardan almağa başlayır. Iki yüz il ərzində insanlar konteynerlərdə uzanaraq robotlara enerji verməklə məşğul olurlar. Hərəkətsiz və enerjisiz insaların şüurunda virtual reallıq qurulub. Insanlar elə bilirlər ki, onlar 21-ci əsrin astanasında doğma şəhərlərində yaşayırlar. Filmdə azadlıqda olan insanlar bəşəriyyəti xilas etməyə çalışırlar.

Filmdə təqdim olunan şüurlarda qurulmuş virtuallıq evində passiv istirahət edən insanın televiziyanın yaratdığı virtual aləmə düşməsinə çox bənzəyir. Bu mənada televiziya təsirinin yaşa görə təsnifləndirilməsi böyük elmi əhəmiyyət kəsb edir. Haqqında danışdığımız filmin hədəf auditoriyası 18-35 yaşlı insanlardı. Bu yaşda olan insalar ətrafda baş verənləri qavramada daha həssas,Ə mistikaya meylli, eyni zamanda filmin qəhrəmanı Neo kimi üsyankar ruhdadırlar. Elə baş qəhrəmanın adında da (Neo – anaqramı ONE) seçilmiş ifadəsinin olması avanturizmi daha da qızışdırır. Lakin digər bədii filmlərin platformasında yer alan üsyankarlıq “Matritsa”da başqa şəkildə təqdim olunur. “Matritsa”da mübarizə meydanı kompüter qarşısında baş verir. Bununla da çağdaş gənclərin üsyankar obrazı olan hakerliyi önə çəkir. Yəni dünənki qəhrəmanlar əllərində silah meydanlarda üsyan edirdilərsə, bu günün qəhrəmanı üsyanını hakerlik yoluyla edir. Cəngavərlik dönəmi bitdiyinə görə Don Kixotun cəngavərliyi gülünc göründüyü kimi, inqilablar dönəmi bitdikdən sonra da Çe kimi olmaq gülməli görünə bilər. Çağdaş üsyan və barışmazlıq fəaliyyəti hakerlik hesab olunur. Bunun mahiyyətində sistemə qarşı qarşı mübarizə durur. Qurulmuş sistem və onun idarəçiliyi kompüter vasitəsilə həyata keçirildiyindən üsyan da kompüter sisteminin dağılması yoluyla həyata keçirilə bilər.

Məhz Facebook və ya digər sosial şəbəkələr fərqli düşünən insanların meydanına çevrildi. 2011-ci ilin siyasi mənzərəsini çözərkən burada sosial şəbəkələrin rolunu dəyərləndirməmək olmaz. Çağdaş aforizmlərin birində deyilir: “Bəşər tarixinin taleyini 3 alma həll etdi; birincisi, Adəmi Cənnətdən qovdurdu, ikincisi, Nyutonun başına düşdü, üçüncüsü, Apple emblemi kimi dünyanın mədəni, siyasi, sosial həyatına təsir etdi”. Bir qədər mübaliğəli səslənən deyimdə kompüter və müasir mobil telefonların sərhədsiz imkanlarının sosial şəbəkədə olmağının mənzərəsini yaradır.

Məhz sonuncu almanı dişləyənlər cazibə qanununa tabe olub cənnətdən qovuldular – illüziyadan kənar gerçək həyatın axtarışına düşdülər. Gerçəklik, onun nisbiliyi və bu axtarışın zərurəti tədqiqat predmetimizə daxil olmadığı üçün əsas diqqəti televiziya manipulyasiyasında reallıq mənzərəsinin yaranmasına yönəldən televiziyanın gerçəyi göstərdiyinə olan iddiası, şouların realiti adlandırılması, xəbər süjetlərində adi insanların qəhrəmana çevrilməsiylə baş tutdu.

Televiziya böyüdücü şüşə olduğunu iddia edərək gerçəkliyi göstərdiyini təlqin etmək məqsədini güdür. Bu mənada “Matritsa” filmi televiziyanın yaratdığı gerçəkliklə razılaşmayan insanların manifesti adlandırmaq olar. Lakin nəzərə alsaq ki, elə bu manifesti yaradanlar və yayanlar psevdoreallığı yaradanlarla eynidirlər, onda haqlı sual çıxır: Bu prosesi necə izah etmək olar? Heç bir şəkildə Hollivud və ya ona bağlı yayınçılar sosial mesajı dəqiq bəlli bəlli olmayan layihənin həyata keçməsinə imkan yaratmazlar. Bizimj qənaətimizə görə burada gerçəklik və onun mübarizəsi fantastik biçimdə verildiyi üçün kiminsə ağlına gələ bilən alternativ kimi təqdim olunur. Bununla da orijinal çalarını itirərək onun aktuallığını söndürür.

Marşal Makluenin öncədən söylədiyi televiziyanın yaratdığı insan modelinin özünə məxsus qavraması, informasiyaya münasibətinin olması fikri bu gün tamamilə təsdiqini tapır. ətrafda olanlar və televiziyada təqdim olunanlarla paralel quran postmodernist ruhlu teleinsan testvari düşüncəyə köklənib. Bu insan üçün bütün mümkün situasiyalar, vəziyyətlər və ondan çıxış yolları film və şou vasitəsilə təqdi olunur. Teleinsansa onlardan özünə uyğun olanını “seçir”. əslində bu seçki seçim imkanı, düşünmək fürsəti olmadan baş verir. Laki çağdaş insan bunu anlamır. O seçim etdiyinə əmindir və bu əminlik ona xoşbəxtlik gətirir.

İnformasiya və onun istehsalatı arasında münasibəti “emosiya” güclü olduqca informasiya qiymətli, əksinə emosional çərçivəsi az olduqca informasiya o qədər “lazımsız olur”. (В. Ценов «Психология рекламы» (реклама, КЛП, 25й кадр) -2-е изд. М. Беротор – паблишинг, 2006 – 224с. Стр.23) fikri ilə aydınlaşdırmaq olar. Informasiya bizim iradəmizlə deyil, daha çox şüurumuzun buraxdığı izlə yadda qaldığı üçün onu seçmək, təmizləmək fürsəti də bizdə yoxdur. Hətta qiymətli, maraqlı gələn informasiyanın emosional təsir gücü yoxdursa onun yadda qalmaq imkanları da məhduddur. (yene orada). Eyni zamanda unudub yaddaşdan silmək istədiyimiz informasiyanın emosional gücü onun daim xatırlanmasına rəvac verir. Məhz informasiya janrlarında tətbiq olunan inbleyment, həmçinin emosional gücü artıran sensasiyon kadrlar axtarışı, bəzən bədii ifadə vasitələrinin yardımı ilə mənzərəni daha qabarıq təqdim etmək cəhdi məhz informasiyanın baxımlılığını və onun yadda qalmasını təmin etməyə yönəlib. Sual yarana bilər ki, televiziya baxımlılığı təmin etməklə reytinq qazanırsa, bəs yaddaşda saxlamaqla nə əldə edir? Burada iki əsas məqsəd hesab edirik əsas gətirilə bilər. Birincisi informasiyanın yazımında nəzərdə tutulan alt şüura edəcək rəyin yaranması - manipulyativ məqsəd, ikincisi televiziyanın təbiətində olan seriallılıq və bunun seyircini həmişə bu proqrama bağlamaq təbiətindən gələn məqsəddir. Psixoloqların araşdırmasında belə bir qənaət də təqdim olunur ki, emosiyanın müsbət olması onu qəbul edənintənqidi yanaşmasını hədəf alır və daha çox inam yaradır, neqativ emosiya isə əksinə (orada səh.24). Doğrudur, insan yaşa dolduqca, intellektual imkanları artdıqca məsələyə belə, birmənalı münasibətlə yanaşmayaraq onu analiz etməyə cəhd edir. Yalnız bu analizdən sonra müəyyən rəyə, qənaətə gəlir. Televiziya seyircisinin bu imkanını əlindən alıb, informasiyanı sürətlə, aramsız çatdırmağa axın yaradır və seyircinin informasiyanı filtrizə etməyinə imkan vermir. Məhz xəbər buraxılışlarında montaj ritmi, xəbərin sürətli oxunuşu və bir neçə informasiyanı çatdırması məhz bu məqsədə yönəlir. Reklam çarxlarında da məhz sürətli dəyişmə yolu ilə təsir və eyni zamanda pozitiv mənzərə yaratmaqla müsbət emosiyaları artıqmaq niyyəti var.

Televiziya öz seyrçi ordusu üçün müəyyən olunmuş illiuziya yaradır və daim bu təsirdə saxlmaq üçün bədii ifadə vasitələrindən- sürətli görüntü dəyişməsi və s. istifadə edir. Televiziya seyrçinin ətrafında müəyyən qanunlara tabe olan dünya qurur və özünün manipuliativ imkanlarından istifadə edib təsir göstərir. Bu təsirin qarşısını ala biləcək yeganə qüvvə mədəniyyət immunitetidir. İmmunitetin formalaşdırılması üçün məqsədyönlü proqramların hazırlanmasına ehtiyac var.

Televiziya vasitəsi ilə maraq və qıcıq yaradacaq sonsuz sayda təkliflərin təqdim olunması seyrçidə marağı azaldaraq onu kütləşdirir və qeyri-iradi təsir altına salır. Getdikcə informasiya toxluğunun qarşısını almaq üçün telesənaye yeni ifadə vasitələrinə üz tutur. Bu vasitələr özündən əvvəlkilərdən daha qüvvətli və təsirli olmalıdır. verilən informasiya diqqəti daha çox cəlb etməli, maraq yaratmalıdır. müxtəlif xüsusiyyətli manipuliativ imkanlardan, açıq olmayan funksiyalardan istifadə etmək yolu ilə seyrçidə qıcıq yaratmaq əsas vəzifə kimi ortaya çıxır. bu baxımdan qalmaqal və müxtəlif özəl məslələrin təqdimatı olduqca təsirlidir. Reklam sözü fransızca qışqırmaq anlamını verir və reklamın mahiyyətində bu durur (diqqət yetirsək tv də veriliş zamanı səslənmə reklam arasına keçən kimi güclənir). Televiziyalarda hansısa bir məqamı qabartmaq istədikdə "qışqırmaq" metodundan istifadə etməyə məcburdur. Televiziya çox vaxtı həqiqətin carını çəkmir, öz uydurulmuş dünyasını "qışqıraraq" təqdim edir. Məqsəd birdir verilən informasiya maksimum şüurlara daxil olsun, orada qalsın.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ