İş elanları və udanlar

Tarix:23-11-2017, 22:33 Baxış Sayı:204

İş elanları və udanlar
Bizdə insanlar bir-birilərinə qarşı aqressivdilər. Deyərdim çox aqressivdilər.Səbrli olmağı isə hər şeydən yaxşı bacarırlar. Yəni, əl-qol hərəkətlərini məcbur qalmadıqca işlətməz, dilləri bütün bədən üzvlərini geridə qoyar, yersiz müzakirələr, ədəbsiz ifadələr ifraz edərlər. Sanki bir-birilərinin uğurlarını görmək istəmirlər, əllərinə fürsət düşdü-düşmədi, cəllad kimi baltalamağa hazır dayanırlar.

İşsizlikdən əksər kişilərimiz bədən fiqurasının ölçülərinə, yaşının bahar çağında asanlıqla iş tapan, işləməyinin bir ili tamam olmamış özünə bahalı maşın alan uşaq bədənli qadınları görəndə,onların tarma çəkilən əsəblərini, bir anlıq qadın olmaq istəklərini başa düşməmək olmur.

Ali təhsilli olmaq yaxşıdır. Heç olmasa, azdan-çoxdan nə var, nə yox başa düşürsən. Etiraf edək, işlədiyimiz yerdə çoxumuzdan diplomumuzu soruşub, üzünü görməyə ərincəklik edən müdirlərimiz çoxdu. İş elanları da son illər kreativliyinə görə köhnə adamları, onların elanlarını geridə qoyur. Yeni ayın köhnə ayı doğradığı kimi...
“İşçi xanım axtarılır. Sarışın olsun. Yaş 18-25”, “ İşçi xanım axtarılır. Slavyan görünüşlü olsun”. “Ofisiant xanım axtarılır. Yaş 18-22” . “Satıcı xanım axtarılır. Özünə baxan olsun”. Ən maraqlısı, “Qutab bişirən axtarılır. Ali təsilli olsun”

“Ali təhsilli” – ni düzgün yazmayan müdirə də, onun təhsilsiz qutab, peraşki bişirənlərinə də ali təhsilli adam və onun diplomu hamıdan çox maraqlıdır. Hörmət eləmək üçün yox, alçaltmaq üçün. Yəni, ay bədbəxt, sən dörd il oxuyanda, mən çörəyimi qazanırdım. İndi sən təhsillinin müdiriyəm. Faciədir eləmi? Dörd ildən sonra, üzünə bağlanan qapılardan sonra, day-dayısız özünü yetim kimi hiss edəndən sonra ümidlərini yavaş-yavaş öldürürsən. Qutab, peraşki bişirdiyin yerin sahibinin ümidləri əzəldən obyektiylə bağlı olduğu üçün bugün sənin yasını saxladığın ümidlərinin sahibidir.Adam uduzmur, sən uduzursan. İndi gəl startda dayan, şansını dörd gözlə gözləmə.

İşinə öyrəşdinsə ümidlərin dirçəlir. Bu dəfə keçmiş arzularına görə yox, təzə arzularla. Öyrəşdiyin işinlə bağlı arzularla yaşayırsan.
Qadınlı-kişili yaşımız artdıqca özümüzə baxmaqdan əlimizi üzmək elə bil dədə-babadan bizə vəsiyyət edilib.Eh, aşıq gördüyünü çalar. Gözümüzü açmışıq, atalarımızın 30-40-50 illik ömür-gün yoldaşlarını ildə bir dəfə salona gedən görərik, ya görmərik. Atalarımız gündüz çıxar, axşam yorğun, əsəbi qayıdar. Analarımız da evdə axşamlar hamıdan sonra istirahətlərinəçəkilərlər. Geyinməyə çoxlu paltarları olmaz, illərcə səliqəli saxlayarlar. Bir sözlə, uşaqlarının paltarları öz paltarlarından çox olar.

Orta məktəbdə oxuyub, belə deyək " olqun qadın" kimi görünmək üçün vaxtını təhsildən çox bəzək-düzəyinə ayıran qızlarısaf anaları görəndə, qızlarının bu halını zəmanəylə bağlayırlar. Zaman həmən zamandır. Kişilər dəyişib, özgələrinin qadınlarını dəyişdirib. Biganəlikləri də öz qadınlarını dəyişdirib. Öz qadınları da dəyişilmiş qadınların kişilərini dəyişdirir. Bu başqa mövzudur əslində. Nə isə... Bu da hər qadının, hər kişinin bacardığı iş deyil...Qayıdaq öz mövzumuza...

Qadın görünüşlü bakirə qızlar yaxşı bilirlər işə qəbul onun yaşından, görünüşündən, gülüşündə, işvəsindən başlayır. Ondan sonra təhsilin varsa, gözdən pərdə asmaq çətin olmaz. Təbii bu şəraitdən özünə hörmət edən hər qız eləmir.Yaşı otuzu keçmiş qadın üçün də iş tapmaq indi möcüzə olub.

Tanıdığım bir xanım üç uşağını saxlamaqda çətinlik çəkirdi. Yetim pulu, sosial yardım kirayə puluna rahat çatırdı. Xanıma xadimə işi tapdıq. Çox keçmədi, peşmançılıq, vicdan əzabı qarışmışdı bir-birinə. Evinə xadimə çağıran “kişi” ayda üç yüz manat verəcəyi qadından yataqda ona arvad “seks köləsi, qul” olmağı da tələb edirdi. İş menyusuna cinsi tələbatı ödəmək də daxildir. Həmin günü anladım ki, kişilər məşuqələrini namuslu qadınlardan seçirlər. Yəni, mənim olsun, mənə məxsus olsun. Belə vəziyyətdə kişilərdən istifadə edən qadınlar moddan düşür... Qarışıq məsələlərdir.

Belə baxanda hər iki vəziyyətdə əziyyət çəkirsən. Hər iki vəziyyətdə də üzünün tərini silirsən. İş vaxtın qurtardı, evinə gəlirsən, yorğunluğunu hamamda ya duşun altında, ya da bir vedrə isti suyla çıxardırsan. Hər iki vəziyyətdə məsuliyyətlərini dərk edirsən.

Etiraf edək, alında yaranan şəhvətli tərin qiyməti bütün tərləri geridə qoyur, qadını daha çox qabaqlara aparır. Adı da uzaqgörənlik olur.
Nə deyim?... Bəxtimizin uzaqgörən siyasəti nəticəsində hər birimizə güclü şans arzulayıram.
Son cümlə olaraq bunu da yazım. Ətrafımızda dildən pis olan insanlar qədər, yaxşı insanlar da var. Sırf uğurlarına sevinən...Sənə sırf işçi kimi baxan insanlar!..

Şəfaqət CavanşirzadəБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ