AzTV: mənim ailəm...- Azər Qismət yazır

Tarix:6-11-2017, 12:34 Baxış Sayı:36

AzTV: mənim ailəm...- Azər Qismət yazır
2006-cı ildə ANS-lə yolum ayrıldı. AzTV-də işləməyə qərar vermişdim. Doğrusu, tərəddülər içində qalmışdım. Çünki ayrı-ayrı idarəçilik sisteminin olmasına dair cəmiyyətdəki söz-söhbət tərəddüdümü artırırdı. AzTV-dən qəribə sözlər danışırdılar. Biri dedi ki, orada yalnız qocalardır, digəri bütün günü ayaq üstə yatıb darıxacağımı bildirdi. Atalar yaxşı deyir ki, xörəyin dadlı olmasını qoxulamaqla bilməzlər, yeməklə bilərlər.

AzTV-yə yenicə sədr təyin olunmuş Arif Alışanov məni qəbul etdi. Doğrusu, zabitəli danışıq gözləyirdim. Çünki hamı deyirdi ki, orada hamı zabitəli danışır. Ancaq başqa mənzərənin şahidi oldum. Arif müəllim mənimlə ayaq üstə görüşdü. Sonra halımı, vəziyyətimin necə olmasını xəbər aldı. Müasir dövrdə televiziyanın necə olması barədə bilgilərini ortaya qoydu. Bildirdi ki, televiziya dünyasındakı rəqabət mühitində maddi-texniki təminatdan tutmuş kadr hazırlığına qədər bütün işlər yubanmadan həyata keçməlidir. Fikir verdim ki, onun televiziyanın inkişafı ilə bağlı böyük planları var. Və tezliklə AzTV dəyişəcək, müasirləşəcək. Nəinki vizual cəhətdən, elə maddi-texniki bazanın formalaşdırılması baxımından. Necə demişdisə, elə də etdi.

Mən şirkətə gələndə yağışın yağmasını istəmirdim. Çünki tavanlar damırdı. Mən arxivdən lazımi kadrları tapa bilmirdim. Çünki arxiv normal vəziyyətdə deyildi. Kameralar izolentlə sarınırdı, mikrofonlar cızıq-cızıq. Montaj stollarında işimizi tez-tez saxlayırdıq, çünki texniki cəhətdən yarımçıq qalırdı. Dəhlizlər qaranlıq, studiyalar kir içində, günlərlə masa təmizlənməzdi. Montajda saatlarla növbəyə dayanardım. Bir yazını yazmağa kompüter növbəsi də öz yerində. Hər redaksiyada 1 kompüter görərdin. Onda da inzibatçı oturub sənədləri hazırlayırdı. Əməkdaşlar süjetlərinin mövzularını kağız-qələmə yazardılar. Hətta, elələri vardı ki, süjetin mətnini həyətdəki çayxanada yazardı. Əlbəttə, bütün bunlar ürəkağrıdıcı idi. Heç bir planlaşdırma aparılmırdı. Çəkilən yeni süjetlərin üstündən digərləri yazılırdı, kasset qıtlığı vardı. Doğrusu, bura gəlməyimə çox peşman olmuşdum. Ancaq bu peşmanlıq get-gedə çəkildi.

Əvvəlcə televiziyanın təmirinə başlanıldı. İşlər təkcə bununla yekunlaşmadı. Bir azdan yeni texniki avadanlıqlar alındı. Studiyaların projektorlarından tutmuş dekorasiyalara qədər böyük dəyişikliklər baş verdi. Efir pultları yeniləndi. Özü də bütün bunları xaricdən dəvət edilmiş mütəxəssislər yerinə yetirirdi. İş yenə də bununla yekunlaşmadı. Arif Alışanov bəzi işçiləri xaricə kursa göndərdi ki, televiziyaya təcrübəli kadrlar kimi dönsünlər. Ən müasir kamera və mikrofonlar gətiriləndən sonra operatorların bilgilərinin artırılması üçün də xaricdən mütəxəssislər dəvət edildi. Maraqlı məqam bundan ibarət idi ki, bütün yeniliklər planlaşdırma əsasında həyata keçirilirdi. Təmir-bərpa işləri, texnikaların yenilənməsi və mütəxəssislərin dəvəti. Qalırdı televiziyanın kadr siyasətində dəyişikliklər. Bu siyasətin əsas mahiyyətini gəncləşdirmə siyasəti tuturdu. Çünki əgər qarşıya operativ, hər hadisəyə vaxtında reaksiya verən televiziya yaratmaq ideyası qoyulmuşdusa, gəncləşdirmə siyasəti vacib idi. Tezliklə dəhlizlərdə gənclər göründü. Bu gənclərin seçilməsi üçün də mütəxəssislərin rəyləri böyük rol oynadı. Həmin gənclər indi televiziyanın peşəkarları sayılır.

Verilişlər də maraqlı, əhatə dairəsinin genişliyi ilə seçildi. Əgər əvvəllər 45 dəqiqəlik, 1 saatlıq verilişlər efirə verilirdisə, tezliklə onların xronometrajı qısaldıldı. Çünki beynəlxalq televiziya normalarına əsasən verilişlərin uzun olması tamaşaçının səbrini daşdırır. Yeni sənədli filmlər ərsəyə gəldi. Azərbaycan Televiziyası MDB məkanında fəaliyyət göstərən televizyalardan nəinki geri qaldı, əksinə üstələdi də. Artıq xarici informasiya kanalları ölkəmizə dair hansısa hadisəyə dair mənbə kimi AzTv-ni göstərirdilər. Tamaşaçılar bədii filmlərdə də fərqlilik müşahidə etdilər. Dünyanın ən maraqlı filmləri lisenziyalı şəkildə alınaraq televiziyaya gətirildi. Ən yaxşı tərcüməçilər, ən yaxşı dublyaj truppası yaradıldı. Nəticədə efirdə sanballıı filmlər nümayiş etdirildi.

Bir müddətdən sonra Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə araya-ərsəyə gələn Muğam müsabiqəsi məhz AzTV-ə həvalə olundu. Azərbaycan Televiziyası bu etimadı doğrultdu. Tezliklə respublikanın bölgələrindən yüzlərlə gənc muğam ifaçıları üzə çıxarıldı, ən yaxşıları peşəkarların müşayiəti ilə sənət dünyasına qədəm qoydu.

Azərbaycan Televiziyası beynəlxlalq proqramların çəkilişinə də özündə güc tapdı. Əlbəttə, texniki təminat və kadr hazırlığı olmasaydı, belə verilişlərə iddia etmək heç cür mümkün olmazdı. Bütün bunlar vardı. Qalırdı işə başlamaq. Bununla da “Səs Azərbaycan” layihəsinin çəkilişlərinə, tezliklə efirə buraxılmasına start verildi. Bu layihə həm istedadları üzə çıxardı, həm də televizyanın belə möhtəşəm layihələrə hazırlığını sübuta yetirdi.

AzTV-ə inam o qədər artdı ki, onun nəzdində “İdman-Azrbaycan” və “Mədəniyyət” kanallarının fəaliyyət göstərməsi də həvalə edildi. Bütün bunlar etimadın göstəricisi idi.

Bütün bunlara 2006-cı ildən start verilmişdi. Qısa müddət ərzində böyük işlərin öhdəsindən gəlmək, can verən televiziyanı yenidən dirçəltmək çox çətin idi. Ancaq alındı. Əsas odur ki, yeni sədr qətiyyətli addımlar atdı. Həm televizyanın maddi-texniki təminatı gücləndirildi, həm verilişlərin keyfiyyəti artırıldı, həm də cəmiyyətə milli–mənəvi dəyərlər bəxş edildi. O dəyərlər ki artıq itməkdə idi.

AzTV bir ailədir. Mənim ailəmdir. Hər bir əməkdaşı, hər bir guşəsi mənə əzizdir. Həm də ona görə əzizdir ki, 2014-ci ildə bəzi məsələlərə görə inciyib şirkəti tərk edəndən bir il sonra arayıb-axtarıldım. Arif müəllim həyatımda unudulmaz jest etdi. Zəng etdirdi ki, Azəri geri qaytarın. Bu jesti heç zaman unutmayacağam. Burda söhbət həm də ondan gedir ki, AzTV itirməyi xoşlamır. Tamaşaçı sevgisini, daxil olduğu hər evdə sevinc bəxş etməyi xoşlayır. Bunu da bacarır. Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ