Yazıçı oxucu olmalıdır..- Folknerdən məsləhətlər

Tarix:5-11-2017, 15:39 Baxış Sayı:64

Yazıçı oxucu olmalıdır..- Folknerdən məsləhətlər
Manera.az Uilyam Folknerin yazı üçün məsləhətlərini təqdim edir:

Nobel mükafatlı yazıçı Uilyam Folkner yazarkən "olar-olmaz”larını yeni yazarlar və oxucuları üçün paylaşıb. Onu qeyd etmək lazımdır ki, Folknerin çətin anlaşılan tərzi var. Yəni onun qaydaları olduğuna inanmaq çətindir. Bəzəkli sözlərin ağılalmaz düzücüsünün əlindən beş sözlük bir hekayə çıxıb çünki – "My mother is a fish” (mənim anam balıqdır). Hər halda inanmaq çətin də olsa, Folknerin 116-cı ildönümü münasibətilə "huffingtonpost”da yayımlanmış məqalədə yer alan məsləhətlərini paylaşırıq. Onu da qeyd edək ki, bu məsləhətləri yazıçı 1958-ci ildə "The Paris Review” jurnalına verdiyi müsahibədə bölüşüb.

1.Yazmaq müəlliflə əlaqəli deyil, məhsulla əlaqəlidir. Əgər mən indi olmasaydım, Kimsə məndən, Heminqueydən, Dostoyevskidən, bizim hamımızdan yazacaqdı. Məsələn, bu bir faktdır ki, Şekspirin dramları kimi tanıdığımız əsərlərin müəllif olduğu iddia edilən üç namizəd var. Yəni bu əsərlərin müəllifi onlardan biri ola bilər. Amma mühüm olan müəllifin kim olduğu deyil, mühüm olan "Hamlet”-dir.

2.Digər yazarlardan borc almaqda qəbahət bir şey yoxdur. Məncə, yazıçı, mən bunu əvvəllər də demişəm, tamamilə amoraldır (əxlaqdan kənar düşünən və davranan – red.E.S.). Lazım olan hər şeyi hər yerdən götürür və bunu açıq-aşkar və dürüstcə edir. Çünki yazıçı elə bir işlə məşğul olur ki, elə bir şey yaratmağı ümid edir ki, ondan sonrakı bütün nəsillər sadəcə onun yazdıqlarından öyrənə biləcək. Üstəlik gələcəkdə kimsə onun da yazdıqlarından rahat bir formada nəsə götürə bilər. Ən azından yazıçı bunu ümid edir.

3.Ən yaxşı yazıçılar acgözdürlər – 99% istedad... 99% nizamlılıq... 99% iş... Yazıçı əsla yazdığından məmnun qalmamalıdır. Heç bir əsər əsla ən mükəmməl formasında deyil. Hər zaman daha mükəmməl xəyal edib, daha yüksəyi hədəflə. Əsla müasirlərinlə və ya əvvəlki nəsillə yarışma. Sadəcə mövcud olduğundan daha yaxşısı olmaq üçün çalış.

4.Hekayənin özü onun üslubundan çox-çox vacibdir. Düşünürəm ki, yazıldıqca hekayə öz üslubunu alır, qəlibə düşür, yəni yazıçı onun üslubu ilə çox da məşğul olmamalıdır. Əgər bununla çox əlləşsə, lazım olmayanı yazmağa başlayacaq. Gözəl bir üslub qulağa xoş və təsirli gələ bilər, amma onun içində heç nə olmayacaq.

5.Yazıçı oxucu olmalıdır. Oxu, oxu, oxu. Hər şeyi oxu – mənasız şeyləri, klassikanı, yaxşını, pisi – necə yazdıqlarını görmək üçün oxu. Sadəcə ustasını izləməklə şagirdlik edən biri kimi. Oxu! Bundan yararlanacaqsan. Sonra yaz. Əgər o yaxşıdırsa, sən onu müqayisələrlə təyin edə biləcəksən. Əgər yaxşı deyilsə, pəncərəni aç və at.

6.Bəhanələr axtarmayın. Bəzən eşidirəm adamlar deyir ki, "Evli olmasaydım, yazar olardım”, "Əgər bu işlə məşğul olmasaydım, yazıçı olardım”. Mən buna inanmıram. Əgər siz yazmaq istəyirsinizsə, mütləq yazacaqsınız və sizi heç nə əngəlləyə bilməyəcək.

7. Təcrübələrinizi yazın. Zənnimcə, təcrübə yadınızda qalan hər şeydir. Təcrübə bir kitabdan da qazanıla bilər. Bir kitab, hekayə, sizi hərəkətləndirəcək qədər mükəmməl ola bilər. Bu sizin qazandığınız təcrübədir. Kitabdakı obrazların etdiklərini eləməyə məcbur deyilsiniz, əgər onlar sizə doğru insan olmaq üçün təsir edirlərsə, onların doğrularının doğru olduğunu anlayırsınızsa, bu sizin təcrübənizdir. Yəni mənim təcrübə məfhumuma görə təcrübədən keçirmədiyiniz bir şeyi, yaşamadığınız bir hissi yazmaq mümkün deyil.

8.Surətlərinizi yaxşı tanıyın. Xarakteri beyində canlandırmaq çox çətindir. Düzdür, o sizində beyninizdə yaranır. Hekayə irəlilədikcə o üzərinə düşən işi icra edəcək. Sizin vəzifəniz onun yanından ayrılmamaqdır, dediklərini, elədiklərini, düşüncələrini kağıza köçürməkdir. Ona görə də onu yaxşı tanımalısınız. Onun yaşadıqlarını hiss etməlisiniz..../artkaspi.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ