Cinayət və Cəza...- TƏHLİL

Tarix:2-10-2017, 20:39 Baxış Sayı:155

Cinayət və Cəza...- TƏHLİL
İnsanın müqəddəs ölmək hüququ var, amma
müqəddəs öldürmək hüququ heç kimə verilməyib.
Göyərçin


“İçirəm, çünki bərk əzab çəkmək istəyirəm”.
“О, çох uzağa getməyəcəkdi; o, hətta yaşadığı evin darvazasından oraya neçə addım olduğunu da bilirdi: düz yeddi yüz otuz addım idi”.

Bu cümlələr Fyodor Mixayloviç Dostoyevskinin məhşur “Cinayət və cəza” romanındandır.Romanın personajları müxtəlif təbəqələrdən olan bədbəxt insanlardır. Kasıblıq ucbatından universteti yarımçıq buraxmış Raskolnikov“asan” yolla pul əldə etmək istəyir ki, təhsilini davam etdirsin. Oxucu romanın elə ilksəhifələrindənsanki qapılarının hamısı qıfıllanmış sehirli evə düşür. Yəni Raskolnikovelə bir şəraitdə təqdim olunur ki, onun öz arzularını ləyaqətlə həyata keçirmək imkanı yoxdur.Ölkə o vəziyyətdə deyilki, iş tapılmasın, xeyir, həmişə iş tampaq olar. Lakin qazanılacaq məbləğ acından ölməməyə təminatverir, yaşamağa, əsla. Raskolnikov qəpik-quruşla arzusunu gerçəkləşdirəcəyinə ümid bəsləmir. O, öz məqaləsində insanları iki qrupa ayırır ki, birincilər adi adamlar, ikincilər adi olmayanlar, yəni ideya sahibləridir. Insanların iki qrupa bölünməsində yalnış heç nə yoxdur. Yalnışlıq ondadır ki, qəhrəmanın fikrinə görə, adi adamların adi olmayanlara əbədi borcu var.
Oxumaq, inkişaf etmək istəyi bir yanğıdır, asanlıqla söndürmək olmaz. Bu mənada Raskolnikovu başa düşmək mümkündür,lakin “borc” məsələsindəo, sələmçi qadından əvvəl ədaləti baltalayır. Sabiq tələbə düşünür ki, özünün yerində Napoleon olsaydı və ona karyerasını başlamaq üçün bircə qarını öldürmək lazım gəlsəydi, neyləyərdi? O, dərk etməyə başlayır ki, Napoleon qarıya cınqırını çəkmək imkanı vermədən öldürərdi. Bəli, Bonapart, bəlkə də, belə edərdi, fəqət bir məsələ var ki, Napoleonu ideya insanları sırasına aid etmək kökündən səhvdir. Napoleon gerçək dünya uğrunda döyüşür, lakin ideya sahiblərininin mövcüd dünya ilə bağlılıqları sağ qalmaları üçün tələb olunan cüzi ehtiyacdan ibarətdir.Başqa sözlə, düha sahiblərinin həyata keçirməyə çalışdıqları ideya cəmiyyətin xilasına yönəlir, bəşəriyyətə xidmət edir, ayrı-ayrı insan qruplarına yox. Bəşəriyyətin əsas hissəsi Raskolnikovun adilər qrupuna aid etdiyi adamlardır. Onun insanları bir-birindən fərqləndirmək bölgüsü tapmacaya bənzəyir və xəyalpərəst tələbəninbütün məşəqqətləri də elə bu yalnış təsəvvürdən başlayır. Hər bir canlının yaşamaq hüququ və hər kəsin fiziki toxunulmazlığı deyə ədalət güvənliyi var. Raskolnikov müharibədə saysız-hesabsız adam öldürənlərin cəzasız qalmasını əsas gətirərək, sələmçini öldürməyi adi hadisə hesab edir. O, müharibədə baş verənlərlə tək-tək adamlar arasında baş verənləribilmədən eyniləşdirir. Müharibələr ədalətli və ədalətsizə bölünsələr də, qələbə çalmaq üçün ədalət yox, güc lazımdır. Güc dövlətini kim cəzalandıracaq, cənab Raskolnikov? Dünyanımüharibələrsiz, ölümlərsiz, yəni idarə etmədən öz başına buraxmaq nə qədər təhlükəli olsa da, Dostoyevski hər cür savaşın əheyhinə çıxır. O, insanımahiyyəti etbarilə cinayətdən maksimum uzaqlıqda təsəvvür edir.
Əsər boyu oxucunun gözü önündə son dərəcədə pozulmuş cəmiyyət təsvir olunur; söyüşlə danışan adamlar, görünüşü ürək bulandıran yeməkxanalar, ac uşaqlar, fahişəliyin azad tüğyanı, əlifba sırası ilə baş alıb gedən xəstəliklər, çirkli hotellər, sonsuz sayda intiharlar, tamah məqsədilə törədilən qətllər, həmişə açıq olan kəsif qoxulu içki dükanları, gecə saatlarında sərxoş adamların küçələrdə dözülməz hay küyü və s. baş alıb gedir.Yuxunun şirin vaxtında səs-küyə oyanmaq məcburiyyəti Raskolnikovun ruhi vəziyyətini pisləşdirsə də, ona “alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün” əxlaq qanununu pozmaq bəraətiverilməmişdi.
Raskolnikov sələmçi qadını öldürüb, guya əldə etdiyi sərvətlə “alçaldılmışların” qürurunu müdafiə edəcəkmiş. “Zəiflərə təsəlli olmaq” gözəl ürəkli, yumşaq qəlbli insanlara aiddir.Təsadüfi deyil ki, uşaqlarişgəncə mənzərələrindən daha tez sarsılır, hətta ömürlərinin sonuna qədər ağrısı keçməyən yara qazanırlar. Çünki həyatın əsl üzüonlara tanış deyil, ürəkləri hələ bərkiməyib. Heç ürəyi yumşaq insan düşünülmüş şəkildə qatil ola bilərmi? “Ac qılınca çapar”, deyirlər, lakin Raskolnikovu adam öldürməyə vadar edən qüvvə aclıqmı?
Napoleon üçün insan öldürmək, tutaq ki, milçək öldürmək qədər asandır. Tutaq ki, o, adam öldürməkdən əzab çəkmirdi. Lakin cəza təhlükəsi yaranarsa, onun hansı hissləri keçirəcəyi Raskolnikova məlumdurmu? Bəs o, özü necə? Hamıya yanan “yumşaq ürəyi” sələmçi qadına niyə rəhm etmədi? İki qadını baltalayıb qarət etdiyi pulla kimə kömək etmək istəyirdi? Onun kömək etmək istəyi oxucuya, “... yaz gələr, yonca bitər” məsəlini xatırlatmırmı? İnsanlara kömək etmək istəyən adam heç insan baltalayarmı? Axı bu insanların bir-birindən fərqləri nədədir? Təkcə elə ondadır ki, birinin pulu var, o birinin yox, ya biri cavandır, o biri qoca?Axı sələmçi qadın oğurluq etmirdi. Girov qarşılığında sələmə pul vermək dində günah sayılsa da o, heçkimi heçnəyə məcbur etmirdi. Həm də sələmçiqadın varidatınıN. quberniyasında yerləşən monastıra vəsiyyət etmişdi. Deməli, onun pulları ölümündən sonra günahlarının “monastrda yuyulması” üçün xərclənəcəkdi.Bəlkə də, qarının qəddarlıqla baltalanması günahların ölümdən əvvəl yuyulmasına vaciblik işarəsidir.
Raskolnikov yeməkxanaların birində içki düşkünü olduğu üçün dövlət qulluğundan qovulmuş Marmeladovun öz faciəvi həyatı – sarı bilet almış qızı, ac uşaqları, vərəmli qadını haqqında söhbətlərini dinləyir. Onu da öyrənir ki, beş-altı həftə əvvəl yazıqları gəldiyi üçün Marmeladovu yenidən qulluğa götürüblərmiş. Bəs Semyon Zaxarıç neyləyir? Elə ilk məvacibinin hamısını içkiyə xərcləyirki, sərxoşluqdan işə gedə bilməyib həm ailədə, həm də işdə sonuncu etibarınıitirir. Nəzərə alsaq ki, ideal cəmiyyət yoxdur və olması da mümkün deyil, yəni bunu özünə dərd eləmək olmaz, onda Semyon Zaxarıç Marmeladovun uğursuzluqlarına səbəb mütəmadi sərxoşluğun öldürdüyü qeyrət hissi deyilsə, bəs nədir?
Marmeladovun qızı Sonya fahişəliklə məşğul olmağa başlayır. O, cəmiyyətin ən günahsız qurbanıdır. Məgər Peterburq kimi böyük şəhərdə namuslu iş tapmaq mümkün deyildi? Əlbəttə ki, mümkün idi. Bəs niyə o, namusunu satır? Guya namusunu satmaq qadın üçün asan işdir?Dostoyevskinin cavabı isə çox sadədir; iş axtarıb tapmaq müəyyən vaxt tələb edir; uşaqlar isə aclığa tab gətirə bilməzlər. Odur ki, Sonya ən asan yolla ən tez zamanda ən çətin işin qulpundan yapışır.
Raskolnikovu qatil olmaq fikri elə çaşdırır ki, bir-birindən qorxulu yuxular görməyə başlayır və son dərəcə pintiləşib səliqəsini itirir. Lakin görkəmindən heç də narazı deyil. Bir məsələ üzərində həddindən artıq öz diqqətini toplayan bəzi monomanlar kimi hamıdan gizlənməyə çalışır. Dalandarın anasından gətirdiyi məktubun mətni onun sağlam olmayan ruhunadaha da əziyyət verir: – Gör anam mənə nə yazır: “Rodya, Dunyanı sev, o səni özündən çox istəyir: yoxsa qızını oğluna qurban verməsi, buna razılaşması ona vicdan əzabı verir? – Sən bizim pənahımızsan, sən bizim həyatımızsan! Ah, ana!..” Əvvəlcə qəti qərara gəlir ki, bacısının Lujinə ərə getməyini əngəlləməlidir. Sonradan fikrinə qarşı çıxır: “Olmayacaq? Bunun olmaması üçün sən nə edəcəksən? Qadağan edəcəksən? Buna sənin nə haqqın var? Bu haqqı əldə etmək üçün sən onlara nə vəd edə bilərsən? Universteti qurtarandan, özünə qulluq tapandan sonra bütün taleyini, bütün gələcəyini onlara həsr edəcəyinimi? ... On ildən sonra?”Əsərin bu yerində oxucunun yadına Marmeladovun içkixanada söylədiyi uzun monoloqdan bir cümlə düşür:“Möhtərəm cənab, daha gediləsi bir yer qalmayıb sözünün nə demək olduğunu başa düşürsünüzmü?” Amma Raskolnikovun hələ getməyə yeri qalmışdı və ora getməkdəçox israrlı idi.
Bulvarda rastlaşdığı təhqir olunub küçəyə atılmış sərxoş qızı Raskolnikov ikinci dəfə təhqir olunmaqdan qorumağa çalışır. Hətta cibindən sonuncu abbasını çıxarıb qaradovoya verir ki, qızı evlərinə sağ-salamat ötürsün. Anasının göndərdiyi bütün pulu Marmeladovun dəfninə xərcləsə də, xeyirxahlıqla bədxahlıq arasındakımənəvi tarazlığını saxlaya bilmir. Tərəzinin gözləri dayanmadan qalxıb-enir. Bunun başlıca səbəbi özündən olanlara qarşı mərhəmət, özündən olmayanlara, səbəbli-səbəbsiz, nifrət hissidir. Rodion Romanoviç adam öldürməyin çox şərəfsiz iş olduğunu bilir, amma yenə də nəfsinə uduzur. Özündə belə bir təsəvvür yaradır ki, sələmçi qadın adam yox, adicə bitdir. Təsadüfən eşitdiyi söhbətlər– içki dükanında bir tələbənin sələmçi qarının yaşamaq haqqı olmadığından söz açması, K. küçəsinin tinində meşşan və arvadının Lizaveta İvanovnanı növbəti gün saat yeddidə harasa dəvət etməsi onun qarət haqqındakıplanlarını daha da möhkəmləndirir.
Raskolnikovun daxilində iki Raskolnikov döyüşür. Onlardan biri cəsarətli, o biri dovşan kimi qorxaqdır. Sələmçi qadını öldürüb ondan qarət etdiyi pullarla özünü ağ günə çıxarmaq istəyən personaj arada vicdanı ilə üz-üzə gəlir və nəetdiyinin fərqindədir. Lakin tamah hissi alicənablıq hissini üstələyir. O, qətli törədir. Hətta izi itirmək üçün cinayətin üstünə gəlib çıxmış dilsiz-ağızsız Lizavetanı da baltalayır. Halbuki, onun varlanmaqda məqsədi, inandırıcı görünməsə də, Lizaveta kimilərinə kömək etmək idi. Raskolnikov oxucuda düzgün olmayan təssəvür yaradır ki, qarını tamah səbəbindən deyil, ideyasını həyata keçirmək üçün öldürür. Lakin qarətdən keçən istənilən yol tamaha söykənir və şöhrət hissinin özü də tamahın br növüdür. İnsandan böyük ideya varmı? Bütün ideyalar varlığın problemini həll etməyi nəzərdə tutursa, bəs varlığın məhvindən keçən yol hara aparır?
Əsərdə qarşısı alınmayan proseslərin, ixtiravə kəşflərin təsadüfi, ya qeyri-təsadüfi ölümlər hesabına gerçəkləşməsi təssüf hissi ilə qarşılanır. Hər bir ixtira bəşəriyyətin inkişafına xidmət eləyir. “Ata-babadan miras qalan qədim qanunları” müfəssəl qayda yaratmaqla pozmaq cəmiyyətin sağlam formalaşmasına yönəlmiş addımdır və yazıçı, məqsəddən asılı olmayaraq,qətllərin əleyhinədir. Dostoyevcki başa salmaq istəyir ki, insanın müqəddəs ölmək hüququ var, amma müqəddəs öldürmək hüququ heç kimə verilməyib.
Rodion Romanıçın qarətdən sonra xəstəliyinin ikinci mərhələsi başlayır.Cinayətin yaratdığı daxili gərginlik rəftarında, adamlara münasibətində açıq-aydın özünü göstərməyə başlayır. Onu “qan” tutur. Cəzanın vahiməsi, həbs olunmaq qorxusu ruhunu sarsıdır. Sarsıntı orqanların fəaliyyətini pisləşdirir ki, müxtəlif qarabasmalar, qulağa gələn cürbəcür səslər bu kimi pisləşmələrin fəsadlarıdır: “Bəlkə də, mənim bütün paltarım qana bulaşmışdır” və s.... Qarətçinin tamqəddarlaşmamış ürəyi boşluğa düşən kimi özünü sorğu-suala tutur. Amma bu sorğu-sualın yaranmasına səbəb peşmançılıq deyil, burnunun ucunda hiss etdiyi cəza təhlükəsidir. Sələmçinin ölümündən sonra Raskolnikovun yadınaNapoleon düşmür. “Görəsən, Napoleon indi mənim yerimdə olsaydı, neylərdi?”, sualı onun fikrini məşğul etmir. Napoleon Raskolnikov kimi aciz və qorxaq olmasa da, cəza qarşısında özünü necə aparacağını mühakimə etmədən söyləmək çətindir və çox güman ki, onun da dayaq nöqtəsi laxlayacaqdı.
Razumixinin həyat tərzində mövcud quruluşa məxsus nümunəvilik, yaxşı insan olmaq üçün cəmiyyətin nəzərdə tutduğu bütün cəhətlər var; bəzən heç kəsə möhtac olmamaq üçün hər kəsə haqqını tapdalamağa imkan verəcək qədər. Ümumiyyətlə, Dostoyevski “Cinayət və cəza”nı qələmə aldığı illər Rusiyanın kənd və şəhərlərində iqtisadi vəziyyət o qədər də ürək açan deyildi. Siyasi stabillik pozulmuşdu. Əhali arasında qeyri-bərabərlik hökm sürür, orta vəziyyət, demək olar ki, sıradan çıxmışdı. Üz-üzə, yan-yana, qapı-qapıya yaşayan varlılar və kasıblar təbəqəsi mövcud idi ki, varlılar varlanır, kasıblar kasıblaşırdılar.Yazıçınındiqqət yönəltdiyi əsas məsələlərdən biri ondan ibarətdir ki, körpələrin ac yatdığı, azyaşlıların namus satdığı ölkələrdə varlılar xoşbəxt ola bilmirlər. Elə bil onların həyatdan məmnunluq hissləriayaqyalın uşaqlarınoynadığı küçələrdən keçdikləri vaxt duyduqları ikrah hissinə bulaşır. Yəni “yetimin haqqını yemək olmaz” məsələsi, ilahi ədalətin gözə görünməyən qələbəsi, yazılmayan qanunun öz-özünə icrası baş verir. Söhbətin bu yerində açıq gözlü oxucu, yəqin ki, Svidriqaylovun intihar etməsini xatırladı.Ölümündən bir neçə saat əvvəl yarı yuxulu, yarı oyaq vəziyyətində Arkadi İvanoviçin gözünə əlləri sinəsində çarpazlanmış, islaq saçlı, on dörd yaşlı bir qızın gül-çiçəklərlə bəzənmiş tabutu görünür. Lakin tabutun ətrafında nə dua oxuyan, nə də yanan şam var. Qız suda boğulmuşdu. Hotelin pəncərəsindən yağışlı, küləkli havanı seyr edən Svidriqaylov keçmişdə baş verən intihar hadisəsini xatırlayıb o zaman təəssüf hissi keçirir ki, səmimiyyəti ilə istehzası bir-birinə qarışır:
“ ... o təhqir olunaraq özünü məhv etmişdi; bu həqarət onun gənclik, uşaqlıq şüurunu dəhşətə gətirmiş, heyrətə salmışdı, onun mələkcəsinə təmiz ruhunu, heç günahı olmadan, alçaltmışdı, onun sinəsindən son ümidsizlik fəryadını qoparmışdı; onun fəryadı eşidilməmişdi, dadına çatan olmamışdı, qaranlıq bir gecədə zülmət içində onun isməti həyasızcasına ləkələnmişdi: onda hava soyuq idi, rütubət idi, qar əriyirdi, külək əsirdi”...
Dostoyevski qadınları sevir və oxucuya da sevdirməyə çalışır. Onun personajları arasında məkrli qadın obrazı yoxdur. Əsər oxucuda belə fikir yaradır ki, qadınları pis olmağa vadar edən cəhətlərdən biri və birincisi, düşdükləri mühitdir. Ziyalı humanizmi, bəşəri qayısı ilə yazıçı qadını yox, onu bədbəxt edən şəraiti lənətləyir. O, sanki qadınlarla uşaqlarıeyniləşdirir və qadınlardakı mənfi cəhətləri düçar olduqları ağır şəraitə uyğunlaşmamaq refleksiyası kimi izah etməyə çalışır. Ölməmək mümkünsə ölümün gözünə necə sakit baxmaq olar? Katerina İvanovna ərinin əyyaşlığı ucbatından əsəbi xəstə, ac-yalavac qaldığı üçün vərəmli deyildimi?
Sonya təhsil almasa da, İncili oxumağı sevir. Göz açdığı mühitin və İncilin təsiridir ki, o, dözməyi yaxşı bacarır. Öz hüquqları haqqında susub özgəhüquqlarını qanun keşikçisi kimi müdafiə edən sarı biletli qız, bəlkədə, bu xüsusiyyətinə görə oxucuda nifrət hissi oyatmır.
Raskolnikovun bulvarda rast gəldiyi sərxoş qızın acınacaqlı vəziyyətikişi xislətinin fürsət düşən kimi istəyini həyata keçirmək rəzilliyinin nümunəsidir. Belə anlarda qəddarlığın həddi-hüdudu olmur.
Lizavetta yaradılış etbarı ilə ev heyvanından fərqlənmir. Zaman-zamanvəhşiləşə də bilər, lakin heyvan olaraq qalacaq. Çünki dünyaya özünü insan kimi idarə etmək şüurunda gəlməyib.
Tipik rus qadını Nastasiya adicə qulluqçudur. Raskolnikova ürəyiyananlıq etməsi, həm təbiətindəki mülayimlikdən, həm də əks cinsə qarşı duyduğu xoş hisslərdən qaynaqlanır. İstəsə belə,çiçəkləriqorumaq üçün ləklərin kənarına tikan toxumu əkə bilməz.
Əsərdə heç kimə zərər vurmaq niyyətində olmayan Alyona İvanovnanın rəhmsizliyi nəzərdən yayınmır. Onu “cuhud kimi pullu” olmaqda günahlandırırlar.
Praskovya Pavlovnaəziyyət çəkir, lakin sahibəyə sonyaların, katerinaların düçar olduqları yoxsulluq yox, təmin olunmamış hissləri əzab verir. Raskolnikov qadının “xoş damarını tutmaq” istəsəydi, çox güman ki, onlar arasında heç bir münaqişə yaşanmayacaqdı.
Pulxerya Aleksandrovna fədakar anadır. Raskolnikovun təhsilini başa vurması, müvafiq qulluqda çalışması üçün mümkün olan bütün vasitələrdən yararlanmağa çalışan qadın oğlunun həbsxanaya düşməsinə tab gətirməyib ölür.
Raskolnikovun karetaçı tərəfindən şallaqlanması tacir arvadının ürəyinə toxunur və o, təəssüf hissini sabiq tələbənin ovcuna pul qoymaqla ifadə eləyir.
Hətta Svidriqaylovun haqqında “arvadlar hər şeyə qabildir”, söylədiyi Marfa Petrovna da məkrli qadın deyil. O, günahsız Dunyanı və günahkar Svidriqaylovu təmizə çıxarır. Savab ilə günah bir-birini islah etdiyi üçün azadlığını satın aldığı qatilin növbəti qurbanı özü olur. Çünki canini cəzadan yayındırmaqla onun günahını öz üzərinə almışdı.
Haqsızlığa uğrayan Avdotya Romanovnaxeyirxah, ədalətli, təkəbbürdən uzaq, həyat sevərdir. Qardaşının taleyinə biganə qala bilmədiyi üçün ona kömək məqsədilə vəziyyətdən çıxış yolunu Lujinə ərə getməkdə görür. Lakin son anda ləyaqətini izdivacından üstün tutan Dunya sonsuz ehtiyaclarına baxmayaraqSvidriqaylovun pulundan da imtina edir.
Svidriqaylov Peterburqa Avdotya Romanovnanın ardınca gəlmişdi. O, bu qadını sevirmi, yaxud sevgi hissi ona tanışdırmı? Əlbəttə, oxucu əsərin yaşatdığı duyğulara istinadən “yox”, deyə cavab verəcək. Çünki Svidriqaylovda “kişi xəstəliyi” var. Bu xəstəliyə yoluxanlarbarmaqlarını tuşladıqları qadınlara maksimun yaxınlaşmaq cəhdindənözlərini saxlaya bilmirlər. Nəticədə “sevdiklərini” olmazın məhrumiyyətlərinə düçar edirlər ki, Svidriqaylovun timsalında Dostoyevski bu yaramazlığı özünəməxsus ustalıqla cərəyan etdirir. Lakin əsərdə diqqətdən yayınmayan çox incə məqam var. Svidriqaylov təcavüz etməkdən son anda özünü saxlayır. Əlbəttə, insani nöqteyi-nəzərdən, bu, belə olmalıdır. Hətta iki qadını baltalayan Raskolnikov da qadın zorlamağı, zənnimcə, bacarmazdı. Bu anlarda Fyodor Mixayloviçin ecazkar qələmi insanisərhədləri aşa bilmir. Yazıçının qadın toxunulmazlığı ideyası, qadını hifz etmə manerasıəsərin ana xəttinə çevrilir. Dostoyevski qadın obrazlarını müvafiq şəraitin tələbinə uyğun olaraq, lakin istəmədən, sevə-sevə öldürür.
Fyodor Mixayloviçin gərgin həyatı, ağır ailə vəziyyəti, borclu düşməsi əsərin ruhuna təsirsiz ötüşmür. “Cinayət və cəza” bir qrup yoxsul, xəstə, işsiz adamların timsalında öz dövrünə və öz dövründən ən uzaq gələcəyəkimi davam edəcək həyati gerçəkliyi əks etdirir. Əsərin ədəbi ölməzliyinə səbəbəbədi aktuallığıdır.
Dostoyevski polis əməkdaşlarını, yaxşı və pis cəhətlərindən asılı olmayaraq, qanunun müsəlləh əsgərləri kimi təqdim edir. Bu barədə yazıçının şübhə doğurmayan səmimiyyəti oxucuda şübhə oyadır: “Əgər qanun keşikçiləri qanunun icrasını ləyaqətlə həyata keçirirsə, onda cinayətin çoxalmasına səbəb nədir?”Romanda cərəyan edən hadisələr inqilabi şəraitdən xəbər verir, lakin Dostoyevskiqurtuluş yolunuinqilabda görmür.
Süjetin təlqin etdiyi mühüm cəhətlərdən biri də odur ki, cəmiyyətin necə olmasından asılı olmayaraq, günahkar insanın özüdür. İnsan haqqı unutmamalı, dini qaydalara əməl etməli, Allaha itaətkar olmalıdır. Əlbəttə, itaətkarlıq insana xoşbəxtlik vəd etməyəcək, amma əvəzində vicdan təmizliyi bəxşiş edəcək ki, onu cani olmaqdan qoruyacaq.
Raskolnikovun qadını öldürməmişdən əvvəl tərəddüd etməsi, öz əməlini pisləməsiilk dəfə cinayət edən istənilən adamda ola bilər. Çünki adamlar anadan cani doğulmur, cinayət edə-edə günaha alışırlar. Cinayətkarın təşvişə düşməsinin digər səbəbi qeyri-müəyyənlikdir. Qanunususduracaq arxası olmayan canininəticənin necə olacağı həmişə qorxutmalıdır.
Dürüst olmayan insanın beyni istənilən iradın müqabilində sürətlə özünü müdafiə “barrikadası” qurur. Yəni düzgün olmayan hərəkətinə elə “tutarlı” səbəb göstərir ki, irad tutanın razılaşmaqdan ayrı yolu qalmır. Əsərdə polislərlə müttəhimlər arasında gedənvə bir çox digər mübahisələrdən aydın görünür ki, belələrinə haqlı olmadıqlarınıbaşa salmaqetdikləri cinayəti sübut etməkdən qat-qat çətindir.
Raskolnikov “Budda sayağı” “dünyanı seyr” eləyəndən sonra belə nəticəyə gəlir: “Əgər mən səhv edirəmsə, əgər doğrudan da, ümumiyyətlə, bütün bəni-adəm, yəni insan övladı alçaq deyilsə, deməli onda yerdə qalan hər şey mövhümatdır, yalnız qorxudur, heç bir hüdud-filan yoxdur və elə belə də olmalıdır”. Bu yerdə Dostoyevski düşüncələrinin fəlsəfi labirintinə düşür. Oxucu yenidən özünü qapılarının hamısı qıfıllı evdə hiss edir. Açıq qapı tapmaq ümidi ilə fırlanan mütaliəçi hər dövriyyədən sonra başlanğıca qayıdır. Yazıçı labirintdən yeganə çıxış yolunuAllaha məhəbbətdə görür.Allaha gedən yol qəlbin səyahətindən başlayır. Adi gözlə görünmədiyi üçünbağlanmaqtəhlükəsiyoxdur və bütün qapılar bağlı olanda yeganə açıq qapıdır ki, iman gətirənlərə həmişə yardımçıolur.
Obrazın aşağı siniflər içərisində soyğunçuluq və yanğınların artmasından deyil, ali siniflər arasında çoxalmasından təəccüblənməyiyazıçının özünü təəccübləndirir. Məgər aşağı və yuxarı siniflər mövcud cəmiyyətin qarşılıqlı hərəkətdə olan müxtəlif qolları deyilmi? Onlardan birini digəri olmadan necə təsəvvür etmək olar? Dostoyevskiyə görə, inkişaf, tərəqqi aşağıdan başlayırsa, quldurluq, qarət, soyğunçuluq və s. öz növbəsində yuxarıdan başlamalıdır. Tənəzzül təşəkkülü, təşəkkül tənəzzülü öldürən silahdır. Normal cəmiyyətlər onlar arasında ortaq məxrəcə gəlməyi bacarır.
Qətllərin, intiharların artmasında cəmiyyətin rolu nədən ibarətdir? Dostoyevski bu məsələdə yenə də insana xitab eləyir. O, təkrar-təkrar oxucunun nəzərinə çatdırmaq istəyir ki, cəmiyyətin necə olmasından asılı olmayaraq, insan cinayət etməməlidir. Əlbəttə, hər kəs cəzasını özü çəkir, amma insanmütləq cəzalanacağını bilsə cinayət etməz. Bu mənada Dostoyevskini qorxudan cinayət ünsürlü məxluqları fəallaşdıran cəmiyyətlərdir.
Fyodor Mixayloviç hadisələri psixiloq kimi müşahidə eləyib hərkəsə varlığın hüquqi toxunulmazlıq prinsipinə sadiq qalmağı tövsiyyə edir. Alim ol, yazıçı ol, dahi ol, sərkərdə ol, fəhlə ol, fərqi yoxdur, ayrı-ayrı insan təbəqələrinin hamısına aid olan hüquq müstəvisi deyəbir anlayış var. Bu, insanın, sadəcə yaşamaq hüququdur və qorunması cəmiyyət tərəfindən həyata keçirilir. Raskolnikov deyir: “ ... Xülasə, mən bu nəticəyə gəlirəm ki, nəinki böyük adamlar, hətta adi vəziyyətdən lap azca kənara çıxan, yəni təzəcə bir söz deməyə qabil olan şəxslər də, öz təbiətlərinə görə mütləq az və çox dərəcədə cani olmalıdırlar”.Dostoyevski raskolnikovları bir obrazda cəmləşdirərək oxucuların ixtiyarına buraxır və onu da əlavə etmək istəyir ki, insanlar nə qədər çox günahkar olurlarsa, arxasında gizlənmək üçün o qədər də uzun, təsirli monoloqlar hazırlayırlar.
Raskolnikov corabındakı qan ləkəsini Sonyanın corabını öpməklə yumağa çalışır. Sonya oğlanı ləkə ilə qəbul etmir və günahını cəzaçəkmə müəssəsində yumağı məsləhət görür. Sonyanın qarşısında əyilib torpaq bərabəri olan Raskolnikov səcdə etməyinin əsil səbəbini gizlətməyə çalışır: “Mən sizə təzim etmədim, mən insanların çəkdiyi əzaba təzim etdim”. Guya sələmçi qadın baltalandığı anlarda əzab yox, cənnət keyfi yaşayıb. Ana-bacısını görəndə ruhi əzab çəkən sabiq tələbə Sonyanın yanında rahatlaşır. Hətta o qədər rahatlaşır ki, etdiyi cinayəti etiraf eləyir. Əlbəttə, bu, sevgi hissidir.Görünür, anadangəlmə sevgilərin intiharı baş verəndə sonradan qazanılanlar suda boğulan adam üçün saman çöpü rolunu oynayırmış. Sabiq tələbə özünü inandırır ki, Sonya əxlaqsız ola bilməz, çirklənən qızın bədənidir, mənən, ruhən o, hələ də pakdır. Müqəddəslik, yəni ruhun yüksəlməsi üçün insanın fiziki ehtiyaclardan mümkün qədər təmizlənməsi əsas şərt sayılsa da, Dostoyevski bizi Raskolnikova inanmağa səsləyir.
Romanda cərəyan eləyən hadisələrdən o qənaətə gəlirik ki, istər zəhmətlə qazanılsın, istər zəhmətsiz, varlılarla kasıblar arasında bərabərsizlik deyilən əbədi uçurum var. Özündən olmayanlara qarşı duyduğu kinin nəticəsiolaraq Raskolnikov və onun kimiləri özlərini inandırmışdılar ki, sələmçi qadının yaşamaq hüququ yoxdur.
Dostoyevski “Cinayət və cəza”nı qətllərin... intiharların qarşısını almaq məqsədi ilə yazıb. Əsər oxucuda müvəqqəti bədbinlik hissi yarada bilər, lakin cinayətin çoxalmasına xidmət etməyəcək. Çünki hadisələrin mahiyyətindən bəhs edən əsərlər normal oxucunu düzgün olmayan istiqamətə yönəldə bilməz.
Cinəyatkarın cani ruhunu cəzaçəkmə müəssisəsi də yumşalda bilmir. Raskolnikov uzaq Sibirdə də özünü günahsız hesab edir. Sanki qan tökməklə cinayət arasında bağlılıq yox imiş: “O qanı ki, hamı tökür; o qanı ki, dünyada bir şəlalə kimi tökürlər, həmişə də töküblər; o qanı ki, bir şampan şərabı kimi tökürlər, bunun üçün də Kapitolidə adamlara mükafat verilir, sonra da onlara bəşəriyyətin vəli-neməti deyirlər”.
Raskolnikovun aqibəti təbiətə zidd çıxanların təbiət tərəfindən cəzalanmasına əyani misaldır ki, hüquqi cəzanı həmişə kölgədə qoyur. Atacağı addımın səbəbi hamıya məlumdur, lakin başlanğıcda nəticəni görməkhamıya müyəssər olmur. Dostoyevskinin oxucuya aşılamaq istədiyi həqiqət məhz bundan ibarətdir ki, hər hansı məsələ haqqında alternativsiz fikir söyləmək dahilərə məxsusdur, yəni bütün fəlakət, qətl, intihar və savaşlara səbəb dərk olunmamış ideyalardır.
Svidriqaylovun “duel” səhnəsində Avdotya Romanovnayasöylədiyi fikirlər əsərin bütün üst və alt qatının, məna və məzmununun, girintili və çıxıntılı hissələrinin üstündən qırmızı xətt kimi keçir: “... ruslar geniş təbiətə malik adamlardır; onların təbiəti öz torpaqları kimi genişdir; onlar ağla sığmayan fantastik şeylərə, nizamsızlığa son dərəcə meyil edirlər; lakin...” Svidriqaylov milliyətcə rus olduğu üçün “ruslar” sözünü işlətməklə məsələnin bəşəri əhatəsini kiçiltməyinin fərqində olmayan Dostoyevskini varlığın ən böyük problemi haqqında ən düzgün fəlsəfi nəzəriyyəyə ən yaxın məsafədə hiss edirik: “... lakin lazımi dahilik olmayan yerdə geniş təbiətə malik olmaq fəlakətdir”...

GÖYƏRÇİN
Cinayət və Cəza...- TƏHLİLБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ