Bizim kəndin villası və İsveçrə..

Tarix:11-09-2017, 13:30 Baxış Sayı:186

                       Bizim kəndin villası və İsveçrə..
Hər kəndin sözükeçən ağsaqqalı olduğu kimi bizim kəndin də, dörd bir tərəfdən görünən villası var idi. Bir növ mayak kimi idi. Kəndə qırağ yerdən adam gələndə ünvanı tapmaqda bu əzəmətli villa köməyə çatardı. Villanın yanından sola dön vəya villanın yanından düz gəl falan filan..

Həqiqətən çox böyük idi. Hər zaman onun yanından keçəndə bu villada qalanın nə dərdi ola bilər ki? Burda qalanın yerinə yetməyən hansı arzusu var ki görəsən? Kimi fikirlərə dalmağdan özünü saxlaya bilmirdi adam. Kəndin ən imkanlı ailəsinə məxsus idi o villa. Pula pul demir deyimini aid etdiyimiz adam bizə görə o villada qalırdı.Ən bahalı maşınlar o villanın ətrafında olardı,düşünürdük ki,burda toy olsa hərənin qabağına bir quzu qoyacaqlar. Bizə görə ən xoşbəxt ailə bu villada qalırdı.

Tez-tez xoşbəxt ölkələrin siyahası açıqlanır. İsveçrə çox zaman ilk pillədə olur. Şokolad istehsal edir və bununla yanaşı həm də,istehlak edirlər yəni loru dilində desək həm düzəldib həm də yeyirlər. Şokoladın da tərkibində "serotonin" olmasından hamı xəbərdardır demək olar. Serotonin gərginliyi aradan qaldırır, yuxu və iştaha təsir edir, həzz hissini formalaşdırır və əhvalı yüksəldir.Yəni qısası insanın xoşbəxt olmasını qismən də olsa təmin edir. İsveçrə bizə görə ən yaşanmalı ölkədir. Çox adamın xəyalında olan maaş,iş və həyat oradadır. Di gəl ki,bu yaxınlarda içimizdəki şama "püf" dedilər. Yenə hansısa ölkənin hansısa qəzeti açıqladı ki bəs ən xoşbəxt ölkə intihar sayına görə də dünyada birinci yerdədir. Kərəmi ağlamaq tutdu bu yerdə. Haqqında danışdığım o villa bizim kəndin camahatı üçün kiçik "İsveçrə"idi. Ən xoşbəxt,ən varlı ailə bizə görə o villada yaşayırdı. Taa ki, villanın yiyəsi qadın özünü asana kimi. Bizim xəyalını qurduğumuz yaşamın ortasında bir qadın ipdən sallanmışdı. Bəlkədə elə oda isveçrəlilər qədər şokoladı sevirdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ