Lütfi Zadə dəyərini cılız arşınla ölçmək

Tarix:12-08-2017, 19:43 Baxış Sayı:111

Lütfi Zadə dəyərini cılız arşınla ölçmək
Tanınmış yazıçı Eyvaz Zeynalov:
“Lütfizadənin qəbri elə Amerikada qalsa, yaxşıdır O, bəlkə, daha artıq bizimlədir, xəbərimiz yoxdur”


Məni bu kiçik qeydlərimi yazmağa bu günlər bəzilərinin dünya şöhrətli həmyerlimiz, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadəyə ünvanladıqları haqsız ittihamlar vadar etdi. Azərbaycana nə verib? İndiyənəcən hardaydı? Niyə bu xalqın yanında deyildi?.. Onlarda qıcıq yaradan, bu sualları doğuran da onun guya Azərbaycanda dəfn olunmaq vəsiyyətidir.

Lütfizadə kimi insanlar mayak, dan uluzu timsalındadılar. Bütün dünyaya, bəşəriyyətə məxsusdular. Dünyaya insanlığa yol göstərmək üçün gəlirlər. Missiyaları dünyəvi, bəşəridir. Onun haqqında söylənən əndirəbadi fikirlər də məhz dünyəvi, bəşəri Lütfizadənin dəyərini öz cılız arşınımızla ölçmək cəhdinin təzahürüdür. Lütfizadə kimilərinin quruca adı belə hər bir xalq, ölkə üçün böyük şərəfdi. Mümkün olsaydı, qonşularımız onu bizim acığımıza çoxdan məmnuniyyətlə özəlləşdirərdilər.

Belə götürəndə Leonardo da Vinçi, Ayvazovski bizə nə verib? Ancaq araşdırmaçıların təəssübkeş qənaətlərini oxuyanda (guya türk əsillidilər) qanımız qaynayır.

Xalqı ilə bir olmaq Azərbaycanda yaşamaqdır? Yoxsa müsahibələrində Şarl Aznavur kimi “Qarabağ bizimdir” deməkdi? Ərz elədim ki, Lütfizadə dünya miqyaslı, bəşəridir. Erməni zahirən nə qədər dünyəvi, bəşəri görünsə də, daxilən heç zaman bəşəri olmayıb!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ